Plan:
9.1. Qiymət və onun yerinə yetirdiyi funksiyalar.
9.2. Qiymətə təsir edən amillər.
9.3. Qiymətin növlər
9.1. Qiymət və onun yerinə yetirdiyi funksiyalar.
Məhsulun qiyməti istehlakçının, alıcının ondan aldığı və ya almasını nəzərdə tutduğu faydanın müqabilində ödəməyə hazır olduğu vəsaitin məbləğidir.
Məhsulun qiyməti marketinq kompleksinin ən vacib və mürəkkəb elementlərindən biridir.
Məhsulun satış qiymətilə istehlak qiymətini bir-birindən fərqləndirmək lazımdır. Satış qiyməti məhsulun bilavasitə alıcıya satıldığı qiymətdir, məhsulun nominal qiymətidir. Məhsulun istehlak qiyməti dedikdə, onun satış qiymətilə quraşdırılması və istismarı ilə əlaqədar olan xərclərinin (məhsulun çatdırılmasna, quraşdırılmasına, istifadə dövründə onun istismarına, servis xidmətinə və s. çəkilən xərclər) məcmusu başa düşülür.
Marketinqdə qiymət bir sıra funksiyalar yerinə yetirir. Bura aşağıdakı funksiyalar aiddir
1. tələblə təklifin tarazlaşdırılması, onlar arasında balansın yaradılması funksiyası.Bazar iqtisadiyyatında qiymət tələb və təklifin təsiri altında formalaşsa da onların səviyyəsinə, onlar arasında balansın yaradılmasına ciddi təsir edir. Digər amillərin sabitliyi şəraitində qiymətin səviyyəsi yüksəldikcə tələbin həcmi azalır, təklifin həcmi isə artır
2. istehlakçılara informasiya vermə funksiyası da yerinə yetirir. Alıcılar, istehlakçılar məhsul satın alınmasına dair qərarlar qəbul edərkən digər amillərlə yanaşı onun qiymətini də nəzərə alırlar. Buna görə də qiymət, məhsulun istehsalı və satışına çəkilən xərclər, həmçinin bazarın konyunkturası haqda alıcılara informasiya verir.
3. məhsulun satışının və tələbin həcminin stimullaşdırılması. Belə ki, qiymət tələb və təklifin həcminə təsir etməklə istehsalçını daha çox məhsul istehsal etməyə və istehlakçını daha çox məhsul almağa, daha çox məhsul istehlak etməyə və bunun sayəsində satışın həcminin artırılmasını stimullaşdırır.
4.uçot funksiyası da yerinə yetirir. Qiymətin uçot funksiyası vasitəsilə bütünlükdə satışın, satışdan əldə edilən ümumi gəlirin və mənfəətin məbləğinin uçotu, həmçinin məhsulun istehsalı və satışına çəkilən xərclərin və dəyər ifadəsində müəyyən edilən digər göstəricilərin uçotu aparılır.
Dostları ilə paylaş: |