Mövzu 11: Orfoepiya və orfoqrafiya üzrə işin təşkili
P L A N
1.Orfoepiya və orfoqrafiya təlimin metodikası
2.Orfoepiya prinsipləri
3.Orfoqrafiya prinsipləri
İstifadə olunmuş ədəbiyyat
B.Paşayeva – “Nitq inkişafının metodikası” Bakı 2004
İ.Hacıyeva- “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov- “Nitq mədəniyyəti və üslubiyyatın əsasları” Bakı 2003
A. Qurbanov- “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H. Balıyev- “Azərbaycan dili” Bakı 2006
Orfoepiya təliminin metodikası.
Orfoepiya yunan sözüdür: oıthos-düzgün, doğru, eqos-nitq deməkdir. Orfoepiya sözünün düzgün, doğru tələffäz etmək deməkdir. Azərbaycan dilinin orfoepiyası dilimizin əsas sisteminə uyğun olaraq, şifahi ədəbi dilimizdə özünə möhkəm yer tutmuş tələffuz qaydalarıdır. Orfoepiyanın praktik əhəmiyyəti böyükdür. Çünki o, danışıq zamam adamlarm bir-birini tez və asan başa düşmələrinə kömək edir.
Insanlar arasında daha geniş ünsiyyət və qarşılıqlı əlaqə saxlamağa nail olmaq üçün, istər şifahi və istərsə yazılı nitqimiz vahid və hamı üçün məcburi bir normaya tabe olmalıdır. Eyni sözlərin müxtəlif şəkildə tələffuzü, qəbul olunmuş ədəbi tələffüz normalarından fərqli olaraq deyilişi ni Əgər danışan ədəbi dil çərçivəsindən kənara çıxıb həmin normadan uzaqlaşarsa, onda dinləyicinin diqqəti əsas məsələdən yaymar və o, danışılan sözlərin məzmununu yaxşı dərk edə bilməz.
Buna görə də bütün ( istər şəhər, istər kənd məktəbi ) şagirdlər düzgün tələffuz normalarma yiyələnməlidirlər.
Bu haqlı və təmamilə qanuni tələbə baxmayaraq, məktəblərimizdə hələlik
çox zərərli və təcrübədə özünü doğrulda bilməyən bir ənənə yaşamaqdadır.
Bu ənənəyə görə, müəllim şagirdlərin müəffəqiyyətini qiymətləndirərkən,
yalnız orfoqrafıya və durğu işarəsi səhvlərini nəzərə alır və şagidlərin sözləri nə
qədər düzgün tələffüz edib-etmədikləri məsələsinə heç də əhəmiyyət vermir.
Halbuki akademik L.Şerbanın haqlı olaraq qeyd etdiyi kimi, orfoqrafık
məsələlər üçün əvvəlcə orfoepik məsələləri həll etmək lazımdır. Yeri gəlmişkən
onu da deməliyik ki, məktəblərimizdə nitq inkişafma dair şagirdlərlə aparılan
işlərdə, bir qayda olaraq, orfoepiya ilə az məşğul olunur.
Bir sıra məktəblərdə orfoepiyanın qiymətləndirilməməsi Azərbaycan dilinin
tədrisi metodikasmda onun lazımı qədər qiymətləndirilməməsi deməkdir.
Əlbəttə bu məsələnin başqa bir səbəbi də vardır ki, o da hələ bu vaxta qədər
orfoepiya metodikasınm işlənib hazırlanmaması və digər tərəfdən, bəzi
müəllimlərimizin özlərinin ədəbi tələffüz normalarma yiyələnməmələri və öz
nitqlərində müəyyən qüsurlara yol vermələridir.
Müəllim və şagirdlərin nitqlərinə nə kimi və hansı həcmdə orfoepik tələblər
verilməlidir? Əlbəttə, prinsip etibarı ilə həmin tələblər eyni olmalıdır. Aydın məsələdir ki, həm müəllim, həm də şagirdlər ədəbi nitqə yaxşı yiyələnməlidirlər. Lakin tədris prosesində biri öyrədən (müəllim), o bir isə öyrənən olduğundan (şagird) onlarm nitqində olan nöqsanlar və sözləri yalnış tələffüz etmək məsələsindəki məsuliyyət bir-birindəpfərqli olmalıdır. Təbiidir ki, müəllim nitqi olduqca səlis və nöqsansız olmalıdır. Ədəbi nitqə sahib olınayan müəllim şagirdlərə sözlərin düzgün tələffüzünü öyrədə bilməz.
Bəziləri yalnış olaraq belə güman edirlər ki, guya ədəbi dilə yiyələnmək üçün qrammatikanı öyrənmək və cümlə qurmağı, müxtəlif quruluşlu cümlələri cümlələri işlətmək qaydasmı bilmək kifayətdir. Halbuki çox qrammatikanı mənimsəmiş və yazıda orfoqrafik səhflərə yol verməyən elə adamlara rast gəlmək mümkündür ki, onlar öz danışıqlarınada düzgün ədəbi tələffüz normalarmı tez-tez pozurlar.
Məlumdur ki, bizim yazımız çox vaxt tələffüzümüzlə uyğunlaşmır, buna görə də orfoepik cəhətdən düzgün tələffüzə yalnız kitab oxumaqla yiyələnmək olmaz.
Düzgün tələffüz qaydalarmı həmin məqsəd üçün ayrılmış bir və ya bir neçə dərsdə öyrənmək mümkün deyildir. Bu iş şagirdin məktəbdə təlim apardığı illər ərzində davam edən uzun bir prosesdir.
Demək dilimizin düzgün ədəbi normalarını bilib, ona tam məna ilə yiyələnmək məsələsi, o qədər də asan iş deyildir.
Müəllim tələffüz üzərində işləyərkən çox vaxt sözlərin tələffüzündə
kitabçılığa meyl göstərir. O, bunun nöqsanlı olmasmı unutmamalıdır.
Şagirdlərin də müəyyən hissəsi həmin təsir altında, kitabda necə yazılıbsa o cür
də oxumağa çalışırlar. Məsələn, baxça deyil, bağça, dəfdər deyil dəftər, taxda
deyil taxta və s. deyə tələffuz edirlər. Uşaqlarda bu adət ibtidai məktəbdən başlayır və uzun müddət davam edir. Yalnız müəllimin ardıcıl göstərişləri nətcəsində şagirdlər qiraət və tələffuzdə buraxdıqları bu nöqsanlardan yaxa qurtara bilərlər.
Bəzi müəllimlər sözləri kitab dili ilə, yəni ofoqrafıyada sözlərin yazısmda olduğu kimi, hərfı-hərfınə söyləyir və danışıq dilinə xas olmayan şəkildə tələffuz edirlər. Bütün bunların nəticəsində sinifdə müəlim və şagirdlər əslində həyatda mövcud olmayan süni bir dildə danışmalı olurlar. Sinifdənkənar şəraitdə isə nə müəllim, nə də şagirlər belə bir dildən istifadə etmirlər. Çünki sinifdən çıxan kimi şagirdlər öz dialektində, müəllim isə bir qayda olaraq, ədəbi tələffuzlə danışmağa başlayır. Əlbəttə belə vəziyyəti normal hesab etmək olmaz, məktəbdə bu cür hallara yol verilməməlidir.
Şagirdlərə ədəbi dili mənimsətmək iki yolla aparıla bilər:
öz danışıqlarmda ədəbi tələffüz normalarını gözləyən adamları şagirdlərin bilavasitə təqlid etməsi yolu ilə;
təlım nəticəsində şüurlu və tədrici surətdə müəyyən sistemlə ədəbi dil normalarını mənimsətmək yolu ilə.
Orfoepiya prinsiplərinin xüsusiyyətləri
1. Ədəbi tələffuzün əsas prinsipi tələffüzdə ağırlıq törədən, kobud səslənən, dilin ahəngini pozan cəhətlərdən qaçmaq, asanlıqla, sürətlə tələffüz edilən və zərif, incŞ; gözəl səslənən cəhətləri saxlamaqdan ibarət olmalıdır. Orfoqrafıyada morfoloji prinsipin tələbi üzrə felin şərt və arzu formaları keçmiş zamanda ikivariantlı şəkilçilərlə- -sa, -sə, -a, -ə verilərsə; məsələn: alsa idi, gəlsə idi, ala idi, gələ idi, orfoepiyada bu şəkilçilər yazıda olduğu kimi qəbul edilə bilməz; əvvəla, ona görə ki, ümumxalq danışığmda şərtin və arzunun hekayəsi həmişə bir variantlı şəkilçi ilə -sey, -ey-lə ifadə olunur və digər tərəfdən , şifahi nitqdə alseydim, aleydim formaları çox asanlıqla tələffuz edilib, danışığa zəriflik, incəlik gətirir.
Orfoepiyada ümumxalq danışıq xüsusiyyəti daşıyan cəhətlərə yer verilir, dar dialekt xüsüsiyyətləri isə nəzərə alınmır. Məlum olduğu kimi, orfoqrafıya morfoloji prinsipdən çıxış edərək assimilyasiya hadisəsinə yol verilmir, orfoepiyada isə bunun əksinə olaraq assimilyasiyadan geniş surətdə istifadə edilir. Lakin elə assimilasiya tipləri vardır ki, onlar dar dialekt xüsusiyyətləri daşıyır. əlbəttə, assimilasiyanın bu tipləri orfoepiyaya daxil olar bilməz. Məsələn: -nar şəkilçisi n səsi ilə bitən sözlərdən sonra gəldikdə ümumixalq danışıq xüsusiyyətləri daşıyır və ədbi tələffüzə daxil olan danışannar, qalannar, odunnar və s. Lakin bu şəkilçim səsindən sonra gəldikdə, məs; adamnar dar dialekt xüsusiyyəti daşıdığı üçün orfoepiyaya daxil ola bilmir və bu söz yazıldığı kimi adamlar tələffüz olunur.
Orfoepiyada saitlərin uzun və qısa tələffüzü xüsusi əhəmıyyətə malikdir.
Şəkilçilərin tələffuzündə də ahəng qanunu əsasən gözlənir; lakin orfoepiyanm prinsipləri ilə əlaqədar olaraq bəzi şəkilçilərin tələffuzündə ahəng qanunun pozulması halları nəzərə çarpır.
Assimilasiya və səs düşümü hadisəsı şifahi dilin xüsusiyyəti ilə bağlı olduğu üçün bunlar orfoepiyada daha geniş yer tutur.
Müasir Azərbaycan ədəbi dilinin orfoepik norması onun orfoepiya lüğətlərində əks olunur.
Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafık norma adlanır. Müasir Azərbaycan ədəbi dilinin orfoqrafık norması onun orfoqrafik lüğətlərində əks olunur.
Həm orfoepik, həm də orfoqrafık normalar dilin fonetik quruluşu, xüsusilə də onun xarakterik əlaməti olan ahəng qanunu ilə müəyyən edilir.
Fonetik normaya əməl olunması, yəni sözün düzgün tələffüzü və düzgün yazılışı savadlılığm ən mühüm göstəricilərindən biridir.
Fonetik norma 2 şəkildə təzahür edir:
düzgün tələffuz təzahürü / orfoepiya /
düzgün yazı təzahürü / orfoqrafıya /