Şifahi nitq VƏ intonasiya. Şifahi nitqdə intonasiyanın rolu və əhəmiyyəti az deyildir. İntonasiya şifahi nitqdə özünü göstərən mürəkkəb nitq hadisəsidir. Buraya səs tonunun alçalması, artması,
nitqin temri, hecaların uzun və ya qısa tələffüzü, tələffüzün güclü və ya zəifliyi,
ifadələr, sözlər arasında pauzanın olub-olmaması, nitqin tembri, danışanın hadisəyə münasibəti və s. ünsürlər daxildir
.J İntonasiyanın köməyi ilə şifahi nitqdə
ifadə olunan müxtəlif fikirlər, rəylər, təkliflər bir-birindən fərqləndirilir,
şübhə, təəccüb, sevinc, nifrət, kədər və s. hisslər əyani şəkildə ifadə olunur. Natiqlik sənətində də intonasiya auditoriyanı ələ alan ən mühüm vasitə kimi özünü gösrərir.
İntonasiyanın əsas əlaməti dil vahidinin müxtəlif səs tempində, emosional çalarlıqda tələffüz edilməsidir. Məsələn,
Müəllim gəlir.
Müəllim gəlir?
Müəllim gəlir!
Müəllim gəlir?!
Göründüyü kimi, intonasiya məna ifadə edən universal səciyyəli sintaktik vasitədir. O, danışanın fikrini daha aydın
və düzgün ifadə etməsinə, dinləyənin isə asanlıqla başa düşməsinə, anlamasına xidmət göstərir. Bu cəhətdən məqsəd və intonasiyaya görə cümlənin 4 tipi mövcuddur:
Nəqli cümlə, sual cümləsi,
nida cümləsi, əmr cümləsi.
Şifahi nitq
və fasilə. Fasilə intonasiyanın başlıca komponenti olaraq şifahi danışıqda müəyyən vəzifə yerinə yetirir. Bunun 2 forması müşahidə olunur:
qısa fasilə, uzun fasilə. )
Məludur ki, danişıq zamanı nitq axınında hər bir nitq taktı arasında fasilə edilir. Mitq taktlarının bir-birini əvəz etməsi əsasında nitqin ritmi yaranır. Bu, qısaca aravermək -qısa fasilədir.
Danışıq zamanı müəyyən məqsədlə bağlı nisbətən uzun fasilə edilir.
Bu fasilə prosesində əsasən qarşılaşdırma üzə çıxır. Şifahi nitq üçün üç əlamət xarakterikdir:
ton, ritm, ahəng.
Niqin
tonu fikir və hislərin ifadə vasitəsi kimi özünü göstərir.
Burada əsas məsələ sözlərin tələffüzü prosesində müəyyən səslərin aydın nəzərə çatdırılmasıdır. Ümumiyyətlə, nitqin tonu dedikdə, nitqin ahəngdarlığını təmin etmək üçün onun tonu iki qrupa bölünür:
yüksək ton, enən ton.
Nitqin r i t m i dedikdə, nitq zamanı sözlərin sürətli və yavaş tələffüzü, nitqdə gərginlik və zəyifliyin, uzunluq və qısalığın, oxşarlıq və fərqlərin bir-birini izləməsi nəzərdə tutulur.
Nitqin ahəngi dedikdə, fikirləri bir-birindən ayırmağa xidmət edən melodiklik nəzərdə tutulur.
Dostları ilə paylaş: