Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”



Yüklə 0,92 Mb.
səhifə35/44
tarix22.06.2023
ölçüsü0,92 Mb.
#133914
1   ...   31   32   33   34   35   36   37   38   ...   44
M?vzu 1 Nitq inki?af? ?zr? apar?lacaq i?l?rin istiqam?ti, m?qs?

Səsli və səssiz qiraət. Şagirdlərə səsli (ucadan) və səssiz (öz-özünə) oxumaq bacarığının verilməsi də çox qiymətlidir.
Səsli qiraətdə məqsəd, əsasən, mətnin məzmununu şagirdlərə tam və düzgün anlatmaqdan, qiraət üzrə məşq etməkdən ibarətdir. Qiraətin bu növündən ən çox dərsdə, dəməkdə və səhnədə istifadə olunur. Səsli qiraət, oxunan parçanı bütün sinif tərəfindən diqqətlə dinlən il inə sinə və eşidilməsinə imkan verir. Bu zaman şagirdlər bir tərəfdən oxuyandan nümknə götürür, digər tərəfdən onun səhvlərini tutrurvə müəllimin icazəsi ilə düzəliş verə bilirlər. Utancaq və zərif şagirdlərin qiarət vərdişlərinin inkişaf etdirilməsində qiraətin bu növü böyük əhəmiyyəUəmalikdir. Səsli qiraət ədəbi tələffüz normalarına riayət olunmasını və şagirdlərin nitqini canlı danışıq dilinə yaxınlaşmasını da təmin edir.
Şagirdlər hər hansı tapşırığı yerinə yetirmək üçün səssiz oxuyurlar. Mətnin məzmununu nağıl etməyə, onu ifadəli oxumağa, plan tərtib etməyə hazırlaşmaq, müəllimin tələb etdiyi parçanı tapmaq (seçmə qiraətə hazırlıq) müəyyən suallara cavab tapmaq, qəhrəmanın xarakteristikasını vermək üçün material toplamaq, obrazlı söz və ifadələri seçmək məqsədi ilə də səssiz qiraətdən istifadə olunur. Səssiz qiraət zamanı şagirdlər fərdi işləyir, müəyyən tapşırığı müstəqil yerinə yetirirlər. Bu isə işin yerinə yetirilməsində şagirdlərin məsuliyyətini artırır.
Səssiz qiraət, diqqəti müəyyən məsələnin üzərinə yönəltmək, düşüncəli oxumaq bacarığını inkişaf etdirmək üçün böyük əhəmiyyətə malikdir. Səssiz oxumaq qiraətin sürətinin artmasına da kömək edir.
Səssiz qiraətdən azkomplektli məktəblərdə daha çox istifadə olunur.
Qiraətin bu növünün bir sıra üstünlüklərinə baxmayaraq nöqsanlı cəhətləri də vardır. Səssiz qiraətin başlıca nöqsanı odur ki, qiraətə nəzarət etmək mümkün olmadığından müəllim buraxılan nöqsanları müəyyənləşdirə bilmir. Bu nöqsanlar dərsin sonrakı mərhələlərində meydana çıxır.

Qiraət dərsləri uşaqlara kitabdan istifadə etməyi, ondan bilik qazanmağı öyrədir. Qiraət dərsləri eyni zamanda uşaqlara doğma ana dilini öyrətmək üçün mühüm vasitələrdən biridir. Onlar uşaq ədəbiyyatının ən gözəl nümunələri ilə tanış olurlar. Şagirdlər əsərləri oxuyarkən Azərbaycan dilinin zənginliklərini, onun tükənməz imkanlara malik olduğunu hiss edirlər.


Qiraətin düzgünlüyü əsərin oxunması üçün zəruri şərtdir. Qiraətin düzgünlüyünə verilən ilk tələblər aşağıdakılardır:
sözləri sərbəst və höccələmədən oxumaq, hecaları təkrar etməmək, qiraət zamanı səs-heca buraxmamaq, artırmamaq, səsləri və ya hecaları başqaları ilə əvəz etməmək, sözlərin axırlarını aydın söyləmək.
rabitəli mətnləri ayn-ayrı sözlərlə deyil, cümlələrlə oxumaq, yəni fasilələri tək-tək sözlərdən sonra deyil, danışıqda olduğu kimi, cümlələrin sonunda etmək;
qiraət prosesində Azərbaycan ədəbi tələffüzünün qaydalarını gözləmək;
məntiqi vurğulan gözləmək və qiraətdə durğu işarələrinin tələblərinə düzgün riayət etmək.
Yalnız yuxanda göstərilən qaydalan gözlədikdə qiraət düzgün və normal hesab edilə bilər.
Qiraətin şüurluluğuna, təxminən aşağıdakı tələblər verilir:
1. şagird oxuduğu mətndəki ayrı-ayrı sözlərin əsl mənasını düzgün anlamalıdır;
2.o. məcazi mənada işlədilən sözlərin də düzgün mənasını başa düşməlidir.
şagird qiraət zamanı bir-biri ilə əlaqədar olan sözləri və onlarla ifadə olunan fikirləri anlamalıdır;
o, əsərdəki fikirləri, mətnin məzmununu, ideyasını mənimsəməlidir. Beləliklə, şagird əsərdə irəli sürülən əsas fikirləri mənimsəyə bilmək üçün
ilk növbədə hər bir söz və cümlənin mənasını anlamalıdır.
Mətnin anlaşılması üçün qiraət müəyyən sürət tələb edir, əgər şagird sözləri uzadaraq cümləni ağır-ağır oxuyursa, fikrini bir yerə toplaya bilməz,cümlənin axırına doğru qarıxar və oxuduğunun mənasını anlamaz. Eyni zamanda cümlə çox sürətlə və tələsik oxunsa, yenə də mənası oxucu üçün anlaşılmaz qalar, ifadəli qiraət üçün şagirdlərə verilən ilk tələblər təxminən aşağıdakılardan ibarət olmalıdır:
1) danışdığın kimi oxu; 2) sadə və təbii oxu; 3) durğu işarələrinin tələbini gözlə; 4) sözləri aydın və düzgün tələffüz et; 5) ayn-ayn adamların sözlərini oxuyarkən, hər şəxsin xarakterinə görə səsini dəyişdir; 6) oxuduğun mətnin məzmununa uyğun olaraq, səsini ölç və lazım olan yerdə onu qüvvətləndirib-zəiflətməyi bacar; 7) oxuduğun cümlələrin yalnız fikrini deyil, eyni zamanda orada ifadə edilən hissələri də verməyə çalış; 8) qrammatik, məntiqi və emosional vurğunu gözlə; 9) yalnız durğu işarələrinin tələbinə görə deyil, eyni zamanda
mənaya görə də lazımi fasilələrə əməl et; 10)qiraət zamanı nəfəsi idarə etməyi
bacar.
İfadəli qiraət üçün şagirdlərin səviyysəinə müvafiq verilən bu ibtidai tələblər, hər hansı bir mətnin oxunmasında irəli sürülməlidir. İfadəli qiraətdə müxtəlif ruhi hallar, hisslər, həyəcanlar (şadlıq, təmkinlik, təəccüb, qorxu və s.) verilir. Bir sıra ruhi hallan nitqdə ifadə etmək şagirdlərə qabaqcadan məlumdur. Məsələn, şagirdlər öz adi danışıqlannda sorğu, yumşaq danışıq (incə söhbət), kobud cavab vermək, şıltaqlıq etmək və s. bu kimi hallarda intonasiyadan bacanqla istifadə edirlər. Lakin onlar daha mürəkkəb hiss və həyəcanlan (kinayə, istehza, zarafait, səmimiyyət və s.) ifadə etməkdə çətinlik çəkirlər.
Şagirdlərə ifadəli oxumağı öyrətmək üçün müəllim özü oxumaq bacanğına
yiyələnməlidir. Təəssüf ki, bəzi müəllimlər yalnız məzmunun dərk edilməsinə fikir verir və əsas diqqəti yalnız mətnin məzmununu nağıl etməyə həsr edirlər. Nəticədə əsərdəki bədiilik, oynaqlıq, axıcılıq, əsərin bədii təsiri, oradakı obrazlann xüsusiyyəti şagirdlərə çatdınlmır.
Qiraətin keyfiyyəti şagirdlərin oxu vərdişlərinə yiyələnmələrindən, bu vərdişlərin inkişafından asılıdır. İstər səsli, istərsə də səssiz oxu zamanı düzgünlük, şüurluluq, optimal sürətlilik və ifadəlilik kimi tələblər gözlənilərsə, yaxşı qiraət vərdişlərinə yiyələnmək şagirdlərin müvəffəqiyyətli inkişafının ən mühüm şərtlərindən ola bilər.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin