E- Alt çənə İ- nin tələffüzündəkinə nisbətən bir qədər çox dartılır, damaq dartılır, dişlər arasındakı məsafə baş barmaq ölçüsündə olur, dilin ortası sərt damağa doöru qalxır, ucu aşağı damağa dirənir və alt dişlərə doğru uzanır.
Ə - Dilin ucu alt dişlərin üstünə toxunma vəziyyətində olur, dilin ortası və ucu I saitində olduğu kimi sərt damağa doğru qalxır.
A - Ağız açılır, alt çənə E - dəkinə nisbətən çox aşağı düşür, yuxarı damağın yanları dartılır, dişlər arasındakı məsafə üst-üstə qoyulmuş iki barmaq ölçüsündə olur, dil alt damağın üstündə yastılaşır.
O - Dodaqlar dairəvi şəkil alır və qabağa uzanır. Dil bir qədər arxaya çəkilir.
U - Dodaqlar O -ya nisbətən daha çox qabağa uzanır və daha kiçik dairə şəklini alır. Dil qüvvətli şəkildə arxaya çəkilir.
U - Dodaqlar U-ya nisbətən daha çox qabağa uzanır, daha da dartılıb kiçik dairə əmələ gətirir. t7-nün tələffüzü /- nin tələffüzünə çox yaxındır.
- Dişin orta hissəsi azca yuxarı qalxır, ağız boşluğunun ön hissəsində arxa hissəyə nisbətən kiçik bir nov yaranır, dodaqlar isə azca qabağa uzanmaqla dairəvi bir şəkil alır.
- Dişin orta və orta hissəsi dibinə doğru çəkilib bir az şişmiş halda yumşaq damağa doğru uzanır, alt çənə və dodaqlar / saiti məxrəcinə nisbətən bir qədər gen açılır.
Tələffüzün təbiiliyini təmin etmək üçün aşağıdakı kimi məşqlər məsləhət görülür:
Saitlərlə əlaqədar:
Dörd saitlə:\-i-e-ə, ə-e-a-o, o-ı-i-u, u-ə-o-e, ü-ö-o-ı.
Sonra saitlərdən birini vurğu ilə ayırmaqla, səsin tonunu və sürəti tədricən artırmaqla tələffüz etmək lazımdır. Üst dodağı inkişaf etdirmək üçün: i-e-ə-a-ı. Bu zaman bütün gərginlik götürülür. Həmin saitlərin çox işləndiyi tapmaca, yanıltmac, şeir, bayatı demək faydalıdır.
Samitlərlə əlaqədar:
P-B. pı-pi-pe-pə-pa-po-pu-pü-pə
bı-bi-be-bə-ba-bo-bü-bi-bə.