2. Nitq nədir?
3. Dil və nitqin fərqli xüsusiyyətləri.
İstifadə olunmuş ədəbiyyat. B. Paşayeva – “Nitq inkişafının metodikası” Bakı 2004
İ. Hacıyeva - “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov – “Nitq mədəniyyəti və üslubiyyatının əsasları” Bakı 2003
A.Qurbanov – “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H.Balıyev - “Azərbaycan dili” Bakı 2006
Dil və nitq.
Dil və nitq araslndakı münasibəti linqvistik baxımdan dəqiq müəyyənləş-dirmək uzun müddət mümkün olmamışdır. İlk dəfə XIX əsrin axırlarında İsveçrə liqvisti Ferdinand de Sössür dil və nitq arasındakı münasibəti düzgün qiymətləndirmişdir. O, yazır: “Dil fəaliyyətinin öyrənilməsi iki hissəyə syrılır: onlardan biri əsas olmaqla predmeti dildir, yəni mahittətcə ictimaidir və fərdi cətənədir, yəni danışıq da daxil olmaqla nitqdir”.
Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi, yalnız insanlara xas olan ictimai hadisədir. Cəmiyyətdən kənarda dil olmadığı kimi dilsiz də cəmiyyət yoxdur. Həyat uğrunda mübarizə, əmək prosesində yaranmış dil bütün xalqlara eyni cür xidmət edir. Hər bir dilin özünəməxsus fonetik sistemi, qrammatik quruluşu, lüğət fondu, dialektik və şivələri olar. Dili bioloji hadisə hesab edənlər, şübhəvəsiz çox böyük səhvə yol verirlər.
Bu gün uşaqlarımızın dilində işlənən cıss, xıx, cik, şırr, pırr, tap (elədi) və s. buna misaldır. Qur – qur, qar- qar, cırr, zınqırov, mışıltı kimi sözlər, xüsusilə aşağıdakı normativ mənalı sözlər müəyyən əşya və hadisə ilə bağlıdır: qardaş, yoldaş, zoğal, karandaş, şanapipik, qayamqçiçəyi, sırğagül, qazmaq, budaq, qatıq, övlad və s. Şübhəsiz, əgər bütün sözlər belə əşya və hadisə ilə əlaqədar olsaydı, sinonimlər və ononimlər olmazdı. Xarici mühitdən alınan təəssürat, duyğular və təsəvvürlər bütün canlılara, ikinci siqnal sistemi isə yalnız insana - mücərrəd təfəkkürə aiiddir. Dil bilavasitə təfəkkürlə bağlı olub, onunla dialektik bəhdətdə inkişaf edir. Hər bir dildə olduğu kimi bizim dilimizdə də xalqımızın həyatının zənginliyi, dərinliyi öz əksini tapır, onun mahiyyəti əks olunur. Müxtəlif informasiyaların toplanması və qorunub saxlanması vasitəsi olan dil cəmiyyətə xidmət edir.
İntellekti inkişaf etdirən, emosiyaları və idarəni tərbiyə edən bir factor kimi ana dilinin gücü elə onun təbiətində, insanla onu əhatə edən aləm arasında (Bunu dilçilər dildən- kənar reallıq adlandırırlar) əlaqənin vasitəsi olmaq xassəsindədir. Dilə işarələr sistemi kimi baxmaq məqsədəuyğundur. Dil insanı əhatə edən varlığı kodlaşdırır, şifrələndirir. Morfem, söz, söz birləşməsi, cümlə dilin ikşarılıridir. Bu dil işarılıri fonem və prosedem kimim elementlərin köməyi ilə qurulur.
Dili işarəsini başa düşmək müəyyən morfemi, sözü, söz birləşməsini. çümləni ətraf aləmdəki konkret əşya hərəkət, əlamət və hadisəyə aid etmək deməkdir.Məsələn, ağac sözünün mənasını Azərbaycan dilində danışan bütün adamlar başa düşürlər, çünki onun arxasında tanıdıqları əşya durur.
Dil və nitq mədəniyyəti anlayışları bir – birilə qarşıqlıqlı əlaqədardır. Hər ikisi bir başa insanların münasibəti, davranışı və nitqi ilə bağlıdır.
Dilçilikdə dilm mədəniyyəti termini ilə yanaşı, mədəni dir termini də işlədilir. Hər bir mədəni dil üçün onun ahəgdar fonemlər sistemi, geniş lüğət tərkibi, sabit qrammatik quruluşu, mükəmməl və dəyişməz yazı sistemi olmalıdır. Dil dəyişən, inkişaf edən ictimai hadisədir. Dil mədəniyyəti, əsasən ədəbi dillə bağlıdır. Ədəbi dil dilin struktur sistemini, nitq mədəniyyəti isə ədəbi dilin fəaliyyətini – nitqi izləyir.
Lakin hər ikisi dilə süurlu münasibətlə, dilin ifadə vasitələrindən məqsədyünlü istifadə ilə başlıdır. Müasir Azərbaycan dili yük sək mədəni dillər sırasındadır, onun dil mədəniyyəti də yüksəkdir.
Dil mədəniyyəti insanların bir – birinə münasibəti, xalqın yüksək mədəni səviyyəsi, inkişafı həm dildaxili, həm də dil xarici amillərdən asılıdır. Bu, 1 – si, dilin daxili inkişaf qanunları, 2 – si, dilin funksional imkanları, yayılma mühiti ilə əlaqədardır.
Nitq mədəniyyəti geniş mənada fakir, zəka və düşüncə mədəniyyətidir.
Dil gündəlik həyatda əsas obyektiv hadisə kimi özünü göstərir. Hər bir şəxs öz təcrübəsində yaxşı bilir ki, nitq həvəslə bağlıdır. Həvəs olanda nitqimiz aydln və təmtəraqlı olur. Həvəssiz nitq isə sönük olur. Bir sözlə, nitq insanın emosional vəziyyətinin əks etdirir.
Dil və nitq məvhumlarl bir – biri ilə əlaqədar olsa da, onları eyniləşdirmək olmaz, onlar arasında müəyyən fərqlər mövcuddur.
Diıl həcmcə nitqdən genişdr.
Dil ümumxalq, nitq fərdi səciyyəsidir.
Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.
Nitq insan fikrinin ifadəçisidir, təfəkkürü formalaşdırır.
Dilin əsas mahiyyəti ünsiyyət vasitəsi olmasıdır, nitqin əsas cəhəti məzmunluq, aydındınlıq, mənalılıq, təsirlilik və dəqiqlikdir.
Dil ictimai, ümumi, nitq isə fərdi səciyyəlidir.
Dil daimi, nitq müvəqqəti səciyyəlidir.
Dul sabit, nitq isə dinamikdir.
Dil dilçiliyin, nitq isə psixologiyanın tədqiqat pbyektidir.
Nitq mədəniyyəti canlı və sağlam bir orqanizmə bənzətsək, psixologiya və pedaqogika onun ən qüvvətli qollarıdır.
Nitq fərdi- psixoloji hadisədir. Nitq yazılı və şifahi formada təzahür edir. Hər bir fərd öz fikrini şifahı və yazılı formada ifadə edir. Nitqin mədəni səviyyəsinin müəyyənləşməsində həmin üzvlərin mühüm rolu var. Şifahi və yazılı nitqin fotmalaşmasında və kommunikativ funksiya daşımasında fizioloji amillərlə yanaşı, görmə, eşitmə kimi hiss üzvləri iştirak edir. Nitqin mədəni səviyyəsinin müəyyənləşməsində həmin üzvlərin mühüm rolu var. Şifahi və yazılı nitq arasında qarşılıqlı əlaqə ilə yanaşı, fərqlər də mövcuddur. Belə ki, şifahi nitqin törəmə prosesi öz- özünə əmələ gələn axından, danışan söhbət zamanı danışıq üzvlərinin fəaliyyətinə tam nəzarət eir. Şifahi nitqdə dil, yazılı nitqdə əl və göz fəaldır. Göz əlin hərəkətini düzgün istiqamətləndirir. Şifahi nitq eşitmə, dinləmə, qavrayış üçün nəzərdə tutulan səsli, tələffüz edilən nitqdir. Danışan adamlar nitq zamanı birbaşa bir – birinin üzünü və bədəninin hərəkətini görür, səsinin ahəngini duyur, nitqin məzmununu anlayır. Bu nitqdə məqsəd danışanın dinləyicinin anlayıcağı şəkildə öz fikrini ifadə etməsidir. Şifahi nitqin əsas vəzifəsi ədəbi dilin normalarına yiyələnməkdir.