Nəqletmə monoloqunun bu formasmda məzmun nəqletmə volu ilə ifadə edilir. Həcminə görə bir və ya bir neçə cümlədən ibarət olur ki, belə cümlələr dialoq üçün şərait yaradır. Məsələn,
Sahənin kənarında Təftişlə iiz-üzə gələndə sifəti vanırdı, gözləri oynayırdı. - Mənnən niyə elə danışırdın sən. ay kişi ?! Əvvəla, monoloji nitqin sahibi bir nəfər - Cavahir xanımdır.
-Nə təhər danışmalıydım? -Təhqirirıi başa düşmürəm. Nə özümü layiq bilirəm, nə əmimi, nə də o bədbəxt zənəni... (İ.Hüseynov).
Nəqletmə monoloqunda mürəkkəb sintaktik konstruksiyalara daha çox rast gəlinir.
Təsviri monoloq, əsasən, çoxcümləli nitq vahidlərindən ibarət olur. Burada təsvir dedikdə, sırf bədii təsvir nəzərdə tutulmur. Hər hansı elmi əsərin nəticə hissəsi də alimin təsvir monoloqu kimi səslənir. Təsviri monoloq nitq sahibindən zəngin lüğət tərkibinə malik olmaqla müəyyən hadisə, əşya, təbiət və s. haqqmda aydm bir dildə təsvir etmək tələb edir. Bu nitq qabiliyyəti həyatda hər bir şəxsə lazım gəlir. Hər bir şəxs ğz gördüyünü qarşısmdakı adama lazımi səviyyədə təsvir yolu ilə çatdırmalıdır. Təsviri monoloqda nəqletmədən fərqli olaraq, söz- cümlə, sadə cümlə daha çox işlənir:
Kür qırağı, Qarayazı, ğöy çəmən, Qoşa palıd, tüstülənən od. ocaq, Saç ağardı, unutmadım sizi mən, Hansı şair görən bir də yazacaq. (S.Vurğun).
Məlumatverici monoloq formasmda hər hansı bir məsələ haqqmda rəsmi və ya qeyri-rəsmi məlumat verilır. Buraya monoqrafıya, məruzə, tezis, çıxış və s. daxildir.
Bu cür monoloji nitq öz quruluşuna görə 3 tərkib hissəyə bölünür: giriş. sübutetmə, nəticə. Məlumatverici monoloq, əsasən publisistik, danışıq, rəsmi üslublarda ifadə edilir. Bədii ədəbiyyatm daxilində də məlumatverici monoloqlara rast gəlinir. (Məsələn, "Azərbaycan" marşı)
2. Dialoji nitq. Dialoq sözü yunan mənşəli söz olub, bir neçə nəfər arasında "danışıq" mənasını ifadə edir. Nitq fəaliyyətinin forması kimi dialoq müəyyən şəraitdə canlı ikitərəfli təlim prosesidir. Dialoq ifadələrin qısalığı, yığcamlığı və onların sintaktik quruluşunun nisbi sadəliyi ilə səciyyələnir. Dialoq nitqinin əsas xüsusiyyəti qısa söyləmələrdən (xüsusilə, sual-cavab formalı), nitqin xarici vasitələrindən, mimika və jestlərdən geniş istifadədən ibarətdir.
Dialoqun gedişində mürəkkəb ekspressiv nitq boyası əks olunur: daxili çarpışma, sıxılma, özünü itirmə. Müstəntiq dialoqunda dramatizm güclüdür, kəskindir.
Dialoji nitqin 5 forması var:monoloji dialoq, söhbət və danişıq dialoqu, sual-cavab dialoqu, müsahibə dialoqu, müzakirə dialoqu.
Monoloqda biri danışır, digəri qulaq asır. Dialoqda isə- danışıqda iştirak edənlər arasında baş verir. Məsələn,
-Ay uşaq, nə yığırsan? -Çör-çöp yığıram. -Çöp-çöpdü, bəs çör nədir? -Çör durandır, çöp yıxılandı. -Bu quzular kimindir? -Qoyunların. -Kəndinizdə böyüklər kimlərdi? -Öküzlər. -Elə demirəm ey, kəndə qonaq gələndə kim qarşılayır? -İtlər. -Məni dolamısan? Qılıncımı çıxarıb səni çaparam. -Yaxşısı budur, çap yoldaşlarma çat. (F.Kərimzadə).
Bu dialoqda iki nəfər iştirak edir. Dialoqun məzmunundan görüündüyü kimi, bunlardan biri yaşlı, digəri uşaqdır. Dialoqda uşaq yaşlı adamın suallarma cavab verir və hazırcavablıq göstərir. Qeyd etmək lazım gəlir ki, dialoji nitq prosesində mimika və jestlərdən olduqca fəal kimi dialoq müəyyən şəraitdə canlı ikitərəfli təlim prosesidir. Dialoq ifadələrin qısalığı, yığcamlığı və onların sintaktik quruluşunun nisbi sadəliyi ilə səciyyələnir. Dialoq nitqinin əsas xüsusiyyəti qısa söyləmələrdən (xüsusilə, sual-cavab formalı), nitqin xarici vasitələrindən, mimika və jestlərdən geniş istifadədən ibarətdir.
Dialoqun gedişində mürəkkəb ekspressiv nitq boyası əks olunur: daxili çarpışma, sıxılma, özünü itirmə. Müstəntiq dialoqunda dramatizm güclüdür, kəskindir.
Dialoji nitqin 5 forması var: monoloji dialoq, söhbət və danışıq dialoqu, sual-cavab dialoqu, müsahibə dialoqu, müzakirə dialoqu. Monoloqda biri damşır, digəri qulaq asır. Dialoqda isə- danışıqda iştirak edənlər arasında baş verir. Məsələn,