Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”


Mövzu : 5 Nitq inkişafı üzrə işin vəzifə və vasitələri



Yüklə 0,92 Mb.
səhifə9/44
tarix22.06.2023
ölçüsü0,92 Mb.
#133914
1   ...   5   6   7   8   9   10   11   12   ...   44
M?vzu 1 Nitq inki?af? ?zr? apar?lacaq i?l?rin istiqam?ti, m?qs?

Mövzu : 5
Nitq inkişafı üzrə işin vəzifə və vasitələri

P l a n
Nitq inkişafı üzrə işin vəzifələri


Lüğət ehtiyatının zənginləşdirilməsi
Nitqin səs mədəniyyətinin tərbiyə edilməsi
Nitq inkişafı üzrə işin vasitələri
Istifadə olunmuş ədəbiyyat
B.Paşayeva - "Nitq inkişafmm metodikası" Bakı 2004
İ.Hacıyeva- "Nitq mədəniyyəti" Bakı 2011
H.Həsənov- "Nitq mədəniyyəti və üslubiyyatm əsasları" Bakı 2003
A. Qurbanov- "Müasir Azərbaycan ədəbi dilinə dair praktikum" Bakı 2005
H. Balıyev- "Azərbaycan dili" Bakı 2006
Şagirdlərin nitqinin inkişaf etdirilməsi məktəbin qarşısında duran ümumpedoqoji problemdir.
Uşaqların təfəkkürünü inkişaf etdirməklə biz, şübhəsiz, onların nitqinə təsir edir, nitqini inkişaf etdirməklə, eyni zamanda təfəkkürün inkişafını təmin edirik. Bizim fikirlərimiz yalnız dil terminləri, frazaları əsasında meydana gəlir.
İctimai hadisə olan dil öz funksiyasını yalnız nitqdə yerinə yetirir. Nitqin əsasında isə dili bilmək durur. Şagirdlər öz nitqində ümumxalq dilindən istifadə edir və bu prosesdə onun zənginliyini mənimsəyirlər.
Uşaq iki yaşından etibaarən danışmağa başlayır və məktəbə gələnədək müəyyən qədər ünsiyyət silahına yiyələnir. Lakin uşağın nitqinin inkişafı üzərində məktəbdə planlı iş aparılmalıdır. İbtidai siniflərdə şagirdlərə sözdən istifadə etməyi öyrətmək, onlara həyatda zəruri olan nitq vərdişləri vermək lazımdır. Müəllim çalışmalıdır ki, şagirdlər müşahidə etdikləri varlıq haqqında fikirlərinin daha dəqiq və düzgün əks etdirə bilsinlər, onların nitqdə işlətdikləri sözlər ifadə etdikləri anlayışlara və fikirlərə uyğun gəlsin.
Nitq yalnız fikirləri ifadə vasitəsi deyil, həm də onların yaranma silahıdır. Ona görə də müəllim nitqin inkişafı ilə birlikdə şagirdlərin təfəkkürünü də inkişaf etdirməlidir.
Uşaqlar ümumxalq dildən istifadə etməklə öz fikrini nitq vasitəsilə başqalarına çatdırırlar. Nitq insanın əqli fəaliyyətini n yaranmasında bilavasitə iştirak edir və onun əsası olur. Şagirdlər mükəmməl nitqə yiyələnməklə xarici aləmdəki hadisə və əşyalar haqqında biliyə yiyələnirlər.
K.D. Uşinski yazmışdır: “Uşaq ana dilini mənimsəyərkən yalnız sözləri, onların birləşmələrini deyil, həm də hədsiz-hesabsız anlayışları , əşyalara dair görüşləri, bir çox fikirləri, hissləri, bədii obrazları, dilin məntiq və fəlsəfəsini də mənimsəyir”.

Nitqin inkişaf etdirilməsi üçün çox ciddi vəzifələrin yerinə yetirilməsi zəruri hesab edilir. Nitq inkişafı üzrə işin vəzifələri aşağıdakılardır:


Lüğət ehtiyatının zənginləşdirilməsi- Dilin başlıca vahidi söz üzrə iş düzgün təşkil olunmadan uşaqların lüğətini zənginləşdirmədən nitq ünsiyyəti həmçinin təfəkkürün inkişafı mümkün deyil. Uşaq yenicə dil açdığı dövrdə az sözlə öz ehtiyacını ödəyə bildiyi halda, məktəbə hazırlıq dövründə fikrini ifadə etmək üçün daha çox və mürəkkəb dil vahidlərindən, mühüm morfoloji vasitələrdən və sintaktik formalardan istifadə etməli olur. Uşaq artıq iki yaşında 300-ə yaxın sözdən istifadə edir. Üç yaşında isə onun söz ehtiyatı 1000-i keçir. O bütün nitq hissələrindən istifadə edə bilir.
Nitqin səs mədəniyyətinin tərbiyə edilməsi – Uşaq hər şeydən əvvəl dilin səs quruluşunu mənimsəməli nitq səslərini düzgün tələffüz etməyi öyrənməlidir. Uşaqlar cümlə, söz, heca və səslə praktik tanış olurlar. Nitq səsləri üzrə iş dilimizin fonetikası və orfoepiyasına əsaslanır. Bunun əsasında sözlərin aydın, səlis, dilin normalarına uyğun tələffüz formalaşır. Fonetik eşitmə nəfəs alma,səsin tonunu idarə etmə, xüsusilə intonatsiya vasitələrindən düzgün istifadə etmə də nitqin səs mədəniyyətinə daxildir. Çalışmaq lazımdır ki, uşaqlar nitq ünsiyyət prosesində davranış, baxış, duruş və müsahibinə müraciət formasını öyrənsinlər.
Nitqin qrammatik quruluşunun formalaşması- Əgər lüğət dilin tikinti materialıdırsa, qrammatika sözlərin dəyişməsi və onların cümlədə birləşməsi normalarını müəyyənləşdirir. Qrammatika dilin konstruktiv modelini müəyyən edir. Uşaq onu əhatə edən yaşlılardan qrammatik cəhətdən düzgün tərtib olunmuş nitq eşidir. O eşitdiklərini başa düşməklə qrammatik quruluşu,dilin modelini mənimsəyir.
Danışıq nitqinin (dioloji nitqin)formalaşdırılması- Dioloji nitq eşitmək və başa düşmək danışığı davam etdirmək , suallara cavab vermək və müsahibinə sual vermək kimi komponentləri əhatə edir. Dioloji nitq prosesi müsahibi diqqətlə dinləmək, səbirli olmaq, nə deyildiyin başa düşmədən söhbətə qarışmamaq , tənəli danışmamaq və.s kimi keyfiyyətləri qorumağı tələb edir.
Bədii ədəbiyyatla tanışlıq- Uşaqların eşitdikləri hər şeyi kor- koranə əzbərləmələrinə yol verilməməlidir. Ən maraqlı, asan, obrazlı parçaları əzbər öyrənmək və ifadəli söyləmək tələb edilməlidir.

Nitq inkişafı üzrə işin vasitələri


Nitq inişafı üzrə işin düzgün qurulması təlim vasitələrinin düzgün seçilməsindən asılıdır. Nitq inkişafı üzrə iş uşaqların müxtəlif fəaliyyəti (oyun və əyləncələri, asudə vaxtı, məişət və özünə xidmət əməyi, gəzinti, müşahidələr, təlim məşğələləri, xüsusilə bədii əsərlərin oxunması və.s)ilə əlaqədardır. Uşaqların fəaliyyətinin bu növləri nitq inkişafı üzrə işin vasitələri hesab edilir.
Əmək obyektləri əmək adamlarının işi üzərində, öz əməyinin təsviri uşağın lüğət ehtiyatına zəngin material verir. Bu prosesdə onların lüğəti müxtəlif peşələrə aid sözlərlə zənginləşir.
Oyun uşağın başlıca fəaliyyət növü olamqla yanaşı həm də nitq inkişafı üçün tükənməz mənbədir. Xüsusilə hərəkətli rollu oyunlarda uşaqların öz fikirlərini müstəqil bildirmələri, nitqin fəallaşmağı üçün əlverişli şərait yaradır.
Musiqili-rollu oyunlar uşaqların nəəfəsalma vərdişlərini, nitqlərin sürətini və diksiyalarını qaydaya salır.
Təsviri sənət nümunələrinə baxma uşaqların müşahidəçiliyini inkişaf etdirir. Bu prosesdə onlar sual verir ayrı- ayrı detalların adlarını, rəngini , formasını və.s öyrənirlər. Təsviri incəsənət əsəri uşaqlarda emosianal əhval –ruhiyyə yaradır, onları sevindirir. Bu isə məhəbbəti artırır, nitqin inkişafı üçün stimul yaradır.
Məişət fəaliyyəti nitqin inkişafının qüdrətli vasitəsidir. Ailədə və məktəbdə uşağın hər hansı hərərkəti əşya və hadisələrlə canlı təmasda baş verdiyində nitq inkişafı üçün təbii şərait yaranır. Valideyn (müəllim) bu şəraitdə nitq inkişafı üzrə işi düşünülmüş tematika üzrə təşkil etdikdə yaxşı nəticə alınır.
Bədii kitablar xüsusilə şifahi xalq ədəbiyyatı nümunələrində istifadənin nitqin inkişafında misilsiz rol oynadığı məlumdur. Adətən bəzi müəllimlər məşğələ dedikdə yalnız xüsusi nitq inkişafı məşğələlərini nəzərdə tuturlar , halbuki riyazi təsəvvürlərin verilməsi təsviri incəsənət, musiqi, əmək və başqa məşğələlər də nitqin inkişafına zəngin material verir.Hər bir məşğələ spesifik vəzifələrlə yanaşı nitq səslərinin tələffüzü, lüğətin zənginləşdirilməsi, həmçinin dinləmək, soruşmaq, cavab vermək üzrə məşqlər gedir. Məşğələlərdə nitqin sürəti, səsin qüvvəsi qaydaya salınır, dialektizmlərə qarşı mübarizə aparılır. Bütün bu vasitələrdən müntəzəm istifadə olunmalıdır.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin