Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”


Mövzu 17: Şifahi nitqə verilən ciddi tələblər



Yüklə 0,92 Mb.
səhifə27/44
tarix22.06.2023
ölçüsü0,92 Mb.
#133914
1   ...   23   24   25   26   27   28   29   30   ...   44
M?vzu 1 Nitq inki?af? ?zr? apar?lacaq i?l?rin istiqam?ti, m?qs?

Mövzu 17:
Şifahi nitqə verilən ciddi tələblər

Plan
Şifahi nitqə verilən ciddi tələblər


Nitqin düzgünlüyü, dəqiqliyi və aydınlığı
Nitqin ifadəliliyi ,zənginliyi, sadəliyi, təmizliyi və münasibliyi, təsadüf olunan məqamlar
Ədəbiyyat
B.Paşayeva – “Nitq inkişafının metodikası” Bakı 2004
İ.Hacıyeva – “Nitq mədəniyyəti” – Bakı 2011
H.Həsənov “Nitq mədəniyyəti və üslubiyyatın əsasları”-Bakı 2003
A.Qurbanov “Müasir Azərbaycan dilinə dair praktikum”Bakı-2005

Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğun olaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadə edə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündə ehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi; 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcud variantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən daha uyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika ilə üslubiyyatın vəhdətidir. Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədəniyyəti, dilə şüurlu sevgisi, ən yüksək keyfiyyətdir. İnsanın nitqi onun iç dünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaq üçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrün böyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan, danış, səni tanıyım”. Həzrət Əli buyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onun gözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət verilmişdir.


“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həm söz anlayan olasan, həm də söz anladasan”.Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması ilə çox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaq özü bir elmdir və onun xüsusi qanunları var”. A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiq ola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir. Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isə tədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmış bir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”.
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlar mədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyəti probleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir. Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bu nitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdə böyük uğurlar qazanırlar.
Nitqin əsas keyfiyyətləri haqqında yığcam bir şəkildə aşağıdakıları qeyd etmək olar:
Nitqin düzgünlüyü. Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir. Qrammatikanı yaxşı bilən adamlardan elələrinə təsadüf edilir ki, onların nə yazdıqlarını oxumaq, nə də danışığını dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və qüsurlu olur. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Bunun üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır. Nitqin düzgünlüyü üçün başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, gerçəkliyin hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir. Reallıqdan uzaq, ona söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür.
Nitqin aydınlığı. Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başadüşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməmişdir.
Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, bəzən də səslərin, hecaların tələffüzdən düşməsi, məzmuna, məqsədə uyğun intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl gətirən səbəblərdir. Normal nitq tempindən yavaş və ya əksinə, iti danışanlara təsadüf etmək çətin deyildir. Iti templə danışarkən sözlər yarımçıq tələffüz olunur. Belə nitqi eşitmək və qavramaq çətin olur. Sözlərin əvvəli və ya axırı “udulur”, səslər anlaşılmır. K.S.Stanislavski bu cür nitq haqqında demişdir: “Səsləri dəyişdirilmiş sözlər mənə ağzının yerində qulağı, qulağın yerində barmağı olan adam təsiri bağışlayır. Əvvəli aydın deyilməyən söz başı əzilmiş adam kimidir. Sonu eşidilməyən söz isə mənə ayaqları kəsilmiş adamı xatırladır. Ayrı-ayrı hərf və hecaların buraxılması əzilmiş burun, çıxarılmış göz və ya diş, kəsilmiş qulaq və bu kimi şikəstliklər təsirini bağışlayır. Bəzi adamlar ehtiyatsızlıq üzündən sözləri yapışdırıb, mənasız və formasız kütləyə çevirəndə mən balın üstünə düşmüş milçəyi xatırlayır və tutqun dumanda payız palçığı və çiskinini təsəvvürümə gətirirəm”
Kütlə qarşısında, auditoriyada çıxış edən nitqinin aydın olması üçün aşağıdakılara əməl etməlidir:
1) Danışılacaq mövzu ətrafında əvvəlcə düşünmək, lazımi material və faktlar toplamaq; 2) Həmin materialı sistemləşdirmək; 3) Mətn yazılıdırsa, dönə-dönə oxumaq, oradakı əsas fikri ifadə edən sözləri (məntiqi vurğulu sözləri) aydın və nəzərəçarpacaq dərəcədə tələffüz etməyə nail olmaq; 4) Söz və qram-matik formaları düzgün və aydın tələffüz etmək; 5) Məzmuna uyğun intonasiya seçə bilmək; 6) Mətndə qarşıya çıxa biləcək mənası çətin sözləri (alınma sözləri, terminləri, neologizmləri, köhnəlmiş sözləri və s. izah etmək; 7) İstinad olunan mənbəni (əsər, məqalə, radio və televiziya verilişləri və s.) göstərmək; 8) Fikri, çıxarılan nəticəni misallarla əsaslandırmaq; 9) Auditoriya ilə (eləcə də müsahiblə) əks əlaqəni yaratmaq – sual vermək, cavab almaqla deyilənlərin başa düşül-düyünü, mənimsənildiyini müəyyənləşdirmək, lazım gələrsə əlavə şərh vermək; 10) Dinləyicilərin mənafe uyğunluğu, şəxsi maralarını nəzərə alınmaq.
Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca dictio sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması deməkdir. Aydın və oxunaqlı xətt yazılı nitqin asan anlaşılmasına nə dərəcədə şərait yaradırsa, düzgün diksiya da şifahi nitqin başa düşülməsi, qavranılmasını o dərəcədə təmin edir.
Diksiyanın pozulması digər tələblərə əməl olunduqda belə (sözlər mənaya uyğun işlənildikdə, cümlədə söz sırası gözlənildikdə, cümlələrdə fikrə uyğun bağlılıq olduqda və s. hallarda) nitqi anlamağı çətinləşdirir. Bu cür danışıqda sözlər “ağızdan tökülür”, çox zaman sözün axırı, əvvəli aydın deyilmir, səslər qarışdırılır, bitişik şəkildə tələffüz olunur. Məsələn; bizəldi (bizə gəldi), gətdi (gətirdi), gə gedək (gəl gedək), oagörə (ona görə), sonsamitlə bitən (sonu samitlə bitən), ümqrammatik (ümumi qrammatik), sutiyada (studiyada) və s. Bəzən düzgün tələffüz pis diksiya ilə təhrif olunur.
Diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını bir qədər çətinləşdirir. Belə nitqi dinləyən gərginlik keçirir, tez yorulur, söhbətin mabədi ilə az maraqlanır, diqqətini başqa istiqamətə yönəldir.
Natiqlik praktikasında nitqin diksiya baxımından aydınlığı və düzgünlüyü böyük əhəmiyyət kəsb edir.Nəfəsi və səsi idarəetmə bacarığını təkmilləşdirmək, bu sahədə şivə qüsurlarını düzəltmək, dodaqların, dilin, çənənin süstlüyünü aradan qaldırmaq, səs, nəfəs üzərində kompleks çalışmalar aparmaqla aydın diksiyaya nail olmaq mümkündür. Auditoriya qarşısında çıxış edən natiq (mühazirəçi) nitqin səs mədəniyyətinə yiyələnməli, danışıq cihazından düzgün istifadə etməyi bacarmalıdır.
Diksiyanın pozulması səbəblərindən biri danışıq və ya oxu zamanı nəfəsin düzgün tənzim olunmamasıdır. Məlumdur ki, ağciyər tələffüz zamanı tələbata uyğun olaraq xaricə hava buraxır və bu hava ehtiyatının sərf edilməsi sözdən, cümlədən asılı olaraq müxtəlif ölçülü olur: nəfəsalmada hava ağciyərə adi ölçüdə, tədricən daxil olduğu halda, tələffüz zamanı ağciyərdən xaricə müxtəlif ölçülərdə buraxılır. Bəzən danışanlar tələffüz zamanı nəfəslərini lazımi ölçüdə sərt etmədiklərindən cümlənin sonuna yaxın hava ehtiyatı tükənir, danışan sanki boğulur, səsin gücü aşağı düşür.
Aydın diksiyaya yiyələnmək üçün natiq müntəzəm şəkildə öz üzərində işləməlidir. Çalışmalıdır ki, nitqində sözlər düzgün tələffüz olunsun, aramla, tələsmədən danışa bilsin, səslər, xüsusən saitlər aydın eşidilsin.
Nitqin yığcamlığı. Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur. Böyük sənətkarlar yığcamlığın istedadla bağlı olduğunu göstərirlər. Kamil adamlar həmişə deyəcəklərini ölçüb-biçmiş, geniş mətləbləri yığcam şəkildə ifadə etməyə, başqalarının vaxtını almamağa, onları yormamağa
çalışmışlar. Klassiklərimiz nitqin yığcamlığına yüksək səviyyədə yanaşmışlar. Hələ vaxtilə böyük Nizami yazırdı:

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin