kəkələmə deyilir. Kəkələmə əsasən üç cür olur.
1) Təkrari (klonik) kəkələmə, 2) avazi (tonik) kəkələmə, 3) qarışıq tip kəkələmədir ki həm təkrari, həm də avazi kəkələməni əhatə edir.
Təkrari kəkələmədə uşaq kəlmələrin birinci heca və ya səslərin bir neçə dəfə təkrar edərək danışır.
Təkrari kəkələməsi olan uşaq: mən alma yedim cümləsini söyləmək istərsə, onu mə-mə-mən a-a-a-alma ye-ye-dim şəklində söyləyir. Bu cür kəkələmə ən çox uşaq yaşlarına aiddir ki, kəkələmənin başlanğıcında müşahidə olunur. Yaxşı şərait yaradılıb vaxtında qabağı alınmazsa, bu zaman kəkələmənin daha ağır növü olan avazi və ya qarışıq kəkələməyə keçər.
Avazi kəkələməsi olan uşaq sözə başladığı zaman onun danışmaq istədiyinə baxmayaraq, səs yarada bilməməklə bərabər üzü qızarır və çox gücənir, müxtəlif lüzümsüz, ancaq qeyri-iradi (gözünü tez-tez qırpmaq, əlini yanma vurmaq, bütün gövdəsini bir tərəfə əymək, gözünü danışdığı şəxsin nəzərlərindən qaçıraraq başını tez-tez qaldırıb aşağı salmaq və bu kimi) hərəkətlər edir və bir dəqiqədən sonra bir neçə kəlmə və ya cümlə aydın söyləyib yenə o qayda ilə çətinliyə rast gəlir. Belə halda ola bilər ki, kəlmə və ya cümlənin birinci səsini uzadaraq söyləsin. Məsələn, a-ata, ş-şəkər və s. bu kimi.
Quru-quru qurbanın olum.
Quş var ətini yeyərlər, quş var ət yedirdərlər.
Bayatılar
Elədimi dur burdan,
İnci burdan, dur burdan,
Məclisdə yerin tanı,
Deməsinlər-dur burdan!
Əzizim, göz öldürər,
Kababı gpz öldürər,
İgidi qılınc kəsməz,
Tənəli söz öldürər.
Yamltmac
Bir bərbər, o biri bərbərə dedi ki, bir bəri bax.
L səsli sözlərdən düzələn ifadə və cümlələr.
Qızıl gül Elektrik lampası
Çalışqan məktəbli Polad məftil
Altmış altı Paslı çəngəl
Adilin albomu Taxıl çölləri
Şəxsə görə dəyişmə mümarisəsi
Mən bəzəkli şəkillər alıb albom düzətdim (sən, o, biz, siz, onlar). Mən müəllimin verdiyi məsələləri lövhədə həll etdim (sən, o, biz, siz, onlar).
Mən Əli ilə əl-ələ verib yallı oynadım (sən, o, biz, siz, onlar).
Mən Züleyxa ilə çölə gedib lalə yığdım (sən, o, biz, siz, onlar).
Mən aşıqam, halala, Haram qatma halala. Namərdin bağçasında Nə gül bitsin, nə lala.
Əzizim, gülə-gülə Gül əkdim gülə-gülə, Düşmən evimi yıxdı Üzümə gülə-gülə
S səsli sözlərdən düzələn ifadə və cümlələr.
Su damcısı Gülsümün səsi İslamın dəsmalı İslanmış dəsmal Sovrulmuş saman
İsti su Sınıq stul Sarı saç Sarı sandal Soyuq su
Sona ilə Sevil dərsdən iclasa gedirdilər. Solmaz fabrikada staxanovçudur. Səlim ilə Həsən dərsə tələsirdilər.
Dostları ilə paylaş: |