Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan



Yüklə 1,17 Mb.
səhifə58/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   ...   54   55   56   57   58   59   60   61   ...   92
C fakepathMühazir l r - texniki marketinq

Шякил 9.5. Ижтимаиййятля ялагянин тяшкили просеси


İctimaiyyətlə əlaqənin smetasının tərtibi mərhələsində bütünlükdə ic­timaiyyətlə əlaqənin təşkilinə çəkiləçək xərclərin həcmi müəyyənləşdirilir, onun ictimaiyyətlə əlaqənin müxtəlif formaları arasında bölüşdürülməsi həyata keçirilir və smeta təsdiq olunur. İctimaiyyətlə əlaqənin smetasının müəyyən edilməsində reklamın büdcəsinin tərtib edilməsində istifadə olu­nan metod­lardan istifadə olunur.

İctimaiyyətlə əlaqənin təşkilinin proqramın icrası mərhələsində həyata keçirləcək tədbirlərin kim tərəfindən, nə vaxt və hansı xərclərlə həyata keçi­riləcəyi və icraçıların məsuliyyəti müəyyənləşdirilir. Bu zaman ictimaiyyətlə əlaqə üzrə mütəxəssislər rəsmi tədbirlərin təşkilinə çox diqqətlə yanaşmalı, onun xırda detallarını da nəzərə almalı və onların həyata keçirilməsi za­manı meydana çıxan gözlənilməz problemləri operativ qaydada həll etməyi bacarmalıdırlar.



İctimaiyyətlə əlaqə üzrə fəaliyyətin qiymətləndirilməsi mərhələsində həyata keçirilmiş tədbirlərin effektliliyi müəyyən edilir və qiymətləndirilir. F. Kotler ictimaiyyətlə əlaqənin effektliliyini qiymətləndirmək üçün üç gö­stəricidən: kontaktların sayı (KİV-də kompaniya və ya onun məhsulu haq­qında verilmiş məqalələrin və çıxışların sayı), kompaniyaya və ya onun məhsuluna istehlakçı­ların münasibətinin və təsəvvürlərinin dəyişməsi, həmçinin ictimaiyyətlə əlaqənin satışın və mənfəətin həcminə təsiri göstəri­cilərindən istifadə etməyi təklif edir.

Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin