Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”


Dilarası siq mat izni (fıstlsılılıq)



Yüklə 0,92 Mb.
səhifə42/44
tarix22.06.2023
ölçüsü0,92 Mb.
#133914
1   ...   36   37   38   39   40   41   42   43   44
M?vzu 1 Nitq inki?af? ?zr? apar?lacaq i?l?rin istiqam?ti, m?qs?

Dilarası siq mat izni (fıstlsılılıq). Bunu düzəldərkən dilin ucunu aşağı damağa endirib ona sıxmaq, dişləri isə yaxınlaşdırmaq tələb olunur. Çalışmaq lazımdır ki, onlardan sonra gələn saitlər dişlərin arasından tələffüz edilsin. Pambıq dolanmış kibrit çöpü ilə dilin ucunu basıb aşağı damağa yapışdırmaq olar. Nəticədə dilin belində növ yaranır və hava orada^keçir.
Dodaq-diş siqmatizmi. Bu zaman s-z alt dodağın yuxarı dişlərə tərəf uzanması şəraitində (v, f samitlərinin tələffüzündə olduğu kimi) tələffüz edilir. Bu çatışmazlığı düzəltmək üçün əvvəlcə dodağı barmaqla aşağı basıb alt damağa sıxmaq, sonra səsi tələffüz etmək lazımdır.
Diş siqmatizmi, fışıltılı siqmatizjn də var.
Məşqlər:
Səsin tələffüzünün sözün əvvəlində, axırında düzəldilməsi:
Saitlə:

L sa za əks

as az

so zo

os oz

su zu

us uz

sı zı

ıs ız

si zi

is iz

se ze

es ez

sə zə

əs əz

sü zü

üs üz

sö zö

ös öz

2. asa,

asa, -

asa,

oso, -

asu,

usu, -

ası,

isi, - -




ese, -

sa-sa-sa; za-za-za;
sa-sa-sa-sa; za-za-za-za;
sas-sa-sa-sa-sas Samitlə:
spa-zpa sla-zla spa sa-sa spa spo-sbu sma-zma spi si-si spi spu zbu sna zna-zfa za-za zfa spi-zbi sfa-zfa spe-zbe sva-zva
spə-zbə sta-zda spü-zbü sva-za za- zva
spo-zpo
Digər samitlər üzrə də belə iş getməli, tərkibində belə birləşmələrin işləndiyi sözlər, yanıltmac, tapmaca və məsələlərdən istifadə olunmalıdır.
Tələffüz qüsurları və onların aradan qaldırılması
metodikası.
Təlim, tərbiyə, ictimai əmək və ünsiyyətdə nitqin əvəzedilməz bir vasitə olduğu hər kəsə bəllidir. Əlbəttə, nitq nə qədər dürüst və nöqsansız olarsa, təsiri də bir o qədər artıq olar. Buna görə də dürüst, nöqsansız nitq uğranda, xüsusən məktəblərdə, ayrıca iş aparılır.
Həyatda sağlam və səlis nitqi olmayan şəxslərə də rast gəlirik. Nitqi sağlam
f
olmayan şəxslər fikirlərini sərbəst ifadə edə bilmədiklərindən çətinlik çəkirlər/
Müəllimlərin çox faizi nitq nöqsanları və onun islahı üsulları ilə tanış olmadıqlarından nöqsanlı nitqi islah etməklə kifayət qədər məşğul olmurlar.
Loqopedlərin ata-ana və müəllimlərlə qarşılıqlı fəaliyyətləri nitq nöqsanlarının tez islah olunmasına ən yaxşı şərait yaradır
Nitq - insanın təfəkkür və hisslərini ifadə etmək üçün bir vasitə olub təfəkkürlə vəhdət təşkil edir. Nitq vasitəsilə biz öz ictimai-sinfi mühitimizlə mürəkkəb əlaqə və münasibətdə oluraq.
Bunun vasitəsilə bəşəriyyət tarixinin yaratmış olduğu mədəni irsi təlim və tərbiyə əsasında nəsldən-nəslə verə bilirik. Nitq ictimai ünsiyyətin ən mühim vasitəsi olaraq gündəlik fəaliyyətimizlə ayrılmaz bir surətdə bağlıdır. Şübhəsizdir ki, nitq nöqsanları, bu qədər qədim tarixi olan səsli nitqlə birlikdə törəmiş və o qədər də qədimdir. Əgər tarixin səhifələrini nəzərdən keçirsək, Yunanıstanda və Romada miladi tarixə qədər IV və III əsrlərdə təbabət
aləminin ataları Hippokrat və Ərəstunun nitq nöqsanları haqqında ətraflı məlumat vermiş olduqlarını görə bilərik. Ondan başqa miladi təqvimin I əsrində Plutarxm Yunanıstan natiqi Demosfenin kəkələməkdən necə sağalması haqqındakı hekayələri məlumdur.
Ümumiyyətlə, VII əsrin axırma qədər nitq nöqsanlarının mahiyyəti və islahı haqqında iki nöqteyi-nəzər olmuşdur. Bəziləri nitq nöqsanlarının əsas səbəbini nitq üzvlərinin fizioloji cəhətdən nöqsanlı olması ilə izah edərək nitq nöqsanlarını islah etmək üçün cərrahi üsullardan (qan almaq, dilin qədəyini kəsmək, dili çərtmək və s.) istifadə etmişlər. Bəziləri isə, nitq nöqsanlarının əsas səbəbini daxili xəstəliklərlə əlaqədar hesab edərək müalicə etmək üçün dərman, bədən tərbiyəsi və bu kimi müalicə üsullarını geniş tətbiq etmişlər.
Demək, nöqsanlı nitqi islah etməklə şəxsiyyəti, onun psixoloji halına ağır təsir göstərən əzabdan həmişəlik azad etmək mümkündür. Ondan başqa, aydın görmək olur ki, psixi mənfi təsirin və ya zədənin əmələ gəlməsi üçün nitq nöqsanının mürəkkəb olması heç də vacib deyildir. Göstərilən nəticələr, ata-ana və müəllimlərin bu məsələyə əhəmiyyət vermələrinə səbəb olacaqdır.
Əgər uşaq nöqsanlı danışırsa və məktəbə o nöqsanla gedərsə, daha bu “şirin dillilik” deyil, pəltəklik adlandırılır. Pəltəkliyin əmələ gəlməsində başlıca olaraq iki səbəb rol oynaya bilir:
nitq cihazının anatomik nöqsanlı olması;
uşağın nitqi inkişaf etdiyi dövrdə mənfi tərbiyəvi təsir yaradılması, ailədə böyüklərin nitqinin nöqsanlı olması və s.
Məlumdur ki, uşaq, nitqi, ətrafında olan şəxslərdən öyrənir və mənisəyir. Bu dövrdə uşaqlar çox vaxt nitqi nöqsanlı olanları yamsılayaraq onlar kimi danışmağa başlayırlar. Bu kimi nöqsanın qarşısını almaq üçün ən yaxşı yol - uşağı bu dövrdə.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin