Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”


Mövzu 10. Diksiya üzərində işin təşkili



Yüklə 0,92 Mb.
səhifə17/44
tarix22.06.2023
ölçüsü0,92 Mb.
#133914
1   ...   13   14   15   16   17   18   19   20   ...   44
M?vzu 1 Nitq inki?af? ?zr? apar?lacaq i?l?rin istiqam?ti, m?qs?

Mövzu 10.
Diksiya üzərində işin təşkili.

PLAN
1. Diksiya anlayışı


2. Saitlərin tələffüzü
3 Samitlərin tələffüzü
4. Nitqin nöqsanlı olması.


İstifadə olunmuş ədəbiyyat.
B. Paşayeva – “Nitq inkişafının metodikası” Bakı 2004
İ. Hacıyeva - “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov – “Nitq mədəniyyəti və üslubiyyatının əsasları” Bakı 2003
A.Qurbanov – “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H.Balıyev - “Azərbaycan dili” Bakı 2006
Diksiya üzərində işin təşkili
Uşaqlarda nitq səslərinin tələffüzünün formalaşmasında onların yaxşı diksiyaya yiyələnmələri mühüm əhəmiyyətə malikdir.
Məktəbəqədər yaşlı uşaqlarda tez-tez aydın olmayan tələffüz müşahidə edilir. Belə ki, onlar danışarkən bəzən sözün axırı eşidilmir, hətta söz başa düşülmür. Bu, dodaqlar və dilin ləng, qeyri-enerjili hərəkətinin, alt çənənin çevik olmaması nəticəsində baş verir. Deməli, artikulyasiya aparatı orqanlarının işinin inkişafı hər bir səsin ayrılıqda, həmçinin söz, ifadə daxilində dəqiq olmasını, diksiyanın formalaşmasını təmin edir. Yaxşı diksiya nitqi eşitmənin inkişafından, diqqətin davamlılığından və uşağın öz səsini idarəetmə bacarığından asılıdır.
Sözlərin düzgün tələffüzü ilk növbədə saitlərin tələffüzündən və bu prosesdə nitq hərəkəti aparatının fəaliyyətinin dəqiq koordinə edilməsindən asılıdır. Diksiyanın nitqin ən mühüm keyfiyyətlərindən biri olduğunu göstərən K.S.Stanislabski demişdir: “Saitlər çay, samitlər sahildir, onlarsız isə bizim nitqimiz bataqlıqdır”. Saitlərin tələffüzü prosesində onların uzun və qısa olması nəzərə alınmalıdır. Adil, tar, qatıq sözlərində a səsi sırasına görə getdikcə qısa tələffüz olunur. Saitlərin tələffüzü zamanı ortikulyasiya aparatının vəziyyəti belə olur.
İ – alt çənə yüngülcə aşağı düşür,dodaqlar yana dartılır, (gülümsəmə vəziyyətini xatırladır), alt və üst damağın kənarları dartılır, dişlər arasında 2-3 mm məsafə olur, dilin ucu aşağı damağa söykənir və alt dişlərə yaxınlaşır.
E- Alt çənə i-nin tələffüzündəkinə nisbətən bir qədər çox dartılır, dişlər arasında məsafə baş barmaq ölçüsündə olur, dilin ortası sərt damağa doğru qalxır, ucu aşağı damağa dirənir və alt dişlərə doğru uzanır.
Tələffüzün təbiiliyini təmin etmək üçün aşağıdakı kimi məşqlər məsləhət görülür:
Saitlərlə əlaqədar:
I-i, ı-i,ı-i, ı-i
i-e, i-e,i-e, i-e
Eyni qayda ilə ardıcıllıqla e-ə, ə-a, a-o,o-u, u-ü, ü-ö-nün təkrarı. Hər bir sait iki, üç, dörd saitlə işlənir.
İki saitlə: ı-a, i-a, e-a, o-a, u-a, ü-a, e-a, a-ı, a-i, a-e, a-o, a-u, a-ü, a-ö
Dörd saitlə: a-i-e-ə, ə-e-a-o, o-ı-i-u, u-ə-o-e, ü-ö-o-ı.
Sonra saitlərdən birini vurğu ilə ayırmaqla, səsin tonunu və sürəti tədricən artırmaqla tələffüz etmək lazımdır. Üst dodağı inkişaf etdirmək üçün : i-e-a-ı. Bu zaman bütün gərginlik götürülür. Həmin saitlərin çox işləndiyi tapmaca, yanıltmac, şer, bayatı demək faydalıdır.
Samitlərlə əlaqədar:
P-B
Pı, pi, pe, pə, pa,po, pu, pü, pö
Bı, bi, be, bə, ba, bo, bu, bü, bö
İki saitlə: pı-pi, pi-pe, pe-pə, pə-pa, pa-po, po-pu, pu-pü, pü-pö, bı-bi...
Uşaqların nitqi bir çox hallarda fiziki qüsurlarla bağlı pozulur. Pəltəklik, tıntınlıq, kəkələmə belə nöqsanlardır.
Pəltəklikdə nitqin səlisliyi və ritmi pozulmur, lakin aşağıdakı nöqsanlar yol verilir:
1. Bəzi səslər düşür: lapa(lampa), mətəb(məktəb), qa:qa(qarğa) və s.
2. Bəzi səslər pozğun, dəyişilmiş şəkildə deyilir: c səsini tələffüz edərkən dili üst damağa sıxaraq dilin ucu ilə üst dişlərin altındanboğuq səs çıxarırlar.
3. Bir səs və ya heca digəri ilə əvəz olunur. Ləhim(Rəhim), dalaq(daraq) qaşıq(daşıq) və s.
4. Hecaları buraxmaq, sürü(sürünün), paltarın(paltarının) və s.
5.Səs və ya hecaların yerləri dəyişdirilir: şarval(şalvar), taski(taksi),daqla(dalğa), verdə(vedrə) və s.
6. Nitq prosesində tənəffüsü nizama sala bilmədiklərindən nəfəsin tıxanması baş verrir.
Belə nöqsanların bir neçəsinin olduğu uşağın nitqi başa düşülmür.
Pəltəkliyin aradan qaldırılması üçün onun başvermə səbəblərini öyrənmək lazımdır. Beynin qabığında və maddəsində gedən iltihablar, pataloji proseslər, valideyndən keçən xəstəliklər, doğuş zamanı qafa tasının sıxılması və s. belə səbəblərdir.
Sərt damağın müxtəlif şəkillərdə olması, üst çənə ilə alt çənənin normal münasibətinin olmaması, yumşaq damağın burunun yolunu qapaya bilməsi, dişlərin müntəzəm, səliqəli düzülməməsi, dodaqların anadangəlmə yarıq olması və s. belə səbəblərdəndir. Məsələn, dilin altındakı pərdənin (üzənginin) gödək olması ilə birlikdə dilin tam ucuna qədər uzanmaması belə nöqsandır. Bu zaman dil dişlərin arasından qabağa doğru hərəkət edə bilmədiyi kimi yuxarı da qalxmır. Odur ki, dilin ucu ilə tənəffüz olunan r,l, t,d, samitləri tamamilə tələffüz edilmir, yaxud başqaları ilə əvəz olunur. Aantomik nöqsanların bəziləri cərrahiyyə əməliyyatı tələb edir. Dodaqdakı yarığı tikmək, dilin altında üzəngi çoxdursa, pərdəni bir qədər kəsmək mümkündür.
Uşağın eşitmə diqqətinin zəifliyi, yaddaşın pisliyi, əqli cəhətdən geridə qalması nitq nöqsanlarına gətirib çıxarır. Pəltəklik bəzən ağır eşitmə nəticəsində baş verir. Belələrində eşitmə həssaslığı tərbiyə edilməlidir. Valideynin ağır əqli, dəri-zöhrəvi xəstəliklər keçirməsi, narkoman və alkoqol ilə məşgul olması da belə səbəblərdir. Onların uşaqları ya zəhərlənir, ya da əsəb sistemi, əzələləri, sümükləri lazımınca qidalanmır. Belə hallarda həkimə müraciət etmək lazımdır.
Pəltəklik əsasən s-z, s-ş, ş-j, ç-c kimi samitlərin tələffüzü ilə əlaqədar olur. c,z; Dişlər arasında məsafə 1 mm olur. Dodaqlar sonra gələn sait vəziyyətində olur. Dilin ön hissəsi sərt damağa yaxınlaşır, ucu isə alt ön dişlərin ucları ilə bərabərləşir. Dilin ortası dartılır, yanları yuxarı dişlərə içəri tərəfdən sıxılır.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin