Beləliklə, tarazlığın əsas şərti ayrı-ayrı əmtəələr üzrə sərf olunan pul vəsaitinin hər vahibinə görə son faydalı-lıqlarıntarazlaşmasıdır.
4. Istehlak tarazlığı, əvəzetmənin və gəlirlərin faydalılığı.
Hər hansı bir məhsula olan fərdi tələbin formalaşmasının əsasını istehlakçı davranışı təşkil edir. Bunu sübut etmək bir o qədər də çətin deyildir. Çünki qiymətlər sabit qalmaqla əhalinin real gəlirləri artdıqda, yaxud da real gəlirlər sabit qalmaqla qiymətlər aşağı düşdükdə budcə “xəttini sağa və ya yuxarı hərəkət etdirməklə” az, yaxud da çox miqdarda əmtəə almaq olar. Bu çevrilmələrin kəsişmə nöqtəsi istehlakın daha yüksək səvviyyəsində müəyyənləşmiş tarazlığa uyğun gəlir. Əhalinin real gəlirləri artdıqda büdcə məhdudiyyəti və əmtəələrin istehlakındakı tarazlıq yenidən daha yüksək səviyyəyə qalxır, əksinə olduqda isə aşağı düşür. Bütün bunların təsiri ilə «gəlirlər – istehlak» və «qiymət – istehlak» xətləri formalaşır.
Real gəlirlərlə istehlak arasındakı asılılıq ilk dəfə XIX əsrdə ingilis iqtisadçısı D. Xiks tərəfindən əsaslandırılmış, sonra isə alman statistiki E. Engel bundan istifadə etməklə işçi ailələri büdcələrinin quruluşunu öyrənmiş, gəlirlərin yemək və paltar, mənzil və kommunal xidmətləri, habelə daha yüksək sayılan əmtəə və xidmətlər arasında bölüşdürülməsininqanunauyğunluqlarınıdəqiqləşdirmiş və ona müəyyən əlavələr etmişdir.
Beləliklə, istehlakçıların formalaşan tələbinin quruluşuna onların gəlirləri, həmçinin əmtəələrin və xidmətlərin qiymətlərinin ümumən, yaxud da qismən dəyişməsi təsir edir. Qiymətlərin aşağı düşməsinə isə alıcılar ikili reaksiya verirlər. Birincisi, alıcılar qiymətləri dəyişməmiş və nisbətən baha görünən əmtəələri satın almaqdan imtina edir və qiyməti ucuzlaşmış əmtəələrdən daha çox satın almağa meyl göstərirlər. Və bununla da satın alınan əmtəələrin quruluşunda müəyyən dəyişikliklər baş verir. Qiymətləri dəyişməz qalmış əmtəələrin, qiymətləri ucuzlaşmış əmtəələrlə əvəz olunması və bununla əlaqədar olaraq daha ucuz əmtəələrin satın alınmasının artması nəticəsində tələbin quruluşunda əmələ gələn dəyişikliklərə əvəzetmənin faydalılığı deyilir. Gəlirlərin səmərəliliyi dedikdə qiymətlərin aşağı düşməsi və bununla da real gəlirlərin artması nəticəsində istehlakçı tələbinin quruluşunda dəyişiklik baş verməsi nəzərdə tutulur. Qiymətlərin aşağı düşməsi istehlakçılara sərf etdikləri xərcləri azaltmağa və deməli, müəyyən qədər qənaət əldə etməyə imkan verir ki, bu da sonradan digər əmtəələrin satın alınmasına və ma-hiyyət etibarilə tələbin artmasına səbəb olur. Bütün bunlara əsasən demək olar ki, əvəzetmənin və gəlirlərin faydalılığı istehlakçı tələbinin və onun qurulu-şunun dəyişməsinə səbəb olsalar da, bunların təsiri eyni deyildir. Ona görə də nəinki nəzəriyyədə, həm də təcrübədə qiymətin əmələ gəlməsində bu faydalanmanın normal, yəni yüksək və aşağı keyfiyyətli (aşağı qiymətli) əmtəələrə təsirini fərqləndirmək lazımdır.
Mövzu 8: Rəqabət və inhisar.
( 2 saat)
Plan
1. Rəqabətin mahiyyəti və iqtisadiyyatın inkişafında onun rolu.
2. Rəqabətin tipləri və modelləri.
3. Rəqabətin metodları.
4. İqtisadiyyatda inhisarçılıq.
5. İnhisarçılığın formaları.
6. İnhisarçılığın sosial- iqtisadi nəticələri. Antiinhisar qanunvericiliyi.
Dostları ilə paylaş: |