MÖVZU 7 :
Nitq inkişafı üzrə işin təşkili, metod və priyomları
P L A N
Nitq inkişafı üzrə aparılacaq işlərin əsas istiqamətləri
Nitq inkişafı üzrə işə verilən tələblər və prinsiplər
Nitq inkişafı üzrə işin təşkilinin metodları
Nitq inkişafı üzrə işin priyomları
İstifadə olunmuş ədəbiyyat
B.Paşayeva – “Nitq inkişafının metodikası” Bakı 2004
İ.Hacıyeva- “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov- “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” Bakı 2003
A. Qurbanov- “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H. Balıyev- “Azərbaycan dili” Bakı 2006
Nitq insanların həyatında , bəşər tarixində ən böyük kəşfdir. Şifahi canlı sözün nə qədər müstəsna əhəmiyyəti olduğunu sübut etməyə ehtiyac varmı? İnsanlar nitqin köməyi ilə bir-birini başa düşür, həm də öz arzu və hisslərini ifadə edirlər. Nitq insanların bir-birinə qarşılıqlı təsir göstərmələri üçün güclü vasitədir. Söz adamları əməyə, qəhrəmanlığa, sülhə şağırır, pis əməllərdən çəkindirir, sevindirir, ağladır, güldürür, onlarda inam yaradır.
Nitq mədəniyyəti haqqında təlim uzun tarixə malikdir. O, qədim Yunanıstanda və qədim Rimdə aratorluq sənətininin nəzəriyyəsi və praktikasında meydana çıxmışıdr. Qədim dövrdən Misirdə , Assuriiyada, Babilistanda, Hindistanda, Çində başlanmış natiqlik sənəti sonralar, Yunanıstanda məskunlaşdı. Qədim Yunanıstanda insanların hisslərinə, qəlbinə güclü təsir göstərən ritorika elmi yüksək qiymətləndirilirdi. Ritorika gözəl, aydın danışmaq, fikri incə, dəqiq ifadələrlə anlatmaq, natiqlik məharəti deməkdir.
Natiqlik sənəti Azərbaycanda da çox qədimdən yaranmışdır. Şifahi xalq ədəbiyyatında, xüsusilə atalar sözləri və zərbül məsəllərdə natiqlik sənəti, söz ,onun məna dəyəri yüksək qiymətləndirilmişdir. Məsələn , “Söz odur ki, haqqa vara” , “Sözünlə işin bir olsun” , “Sözü ağzında bişirib çıxar” , “ Söz qılıncdan kəsərlidir”, “Sözün yeini bil”, “Danışmaq gümüşdürsə, danışmamaq qızıldır” , “Söz altında qalan deyil”, “Sözün doğrusu dəmiri dələr” və.s
Gözəl, aydın, obrazlı, dəqiq nitqə hamı malik olmalıdır. Lakin müəllim natiqlik sənətinə yiyələnməyə daha böyük əhəmiyyət verməlidir. Müəllim uşaqlarala işlədiklərindən bir növ gözəl nitqin, nitq mədəniyyətinin “istehsalçıları”dırlar. Bu baxımdan Azərbaycan dilinin zənginliklərinə, canlı dilin, natiqlik sənətinin sirlərinə yiyələnməyən müəllim uşaqların qəlbinə,hissinə təsir göstərə bilməz.
Nitq inkişafı üzrə aparılacaq işlərin əsas istiqamətləri
Azərbaycan dili dərslərinin müasir tələblər əsasında təşkili məsələsini təlim prosesində nitq inkişafı üzrə aparılacaq işlərin istiqamətini düzgün başa düşmədən həll etmək mümkün deyil.
Indiyədək metodik ədəbiyyatda nitq inkişafı üzrə işlərin istiqamətləri dəqiq şəkildə izah edilmədiyindən bu barədə xüsusi söhbət açmaq lazımdır. Həmin sahədə görüləcək işlərə yalnız cümlə tərtibi, rabitəli nitq, lüğət və tələffüz üzrə işlər daxil edilmişdir. Lakin etiraf etmək lazımdır ki, nitq inkişafı üzrə işlər təkcə bu iş növləri ilə məhdudlaşmır.
Nitq inkişafı üzrə işlər başlıca olaraq üç istiqamətdə aparılır.
Lüğət ehtiyatını zənginləşdirmək
Ədəbi dilin normalarına yiyələndirmək
Şagirdlərin öz fikirlərini şifahi və yazılı formada, rabitəli olaraq ifadə etmək bacarığı
Birinci istiqamətdə şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək üzrə aparılan işlər (buraya yeni sözlərin öyrənilməsi, bu və ya digər bir sözün mənasının dəqiqləşdirilməsi, ondan hansı məqamlarda istifadı olunması və.s) daxildir. Əlbətdə, şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi məktəbdə bütün təlim fənlərinin vasitəsilə həyata keçirilir.
Lüğət özrə işin aparılmasında mühüm tələblərdən biri tanış olmayan sözü şagirdlərin görə bilməsi – müəyyən edə bilməsi bacarığını inkişaf etdirməkdən ibarət olmalıdır. Təəssüf ki bu mühüm cəhətə müəllimlərimizin çoxu lazımi diqqət yetirmirlər.
Onlara bəzən elə gəlir ki, əgər şagird dinmirsə, demək , öyrənilən, üzərində iş aparılan mətndə onun üçün mənası anlaşılmayan söz yoxdur. əslində isə çox zaman belə olmur, şagird ya müəllimi narahat etməmək üçün susur, ya soruşmaqdan çəkinir, ya da yeni sözün mənasını öz d düşündüyü kimi “anlaması ilə” kifayətlənir.
İkinci istiqamətdə şagirdləri ədəbi dilin normalarına yiyələndirməklə əlaqədar aparılan işlər daxildir. Bunlar, başlıca olaraq, aşağıdakılardan ibarətdir:
Şagirdlərə ədəbi (orfoepik )tələffüz vərdişlərinin aşılanması, o cümlədən onların nitqindəki yerli şivə xüsusiyyətlərinin aradan qaldırılması üzrə aparılan işlər.
Xüsusi qeyd etmək lazımdır ki, ədəbi dilin normalarını şagirdlərin mənimsəməsinə nail olmaqla onların nitqindəki dialektizmləri (bu, fonetika,leksika və qrammatika ilə əlaqədar dil hadisələrinə aiddir) aradan qaldırmaq üzrə işlər son dərəcədə mühüm rol oynayır.
Şagirdləri ədəbi tələffüz normalarına yiyələndirməklə əlaqədar narahatlıq doğuran nöqsanlardan biri də özünü onda göstərir ki , dil-ədəbiyyat müəllimlərinin bir çoxu hələ də ədəbi tələffüzün mahiyyətinə dərindən bələd olmadıqları üçün onu kitab tələffüzü ilə - orfoqrafik tələffüzlə eyniləşdirirlər,şagirdlərə bütün hallarda sözləriyazıldığı şəkildə tələffüz etməyi öyrətməyə çalışırlar.
Unutmaq olmaz ki, yazılı ədəbi dildə orfoqrafik normalara riayət etmək də bir o qədər vacibdir. Şagirdlərin orfoepik normalara yiyələnmələri onların təkcə şifahi nitqinin düzgünlüyünə, təbiiliyinə nail olmaq baxımından deyil, həm də yazı qaydalarını daha tez və daha möhkəm mənimsəmələrini təmin etmək cəhətdən müstəsna əhəmiyyətə malikdir. Belə ki, şagirdlərə orfoqrafik qaydaları orfoepik qaydalarla düzgün yazı vərdişlərinin formalaşması müddəti xeyli qısalır və bu çox səmərəli nəticə verir.
Sözlərin müxtəlif formalarının əmələ gəlməsi normaları üzərində aparılan işlər. Buraya sözlərin müxtəlif formalarının əmələ gəlməsi və bunların nitqdə işlənməsinə aid normalarla əlaqədar şagirdlərin bacarıq və vərdişlərində qarşıya çıxan nöqsanları aradan qaldırmaq üzrə aparılan işlər daxildir.
Şagirdlərin nitqində sözlərin müxtəlif formalarına aid normaların pozulması hallarına yerli şivə şəraitində daha tez-tez təsadüf olunur. Məsələn Şamaxı dialektində almaram əvəzinə almanam, almazsan əvəzinə almarsan, Şəki dialektində getmək, işləmək, əvəzinə getmax, işləmax və.s işlədilir.
Üçüncü istiqamətdə şagirdlərə öz fikirlərini şifahi və yazılı formada, rabitəli olaraq ifadə etmək bacarığı üzrə aparılan işlər daxildir.
Nitq inkişafı üzrə işə verilən tələblər və prinsiplər
İctimai hadisə olan dil öz funksiyasını yalnız nitqdə yerinə yetirir. Nitqin əsasında isə dili bilmək durur. Şagirdlər öz nitqində ümumxalq dilindən istifadə edir və bu prosesdə onun zənginliyini mənimsəyirlər.
Uşaqlar ümumxalq dildən istifadə etməklə öz fikrini nitq vasitəsilə başqalarına çatdırırlar. Nitq insanın əqli fəaliyyətini n yaranmasında bilavasitə iştirak edir və onun əsası olur. Şagirdlər mükəmməl nitqə yiyələnməklə xarici aləmdəki hadisə və əşyalar haqqında biliyə yiyələnirlər.
K.D.Uşinski göstərdiyi kimi, uşaqların dil sahəsindəki qabiliyyətlərini inkişaf etdirmək üçün hər şeydən əvvəl onlarda düzgün fikirləşmək qabiliyyətini inkişaf etdirmək lazımdır.
Nitq inkişafı prosesində uşaqların psixi prosesləri təkmilləşir. Nitq inkişafı üzrə iş uşağın xasiyyətinə,xarakterinə təsir göstərməli , ona fəal ,dəqiq ,inamlı ,iradəli,qətiyyətli,doğruçu, səmimi, nəzakətli,intizamlı olmağı öyrətməlidir. Nitq inkişafı üzrə işə aşağıdakı tələblər verilir.
Məşğələlər emosianal təsir bağışlamalıdır.Məşğələ canlı,maraqlı təşkil olunmalıdır ki, uşaqlarda razılıq hissi yaransın. Ona görə də məşğələlərə zarafat, yumor daxil edilməlidir. Işə başlamazdan əvvəl uşaqlarda öyrənmək həvəsi,yeni şey bilmək cəhdi yaradılmalıdır.
Nitq inkişafı üzrə məşğələlər onun sahələri üzrə (səs mədəniyyəti, lüğət işi və.s) ayrı-ayrılıqda, tədric olunmuş halda deyil kompleks şəkildə aparılmalıdır.
Məşğələlərin bütün mərhələlərində hər bir uşağın nitqinin fəallığı təmin edilməlidir. “Nitq fəallığı” dedikdə uşağın müəllimin və yoldaşlarının nitqini başa düşməsi, eşitdiklərini fəal qavraması nəzərdə tutulur.
Kollektiv xarakterli təlim fərdi yanaşma ilə birləşməlidir. Belə ki, ümumi tapşırıq xorla cavab və.s kimi frontal iş prosesi ayrı-ayrı uşaqlara verilən tapşırıqlarla uzlaşmalıdır. Bu prosesdə nitqi nöqsanlı, qara dinməz, ünsiyyətsiz, çərənçi uşaqlara xüsusi diqqət yetirilməlidir.
Hər bir məşğələnin məqsədinə uyğun metod və priyomlar seçilməlidir. Belə ki məşğələnin yeni məlumatın verilməsinə yaxud öyrənilmişlərin möhkəmləndirilməsinə, səs üzərində işə , leksik işə həsr edilməsindən asılı olaraq metod və priyom seçilir.
Öyrənilmiş material digər məşğələlərlə möhkəmləndirilməlidir.
Nitq inkişafı üzrə iş uşağın həyatının,fəaliyyətinin bütün sahələri ilə əlaqələndirilməlidir.
Nitq inkişafı üzrə işin səmərəli təşkili üçün uşaqları dilləndirmək, onları həmin səsləri tələffüz etməyə, sözləri işlətməyə vadar edən süni nitq situasiyası yaratmaq lazımdır.
Məşğələ tərbiyələndirici xarakter daşımalı , doğma dilimizə , onun öyrənilməsinə məhəbbət tərbiyə etməlidir. Doğma dilin zənginliyi və gözəlliyinin təsiri ilə uşaqlarda vətənpərvərlik hissi tərbiyə olunur.
Nitqin mənimsənilməsi prinsipləri:
Prinsiplər nitqin mənimsənilməsi qanunauyğunluqlarından irəli gəlir. Prinsiplər belə bir qayda qoyur: Nə etmək lazımdır ki, bütün konkret praktik fəaliyyət nəinki qanunauyğun prosesi pozmasın , həm də onun düzgün getməsini təmin etsin. əslində nitq inkişafının özü ana dili təliminin başlıca prinsipidir. Bununla belə nitq inkişafı üzrə işin ozünəməxsus prinsipləri var. L.P.Federenko müəyyən prinsiplər irəli sürmüşdür :
“Dilin materiyası” na diqqət prinsipi.
Söz,ifadə və cümlənin mənasını başa düşmək prinsipi
Nitqin ifadəliliyininin qiymətləndirilməsi prinsipi
Dili hiss etmə, həssaslıq tərbiyəsi prinsipi
Nitqin zənginləşməsi sürətinin ardıcıl artması prinsipi
Dostları ilə paylaş: |