Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”



Yüklə 0,92 Mb.
səhifə19/44
tarix22.06.2023
ölçüsü0,92 Mb.
#133914
1   ...   15   16   17   18   19   20   21   22   ...   44
M?vzu 1 Nitq inki?af? ?zr? apar?lacaq i?l?rin istiqam?ti, m?qs?

Azərbaycan dilinin orfoqrafıyası, əsasən, fonetik, morfoloji və qismən də tarixi -ənənəvililik prinsipinə əsaslanır. Fonetik prinsip orfoqrafıya ilə orfoepiya arasındakı fərqi aradan qaldırmağa, onları maksimum bir-birinə yaxınlaşdırmağa kömək edir. Bu prinsipə əssən tələffüz edilən və yazılan sözləri 2 qrupa ayırmaq olar. 1). Yazılışı tələffüzünə görə müəyyənləşdirilən sözlər. 2). Yazılışı tələffüzünə görə müəyyənləşməyən sözlər. Bunlarm tələffüzü ilə yazılışı bir-birindən fərqlənir. Məsələn, uçdu-uşdı, keçdi-keşdi, açdı-aşdı, kitab-kitap, uşaq-uşax, astar-asdar və s. Bu sözlərdə səs əvəzlənməsi özünü göstərir: ç-ş, b-p, v-f, d-t, s-z və s.
Fonetik prinsm. Dilimizdə bir çox sözlərin yazılışı onun tələffüzünə əsaslanır. Başqa sözlə, söz necə deyilirsə, eləcə də yazılır. Məsələn, il, ot. at. ana, nənə və s. Dilimİzdə elə sözlər də vardır ki, onlarm son samiti kar kimi eşidilir. Məsələn, kənd, qənd. bulud, turac sözlərinin sonundakı cingiltili samitlər onlardan sonra samit gəldikdə də kar kimi deyilir. Lakin bunların sonuna saitlə başlayan şəkilçi gətirildikdə həmin səslər olduğu kimi. yəni cingiltili deyilir. Deməli, həmin tələffiiz xüsusiyyətinə əsasən də belə sözlərin yazılış qaydası müəyyənləşmiş olur.
Morfoloji prinsip. Bu prinsipdə əsasən sözlərin yazılışında sözün mənşəyi, əsli və ya şəkilçinin necə formalaşması, dəyişməsi nəzərdə tutulur. Burada söz və qrammatik formalarm yazılışında yeganə bir variant orfoqrafik norma kimi qəbul edilir. Bəzən müəyyən bır söz və ya qrammatik formanm ədəbi deyiliş qaydası morfoloji prinsipə uyğun gəlmir. Məsələn, bağça sözü baxça kimi tələffüz olunur, amma bağça kimi yazılır.
Morfoloji prinsip sözlərin həm vahid tələffüz, həm də vahid yazılış qaydasını nizama salır. Məsələn, deyilişdə biz vətənnən, insannar, qızdar, atdar, qarrar və s. deyirik. Yazıda isə onları uyğun surətdə vətəndən, insanlar, qızlar, atlar, qarlar şəklində yazınq. Həmin sözlərin yazılışmm bu bu şəkildə müəyyənləşdirilməsi morfoloji prinsip əsasmda olur. Fonetik prinsip kimi mofoloji prinsip də sözün tələffüzünü əsas tutur. Lakin bu prinsip bir növ seçmə üsulu ilə hərəkət edir.
Tarixi - ənənəvi prinsip. Bu prinsip sözün tarixən necə yazılmasmı nəzərə alır. Dilimizə başqa dillərdən keçmiş bir sıra sözlərin orfoqrafyasında bu prinsip əsas götümlür, lakin bu prinsip bütün almma sözlərə şamil edilmir. Məsələn, sonu "a" ilə qurtaran bir sıra sözləri mənşəyində olduğu kimi "a" ilə, digər qismini isə tələffüz edildiyi kimi yazırıq. Bir sıra sözlər də vardır ki, biz onları mənşəyindən fərqləndirmirik. Məsələn, dilimizə rus dilindən keçmiş kolxoz, samovar kimi sözlər mənşədə olduğu kimi saxlanılır.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin