Mövzu 1 Marketinqin sosial-iqtisadi mahiyyəti və nəzəri-metodoloji əsaslari Plan


Plan: 9.1. Qiymət və onun yerinə yetirdiyi funksiyalar



Yüklə 1,17 Mb.
səhifə61/92
tarix02.01.2022
ölçüsü1,17 Mb.
#35567
1   ...   57   58   59   60   61   62   63   64   ...   92
C fakepathMühazir l r - texniki marketinq

Plan:

9.1. Qiymət və onun yerinə yetirdiyi funksiyalar.

9.2. Qiymətə təsir edən amillər.

9.3. Qiymətin növlər
9.1. Qiymət və onun yerinə yetirdiyi funksiyalar.

Məhsulun qiyməti istehlakçının, alıcının ondan aldığı və ya almasını nə­zərdə tutduğu faydanın müqabilində ödəməyə hazır olduğu vəsaitin məbləğidir.

Məhsulun qiyməti marketinq kompleksinin ən vacib və mürəkkəb ele­ment­lə­rin­dən biridir.

Məhsulun satış qiymətilə istehlak qiymətini bir-birindən fərqləndir­mək la­zım­dır. Satış qiyməti məhsulun bilavasitə alıcıya satıldığı qiymətdir, məhsulun no­mi­nal qiymətidir. Məhsulun istehlak qiyməti dedikdə, onun satış qiymətilə quraş­dırılması və istismarı ilə əlaqədar olan xərclərinin (məh­sulun çatdırılmasna, quraşdırılmasına, isti­fadə döv­rün­də on­un istis­marına, servis xidmətinə və s. çəkilən xərclər) məcmusu başa düşülür.

Marketinqdə qiymət bir sıra funksiyalar yerinə yetirir. Bura aşağı­dakı funksiyalar aiddir

1. tələblə təklifin tarazlaşdırıl­ması, onlar arasında balansın yaradılması funksiyası.Bazar iqtisadiyyatında qiymət tələb və təklifin təsiri altında formalaşsa da onların səviyyəsinə, onlar arasında balansın ya­radılmasına ciddi təsir edir. Digər amillərin sabitliyi şəraitində qiymətin səviyyəsi yüksəldikcə tələbin həcmi azalır, təklifin həcmi isə artır

2. istehlakçılara informasiya vermə funk­si­y­a­sı da yerinə yetirir. Alıcılar, istehlakçılar məhsul satın alınmasına dair qə­rarlar qəbul edərkən digər amillərlə yanaşı onun qiymətini də nəzərə alır­lar. Buna görə də qiymət, məhsulun istehsalı və satışına çəkilən xərclər, həmçinin bazarın konyunkturası haqda alıcılara informa­siya verir.

3. məhsulun satışı­nın və tələbin həcminin stimullaşdırılması. Belə ki, qiymət tələb və təkli­fin həcminə təsir etməklə istehsalçını daha çox məhsul istehsal etməyə və istehlakçını daha çox məhsul almağa, daha çox məhsul istehlak etməyə və bunun sayəsində satışın həcminin artırılmasını stimullaşdırır.

4.uçot funksiyası da yerinə yetirir. Qiymətin uçot funksiyası va­sitəsilə bütünlükdə satışın, satış­dan əldə edilən ümumi gəlirin və mənfəə­tin məbləğinin uçotu, həmçinin məh­sulun istehsalı və satışına çəkilən xərclərin və dəyər ifadəsində müəyyən edilən digər göstəricilərin uçotu aparılır.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin