Mövzu 22 Nitq nöqsanlarının tərbiyə edilməsi və islahatı Plan
1 .Nitqin inkişafı üzrə işə verilən tələblər və nitqin mənimsənilməsi prinsipləri
Nitqin anatomik-fızioloji əsasları
Nitq nöqsanlarına qarşı mübarizə və islah edilməsi
ƏDƏBİYYAT
B.Paşayeva - “Nitq inkişafının metodikası” Bakı 2004
İ.Hacıyeva- “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov- “Nitq mədəniyyəti və üslubiyyatm əsasları” Bakı 2003
A. Qurbanov- “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H. Balıyev- “Azərbaycan dili” Bakı 2006
Nitq inkişafı üzrə işlərin üçüncü istiqaməti şagirdlərə öz fikirlərini şifahi və yazılı formada rabitəli olaraq ifadə etmək bacarığı və vərdişlərinin verilməsinə aid işləri əhatə edir.
Nitq inkişafı üzrə işə verilən tələblər.
Nitq inkişafı üzrə iş uşağın xasiyyətinə, xarakterinə təsir göstərməli, ona fəal, dəqiq, inamlı, iradəli, qətiyyətli, doğruçul, səmimi, nəzakətli, intizamlı olmağı öyrətməlidir.
Məşğələlər emosional təsir bağışlamalıdır. Məşğələ canlı, maraqlı təşkil olunmalıdır ki, uşaqlarda razılıq hissi yaransın. Onf,görə də məşğələlərə zarafat, yumor daxil edilməlidir. İşə başlamazdan əvvəl uşaqlarda öyrənmək həvəsi, yeni şeyi bilmək cəhdi yaradılmalıdır. Nəhayət, uşaq pilə-pillə dilə yiyələndikcə onda məktəbə getmək, oxumaq həvəsi baş qaldırır.
Nitq inkişafı üzrə məşğələlər onun sahələri üzrə (səs mədəniyyəti, lüğət işi və s.) ayrı-ayrılıqda, təcrid olunmuş halda deyil, kompleks şəkildə aparılmalıdır.
Məşğələlərin bütün mərhələlərində hər bir uşağın nitqinin fəallığı təmin edilməlidir. «Nitq fəallığı» dedikdə, uşağın müəllimin və yoldaşlarının nitqini başa düşməsi, eşitdiklərini fəal qavraması nəzərdə tutulur.
Kollektiv xarakterli təlim fərdi yanaşma ilə birləşməlidir. Belə ki, ümumi tapşırıq, xorla cavab və s. kimi frontal iş prosesi ayrı-ayrı uşaqlara verilən tapşırıqlarla uzlaşmalıdır. Bu prosesdə nitqi nöqsanlı, qaradinməz, ünsiyyətsiz, çərənçi uşaqlara xüsusi diqqət yetirilməlidir.
Hər bir məşğələnin məqsədinə uyğun və priyomlar seçilməlidir.
Uşaqların səsinin qüvvəsi, nitqinin sürəti, düzgün danışıq qaydalarına
yiyələnmələri, dinləmək və eşitmək qabiliyyəti bütün məşğələlərin təsiri ilə qaydaya düşür.
Nitqin mənimsənilməsinin prinsipləri
1. «Dilin materiyasıma diqqət prinsipi. Bu prinsipə görə nitq inkişafı üzrə məşğələlərdə nitq orqanlarının əzələlərinin fiziki inkişafına, diqqət yetirmək tələb olunur. Uşaqlar öz səsi ilə bütün fonemləri, prosodemləri, sözün
bütövlükdə intonasiyasını, cümlə və mətni artikulyasiya süzgəcindən keçirməlidir.
Söz, ifadə və cümlələrin mənasını başa düşmək prinsipi. Bu prinsip uşaqların öz nitqlərini işarələr sistemi kimi anlamalarını təmin edir. Tərbiyəçi uşaqların fikrini elə məşq etdirməlidir ki, onlarda leksik-qrammatik, nəticədə fikri vərdişlər möhkəmlənsin.
Nitqin ifadəliliyindən qiymətləndirilməsi prinsipi. Bu prinsipə görə nitqin emosional çalarlığmı hissetmə qabiliyyətini inkişaf etdirən vasitələr seçilməlidir.
Dili hissetmə, həssaslıq tərbiyəsi prinsipi. Dilə həssaslıq dedikdə, nitqdə səs, söz, söz birləşməsindən ənənəyə görə necə istifadə edildiyini yadda saxlamaq nəzərdə tutulur. Dilin konstruksiyasını anlamaq, danışarkən onunla əməliyyat aparmaq, eşidilən dil komponentlərinə diqqətlə fikir vermək, səslənməsinə və mənalarına görə onları fərqləndirmək vərdişini uşaqda həssaslıq yaradır.
Nitqin zənginləşməsi sürətinin ardıcıl artması prinsipi. Bu prinsip uşağın fonetik, qrammatik vərdişlərinin inkişafı, ətraf aləmlə tanışlığı və ümumi hazırlığının artması ilə əlaqədardır.
Nitqin anatomik - fizioloji əsasları.
Səsli nitqin əmələ gəlməsində iştirak edən üzvlər iki yerə bölünür. Birincisi, nitqin ərtaf cihazlarıdır ki, buraya ağ ciyər, diafraqma, qarın və köküs qəfəsinin əzələləri, qırtlaq, udlaq, yumşaq damaq, dilçək, ağız boşluğu, burun boşluğu, dil, dişlər və dodaqlar daxildir. İkincisi isə, mərkəzi cihazdır ki, buraya beyin qabığında nitqi idarə etməyə məxsus olan xüsusi mərkəzlər daxildir. Birinci bölməyə daxil olan cihazlar, mərkəzi üzv olan baş beyin səthini təşkil edəni beyin qabığının nəzarəti altında işləyərək öz adi vəzifələrini yerinə yetirirlər. Ətraf cihazlardan olan ağ ciyər iki vəzifə daşıyır: ağ ciyər qaz mübadiləsi aparmağa məxsus bir üzv vəzifəsini gördüyü kimi, səs tellərini hərəkətə gətirmək üçün də görük vəzifəsini ifa edir; ağ ciyərin sıxılaraq havanı
Nitq bütün beyin qabığının vəzifəsi olsa da, beyin qabığının bəzi sahələri nitqin əmələ gəlməsində xüsusi əhəmiyyətə malikdir.
Bütün söylənənləri nəzərə almaqla bunu unutmamalı ki, beynin fəaliyyəti tamlıq, bütövlük halında cərəyan edir. Mərkəzi pozğunluqlar göstərilən mərkəzlərin müxtəlif səbəblərlə fəaliyyətdən düşməsindən əmələ gəlir. Ətraf nöqsanlar dedikdə isə dil, dodaq, səs səs telləri və sairə kimi nitqin əmələ gəlməsində iştirak edən nitq cihazlarından asılı olan nöqsanlar nəzərdə tutulur.
2. Nitqin ətraf cihazlarından asılı olan nitq nöqsanlarıdır. Bunlardan asılı olaraq meydana gələn nitq nöqsanlarının iki mühüm səbəbi vardır. Onlardan biri nitqin ətraf cihazlarının anatomik nöqsanlı olmasıdır. İkincisi isə, funksional nitq pozğunluqlarıdır. Funksional pozğunluq dediyimiz zaman, nitq cihazı anatomik sağlam və düzgün olduğu halda baş verən nitq nöqsanlarını nəzərdə tutmaq nəzərdə tutmaq lazımdır. Buraya pəltəkliyin əsas hissəsi, tıntınlığm bir qismi, kəkələmənin çox faizini təşkil edən psixogen səciyyəli kəkələmələr daxildir.
Nitq nöqsanlarına qarşı mübarizə yolları. Ümumiyyətlə, YII əsrin axırma qədər nitq nöqsanlarının mahiyyəti və islahı haqqında iki nöqteyi-nəzər olmuşdur. Bəziləri nitq nöqsanlarının əsas səbəbini nitq üzvlərinin fizioloji cəhətdən nöqsanlı olması ilə izah edərək nitq nöqsanlarını islah etmək üçün cərrahi üsullardan (qan almaq, dilin qədəyini kəsmək, dili çərtmək və şairədən) istifadə etmişlər. Bəziləri isə, nitq nöqsanlarının əsas səbəbini daxili xəstəliklərlə əlaqədar hesab edərək müalicə etmək üçün dərman, bədən tərbiyəsi və sairə bu kimi müalicə üsullarını geniş tətbiq etmişlər.
XIX əsrin başlanğıcında nitq nöqsanlarının islahı ətrafında tədqiqat işləri genişlənir və nitq nöqsanlarının. təsnifi başlanır. XIX əsrin ikinci yarısında beynin son yarımkürəsində Broka, Vernike və Lixtheymin tapdıqları nitq mərkəzlərinin xəstəliyə tutulması nəticəsində müxtəlif nitq pozğunluqlarının, yəni afaziyalarm səbəbləri aydınlaşır. XIX əsrin son
illərində və XX əsrin I rübündə çox illər ərzində toplanmış bilik əsasında nitq nöqsanlarını islah etmək üçün dərin düşünülmüş üsullar əldə etməyə qədəm qoyulur.
Nitqi sağlam olan şəxslər ən kiçik nitq nöqsanı olan adamın nə qədər böyük ruhi narahatlıq hiss etdiyini çətin təsəvvür edə bilərlər. Onlar öz nöqsanlarını gizlətmək üçün saatlarla deyil, aylar, hətta illərlə fikirləşir və asan kəlmələr, cümlələr seçmək üzərində düşünürlər. Nitqi nöqsanlı olanların əzablarına nümunə ola biləcək kiçik bir misalı qeyd etmək faydasız olmaz.
Demək, nöqsanlı nitqi islah etməklə şəxsiyyəti, onun psixoloji halına ağır təsir göstərən əzabdan həmişəlik azad etmək mümkündür. Ondan başqa, aydın görmək olur ki, psixi mənfi təsirin və ya zədənin əmələ gəlməsi üçün nitq nöqsanının mürəkkəb olması heç də vacib deyildir. Göstərilən nəticələr, ata- ana və müəllimlərin bu məsələyə əhəmiyyət vermələrinə səbəb olacaqdır.
Birinci növbədə müəllimlər dərs ilinin başlanğıcından nitqi nöqsanlı olan uşaqları nəzərə alaraq onlara məxsus dəftər təşkil edir və iş prosesində onların buraxdıqları nitq nöqsanlarını hesaba alır. Nitqi nöqsanlı olan uşaqlar hesaba alındıqdan sonra müəllim bu uşaqları dərsin axırında saxlayaraq onlarla bir- bir söhbət aparır. Müəllim kitabın axırında verilən cədvəllər üzrə fərdi olaraq hər bir şagirdi öyrənərək nitq nöqsanının səciyyəsini müəyyənləşdirir. Məsələn, müəllim kitabın axırında verilmiş 3-4 nömrəli cədvəldə olan şəkillərin adlarını soruşaraq kəlmələri təkrar etdirir və nöqsanlı deyilən səsləri, yaxud başqa növ nitq nöqsanların aydınlaşdırır. Ondan sonra müəllim nitq nöqsanlarının zərərli cəhətlərini uşaqların nəzərinə çatdıraraq onlara bu nöqsanın aradan qaldırılmasının mümkün olduğunu və bunun üçün də onlara, bu məsələnin üzərində xüsusi çalışmalarının əhəmiyyətini anladır. Uşaqlar çox zaman özlərində olan nitq nöqsanlarını hiss etmirlər və onun üçün də o nöqsanlı islahına soyuq baxırlar. Ona görə müəllim onun nöqsanının çox zaman nə qədər əlaqəsizlik yaratdığını başa salmaq üçün əyani vasitələrdən istifadə edərsə, uşağı daha tez başa salıb işə cəlb edə bilər. Məsələn, ş səsini deyə bilməyən bir uşağa deyir ki, aş söylə; uşaq as. Müəllim bu iki kəlməni şərh edərək göstərir ki, aş xörəkdir, onu yeyərlər, ancaq as isə - dəsmalı, paltarı və sair şeyləri asmaq deməkdir. Müəllim uşağın nöqsanım ona çatdırmaqla nöqsanı aradan qaldırmağa həvəs yaradır. Nitqi nöqsanlı olan uşaqlarla müəllim tədrici pillələrlə iş aparmalıdır.
Birinci pillədə pəltəklik bəhsində göstərilən üsullarla səsin qoyuluşu dərsdən kənar aparılır.
İkinci pillədə (yenə də dərsdən kənar) qoyulmuş səs kəlmənin əvvəlində, ortasında, axırında (çalışmalara bax) sərbəst və düzgün deyilincə iş aparılır və cümlələrlə də bir neçə gün sərbəst söyləməyə başladıqdan sonra üçüncü pilləyə keçilir.
Üçüncü pillədə uşağın sinifdə nitqinə diqqət edərək ardıcıl müşahidə aparmaq və səhvləri yeri gəldikcə düzəltməklə o nöqsanın tamamilə aradan qaldırılmasına müvəffəq olmaq olar.
Nitqdə olan pəltəklin eyni zamanda uşaqların yazılarında da əks olunur. Məsələn, uşaq sözünü uşaq, as sözünü aş və tərsinə, rəsm sözünü ləsm və i.a. kimi yazırlar. Nitq nöqsanlarını düzəltmədən yazıda buraxılan nöqsanları islah etmək olmaz. Nitq nöqsanlarının islahı prosesində yazıda olan nöqsanlara da uşağın diqqətini cəlb edib təmrinlər verməklə bu nöqsanı da aradan qaldırmaq olar. Təlim prosesində nitq və yazı nöqsanlarına fikir verib islah etməyi təmin etməklə sağlam nitqə və savadlı yazıya malik kadrlar yaratmaq üçün lazım olan bünövrə möhkəm qurulmuş olar.
Sağlam danışmaq üçün əsas şərtlərdən olan tənəffüzün, məxrəci və sağlam eşitmənin böyük əhəmiyyəti olduğunu nəzərdən qaçırmamalıdır. Bu göstərilənlərin birlikdə aktiv fəaliyyəti sağlam danışmaq üçün lazımi şərtlərdəndir. Odur ki, sinifdə uşaqların diqqətini tənəffüsün müntəzəmliyinə (ən çox kəkələmədə), tələffüz məxrəcinə, dil, dodaq və çənəyə, dişlərin vəziyyətinə nə qədər diqqət verilsə, nitq bir o qədər aydın və səf almar. Uşaqların özlərini bu işə nəzarət etməyə təşəbbüsləndirmək lazımdır.
Xüsusi qeyd ediləcək məsələlərdən biri də sinifdə nitqi nöqsanlı uşaqlara qarşı sağlam əlaqə, yaxşı şərait yaratmaqdan ibarətdir. Bu məsələ müəllimin nitq nöqsanları sahəsində aparacağı iş üçün əsas təşkil edir, bunsuz məqsədə nail olmaq çox çətindir, bəlkə də heç mümkün deyildir.
Pəltəklik elə nitq nöqsanıdır ki, bu zaman nitqin səlisliyini və ritmi pozulmamış qalırsa da aşağıdakı nöqsanlar müşahidə edilir:
bəzi səslərin tamamilə deyilməməsi; məsələn, daraq-daaq, lampa-lapa, Rəhim-əhim deyilməsi kimi və s.
ayrı-ayrı səslərin pozğun, dəyişilmiş şəkildə deyilməsi; məsələn: s səsini, çubuq çəkənlər dillərini üst damaqlarma sıxaraq dilinin ucu ilə üst dişlərin arasında uzaq məsafəyə tüpürdükləri zaman çıxan səsi ifadə edən bir səs kimi tələffüz etmək və s.
v) bir səsi və ya hecanı digərilə əvəz etmək; məsələn qaşıq əvəzinə daşıq deyilməsi;
q) tək-təklikdə və ya başqa kəlmələrdə düzgün deyildiyinə baxmayaraq səsləri və ya hecaları buraxmaq və ya tam deməmək;
ğ) səslərin və ya hecaların yerlərini dəyişdirmək; məsələn: dolma əvəzinə domla, dəvə əvəzinə vədə deyilməsi və s.;
d) nitq prosesində tənəffüsü nizama sala bilməmək nəticəsində, danışanda nəfəs tıxanma əmələ gəlməsi.
Çox zaman bu nöqsanların bir neçəsi olduqda uşağın nitqinin nəinki yalnız kənar şəxslər, hətta ata-anaları belə başa düşmürlər.
Qeyd etmək lazımdır ki, nitq nöqsanlı estetika nöqteyi-nəzərincə də insana olduqca pis təsir göstərir. Bunlardan başqa, nitq nöqsanları çox zaman yamsılama yolu ilə başqa uşaqlara da sirayət edə bilər. Bu məqsədlə birinci dəfə pəltəkliyə səbəb ola biləcək beyinlə əlaqədar pozğunluqları nəzərdən keçirmək lazımdır. Buraya əsas etibarilə beynin qabığında və beynin maddəsində gedən iltihablar və patoloji proseslər nəticəsində əmələ gələn xəstə halın qalıqları aiddir. Bundan başqa ana və atadan övlada keçən xəstəliklər doğum zamanı qafa tasının sıxılması və sair hallar buraya daxil edilə bilər. Məsələn, yumşaq damaqda, dildə, dodaqlarda yarımifliçlərin qalması kimi nitqin ətraf cihazlarında olan anatomik nöqsanlardan pəltəkliyə səbəb ola biləcək bir çox momentlərin üzərində dayanmaq olar.
Bunlardan biri sərt damağın müxtəlif şəkillərdə olmasıdır. Məsələn: a- normal, b-uca, enli, v-uca, dar, q-qotik, ğ-kümbədə bənzər şəkillərdə ola bilər.
Şübhəsiz ki, s və z səslərini düzgün tələffüz etmək üçün bu səslərə aid yuxarıda göstərilən normal biomexanikanı yaratmaq lazımdır. Yuxarıda göstərilən bir neçə s və z səsləri pəltəkliyinin hər birində tətbiq edilməklə asan, normal biomexanika əldə etmək texnikası belədir: aptekdən taxta şpatel alıb onu uzununa bir neçə dəfə bölərək təxminən kibrit çöpü yoğunluğunda etməli; bu çöp köpək dişlərinin önünə və ya arxasına qoyulur və uşağa tapşırılır ki, dişlərilə çöpü sıxsın, dilini isə çöpün altına salaraq alt çənəsinin kəsici dişlərinə toxundursun; bu zaman 5 səsinin düzgün biomexanikası qurulmuş olduğundan normal s səsi tələffüz ediləcəkdir.
Danışmaq istədikdə heca və ya səsləri təkrarlayan yaxud nitqə başlamaq istədikdə uzun müddət çətinlik çəkərək söyləyə bilməyən adamlara həyatda rast gəlirik. Nitqin bu şəkildə pozulmasına