iki saitlə: pı-pi; pi-pe; pe-pə; pa-po; po-pu; pu-pü; pü-pə; bı-bi....
Uşaqların nitqi bir çox hallarda fiziki qüsurlarla bağlı pozulur. Pəltəklik, tmtmlıq, kəkələmə belə nöqsanlardandır.
Pəltəkliklə nitqin səlisliyi və ritmi pozulmur, lakin aşağıdakı nöqsanlara yol verilir:
Bəzi səslər düşür: lapa (lampa), gə : r (gəlir), mətəb (məktəb), qa : qa (qarğa) və s. Bəzi səslər pozğun, dəyişilmiş şəkildə deyilir: s səsini tələffüz edərkən dili üst damağa sıxaraq dilin ucu ilə üst dişlərin altından boğuq səs çıxarırlar.
Bir səs və ya heca digəri ilə əvəz olunur: Ləhim (Rəhim), dalaq (daraq), qaşıq (cjhşıq) və s.
Hecaları buraxmaq; sürü (sürünün), paltarın (paltarının) və s. Səs və ya hecaların yerləri dəyişdirilir: şarval (şalvar), taski (taksi), daqla (dalğa), verdə (vedrə) və s. Nitq prosesində tənəffüsü nizama sala bilmədiklərindən nəfəsin tıxanması baş verir.
Belə nöqsanların bir neçəsinin olduğu uşağın nitqi başa düşülmür.
Pəltəkliyin aradan qaldırılması üçün onun başvermə səbəblərini öyrənmək lazımdır. Beynin qabığında və maddəsində gedən iltihablar, pataloji proseslər, valideyndən keçən xəstəliklər, doğuş zamanı qafa tasının sıxılması və s. belə səbəblərdir.
Uşağın eşitmə diqqətinin zəifliyi, yaddaşın pisliyi, əqli cəhətdən geridə qalması nitq nöqsanlarına gətirib çıxarır. Pəltəklik bəzən ağır eşitmə nəticəsində baş verir. Belələrində eşitmə həssaslığı tərbiyə edilməlidir. Valideynin ağır əqli, dəri-zöhrəvi xəstəliklər keçirməsi, narkoman və alkoqolla məşğul olması belə səbəblərdir. Onların uşaqları da zəhərlənir, ya da əsəb sistemi, əzələləri, sümükləri lazımınca qidalanmır. Belə hallarda həkimə müraciət etmək lazımdır.
Pəltəklik əsasən s-z, s-ş, ş-j, ç-c kimi samitlərin tələffüzü ilə əlaqədar olur. S-z: dişlər arasındakı məsafə İmm olur. Dodaqlar sonra gələn sait vəziyyətində olur. Dilin ön hissəsi ön damağa yaxınlaşır, ucu isə alt ön dişlərin ucları ilə bərabərləşir. Dilin ortası dartılır, yanları yuxarı dişlərə içəri tərəfdən sıxılır.
Z cingiltili olması ilə fərqlənir. Onun tələffüzündə çatışmazlıq özünü müxtəlif cür biruzə verir: