Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan



Yüklə 1,17 Mb.
səhifə49/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   ...   45   46   47   48   49   50   51   52   ...   92
C fakepathMühazir l r - texniki marketinq

Anbarların yerləşdirilməsində iki meyar: 1) xərclərin həcmi və 2) lazım olan vaxt­da və lazım olan yerdə məhsulların əlyetərliliyinin təmin olunması nəzərə alı­nır. Buna uyğun olaraq anbarlar iki variantda yerləşdirilə bilər. Bir variantda isteh­lak­çılara yaxın yerlərdə çoxlu sayda anbarlar yerləşdir­məklə və həmin anbarlarda bo­yük həcmdə ehtiyatlar saxlamaqla istehlak­çıların və vasitəçilərin lazım olan vaxtda, la­zım olan yerdə və lazımi çeşiddə məhsullarla təmin edilmə səviyyəsini yüksəlt­mək olar. Lakin, bu halda xərclərin də səviyyəsi yüksələcəkdir. İkinci variantda isə istehsalçılara ya­xın yerdə məhdud sayda anbarlar və ya ən pis halda, bir anbar yer­ləş­dir­məklə və nisbətən az həcmdə ehtiyatlar yaratmaqla xərclərin səviyyəsini aşa­ğı salmaq olar. Lakin, bu halda istehlakçıların və ya vasitəçilərin məh­sullarla təmin ol­unması səviyyəsi, yəni onların məhsullarla vaxtlı-vaxtında və etibarlı təmin olun­ma səviyyəsi də aşağı olacaqdır. Buna görə də, an­barlar elə yerləşdirilməlidir ki, onlar alıcı­la­rın vaxtlı-vaxtında, etibarlı və lazımi çeşiddə məhsullarla yüksək səviyyədə təmin edilməsini daha az xərclərlə həyata keçirə bilsin.

Məhsulların anbarlaşdırılması və saxlanmasında satış kanalı iştirak­çılarına məx­sus olan anbarlardan və ümumi istifadədə olan anbarlardan isti­fadə edilir. Satış ka­nalı iştirakçılarına məxsus olan anbarlara ya istehsal­çının, ya istehlakçının, ya da tica­rət müəssisələrinin mülkiyyətində olan an­barlar aiddir. Bu anbarlar istehsal­çıla­rın, istehlakçıların və ya vasitəçilərin daima zəruri miqdarda məhsul ehtiyat saxlaya bilməsi üçün nəzərdə tutu­lur.

Məhsulların fiziki yerdəyişməsinin və ümumiyyətlə, bölüşdürmə sis­teminin təş­kili istehlakçıların və ya vasitəçilərin sifarişlərinin qısa vaxt ər­zində yüksək stan­dart­lara uyğun yerinə yetirilməsinə, yəni alıcılara yüksək xidmət göstərilməsinin tə­min edilməsinə yönəldilir. Bu, əksər hallarda məhsulun fiziki yerdəyişməsinin müxtəlif ele­mentləri arasında konfliktin yaranmasına səbəb olur. Belə ki, sifarişlərin qə­bu­lunun və yerinə yetirilmə­sinin qısa vaxt ərzində həyata keçirilməsi, həmçinin alı­cı­lara yüksək stan­dartlara cavab verən xidmətin göstərilməsi onlarla əlaqədar olan xərclərin səviyyəsinin və son nəticədə, qiymətin yüksəlməsinə səbəb olur. Bu isə qiymət dəyişməsinə həssas olan istehlakçılar üçün sərfəli deyildir.

Son illərdə inkişaf etmiş ölkələrdə az xərclərlə yüksək səviyyəli xid­mətlərin gös­tərilməsinə nail olmaq məqsədilə məlumatların elekton müba­diləsi (MEM) və cəld re­ak­siya anbarları (CRA) yaradılır. MEM sistemi satış ka­na­lı iştirakçılarının kom­pyüterləri arasında informasiyanın birbaşa mübadiləsini təmin edir. Bu sistemin baş­lıca üstünlüyü sifarişlərin qəbulu­nun və yerinə yetirilməsinin sürətlənməsi və bu­nun sayəsində xeyli vəsaitə qənaət edilməsidir.
7.5. Ehtiyatların idarə edilməsi

Məhsulların istehsalı və istehlakı zaman, məkan və miqdar etibarı ilə üs-üstə düşmədiyindən həm istehsalçı, həm də ticarət müəssi­sə­lə­ri istehsal və ya satışın fasiləsizliyini təmin etmək məqsə­dilə müəyyən miqdar eh­tiyat yaradırlar. Bu ehtiyatlar tərkib etibarı ilə üç hissəyə: cari ehtiyatlara, sığorta və hazırlıq ehtiyatlarına bölünürlər.



Cari ehtiyatlar məhsulgöndərmələrin vaxt və həcm etibarı ilə ahəng­darlığı şə­rai­tində iki məhsulgöndərmə arasındakı vaxt intervalında istehsal və ya sa­tış pro­se­sinin fasiləsizliyini təmin etmək məqsədilə yaradılan məh­sul ehtiyatları­dır. Cari eh­tiyatın yaradılması və saxlanması iki qrup xərc­lərlə: nəqliyyat və saxlama xərc­lə­rilə əlaqədardır.

İki məhsul göndərmə arasındakı optimal vaxt intervalını və ya ehtiya­tın nisbi həcmini (günlə) ehtiyatın optimal həcmini orta gündəlik satışın (və ya orta gündəlik istehlakın) həcminə bölməklə müəyyən edirlər.

Cari ehtiyatın həcmi dəyişkəndir. Onun həcmi maksimum və mini­mum həcm arasında də­yişir. O, özünün maksimum həddinə məhsul partiya­sı daxil olduqda, minimum həd­dinə isə növbəti məhsul partiyasının daxil olması ərəfəsində, yəni ya­ra­­dılmış ehtiyat tam istifadə edildikdə çatır. Cari ehtiyatın həcmi tədricən istifadə edi­lərək tam tükəndiyindən onun mini­mum həcmi sıfra bərabər olur. Buna görə də on­un həcmi daima bərpa olunmalıdır. Bununla əlaqədar olaraq cari ehtiyatın idarə edil­məsinin vacib problemlərindən biri növbəti məhsul partiyasının sifariş edilməsi vaxtının düzgün müəyyən edilməsidir. Çünki, yeni məhsul partiyasının vaxtından tez sifariş verilməsi müəssisədə ehtiyatın həcminin və onun saxlanması ilə əlaqədar olan xərclərin artmasına, vaxtından gec sifariş verilməsi isə satışın həcminin azalma­sı­na səbəb olur.

Qeyd etmək lazımdır ki, ehtiyatların optimal həcminin müəyyən edilməsinin yuxarıda qeyd edilən metodları məhsul qıtlığını və ya olmama­sını nəzərə almır. Lakin, məhsulgöndərmə praktikasında belə hallara rast gəlinir. Bu halda ehtiyatın həcminin optimallaşdırılması meyarı kimi nəq­liyyat-tədarükat, saxla­ma və məhsul qıtlığı ilə əlaqədar olan xərclərin məbləğinin minimumlaşdırılması götürülür.


Sığorta ehtiyatı cari ehtiyatın tükəndiyi və növbəti məhsulgöndərmə­nin daxil ol­­ması vaxtında kənarlaşmalar olduğu halda istehsal və ya satış prosesinin fasiləsiz­li­­yi­nin təmin olunması məqsədilə yaradılır. Sığorta eh­tiyatının istifadə edilmiş hissəsi növbəti məhsul partiyasının hesabına bərpa edilir və bunun sayəsində onun səviyyəsi daima sabit saxlanılır.

Bəzi hallarda daxil olan məhsulların istehlaka və ya satış prosesinə hazırlanması (kəmiyyət və keyfiyyətcə qəbulu, növlərə ayrılması, daha ki­çik qablara qablaş­dırıl­ması və s.) tələb olunur. Həmin vaxt ərzində istehsal və ya satış prosesinin fasiləsizliyini təmin etmək məqsədilə hazırlıq ehtiyatı yaradılır. Hazırlıq ehtiyatının nisbi həcmi (günlə) daxil olan məhsulun is­tehsal və ya satış prosesinə hazırlanması üçün tələb olunan vaxta bərabər götürülür, onun mütləq həcmi isə həmin vaxtı orta gündəlik istehlakın və ya satışın həcminə vurmaqla müəyyən edilir.



Ehtiyatların həcmi dinamik olduğundan istehsalçı və ticarət müəssi­sələri daima onun səviyyəsinə nəzarət etməli, normativdən artıq və ya aşağı ehtiyat­la­rın yaran­ma­sının aradan qaldırılması üzrə tədbirlər həyata keçir­məlidirlər. Ehtiyatların səviy­yə­sinə nəzarət edilməsi metodlarından biri «maksimum-minimum» metod adlanan nə­zarət metodudur. Bu metoda görə ehtiyatın maksimum və minimum səviyyəsi müəy­yən edilir. Ehtiyatın mak­simum həcmi kimi cari, sığorta və hazırlıq ehtiyat­larının cəmi, minimum həcmi kimi isə sığorta və hazırlıq ehtiyatlarının həcminin cəmi götürülür. Ehtiyat­ların idarə edilməsi üzrə menecer ehtiyatın faktiki həcmini həmin göstəri­ci­lər­lə müqayisə edir, həmin göstəricilərdən kənarlaşmalar aşkar edildikdə ehtiyatın nor­ma­tivə uyğunlaşdırılması üzrə tədbirlər həyata keçi­rir.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin