1.Nitqin ünsiyyət növləri ( monoloji və dialoji nitq)
2. Nitqin ünsiyyət formaları ( şifahi və yazılı nitq. Onların oxşar və fərqli cəhətləri)
3. Şifari və yazılı nitqin xüsusiyyətləri
Istifadə olunmuş ədəbiyyat
B.Paşayeva - "Nitq inkişafmm metodikası" Bakı 2004
İ.Hacıyeva- "Nitq mədəniyyəti" Bakı 2011
H.Həsənov- "Nitq mədəniyyəti və üslubiyyatm əsasları" Bakı 2003
A. Qurbanov- "Müasir Azərbaycan ədəbi dilinə dair praktikum" Bakı 2005
H. Balıyev- "Azərbaycan dili" Bakı 2006
NİTQ ÜNSİYYƏTİNİN NÖVLƏRİ.
Nitq şərait və məqsədlə əlaqədar olaraq 2 növ olur: a). monoloji nitq; b) dialoji nitq.
Monoloq və dialoq nitqin vəhdət təşkil edən vahidləridir. Bunların hər ikisi nitq ünsiyyətinin sisteminə daxil olub ümumi bir vəzifə yerinə yetirir. Bununla bərabər, hər növün özünə aid həm linqvistik, həm də ekstralinqvistik xüsusiyyətləri vardır.
I .Moııoloji nitq. Latmca mono - bir, lagos - nıtq deməkdir. Monoloji nitqin əsas mahiyyəti ondan ibarətdir ki, burada hər hansı müəyyən bir ideya, fıkir, məsələ, problem, məlumat, informasiya və s. bir nəfərin ardıcıl, rabitəli, geniş və ya qısa nitqi kimi özünü göstərir. Monoloji nitq mühazirə, məruzə, məlumat, çıxış, məktub, məqalə, monoqrafıya və s. formalarında ola bilir. Bunlar şifahi və yazılı şəkildə özünü göstərir. Həcminə görə yazılı monoloji nitq geniş, şifahi monoloji nitq isə qısa, yığcam və konkret olur.
Monoloji nitq öz xarakterinə görə bir sıra xüsusiyyətlərə malikdir.
Monoloji nitqdə, əvvəla, danışan şəxsin özü, ikincisi onun daxili aləmi əks olunur. monoloji nitq üçün səciyyəvi olan aşağıdakı nümunəni göstərmək oiar. N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyasında Cavahir xanımm monoloqu bu cəhətdən xarakterikdir.
Cavahir xanım: - Pərvərdigara! Sən özün rəhm elə, yamanca verdə axşamladıq, qəribə, ohnayan xətaya düşdük... Yazıq anam haş götiirüb evdən qaçıb, bilməyir nə tövr bədbəxt atama kömək eləsin. Allah evini başına uçurtsun, Hacı Salmanın, fəqir kişini yamanca işə saldı... Əgər biçarənin naxoşluğu şiddət eləsə, ona əlac olmasa, belə müsibətə dözmək olmaz. mən gərək özümü diri-diri aıryuya salam... Fəqir atam. yazıq atam, günü qara anam. bədbəxt köməksiz anam. İkincisi, burada monoloji nitqə xas olan insanm daxili aləmini əks etdirmək xüsusiyyətləri vardır.
Monoloji nitq müxtəlif mövzularda ola bilər. Bədii ədəbiyyatda monoloqdan əsasən drammatik səhnələrdə geniş istifadə olunur. Oxucu istər - istəməz onun söylədiyi monoloqun təsiri altma düşür və əsərin qəhrəmanmm taleyinə ürəkdən acıyır.
Bədii ədəbiyyatda şair monoloqdan özünün və ya qəhrəmanınm sevinc və fərəh hissini ifadə etmək üçün də isti^də edir. (Məs. S.Vurğunun "Azərbaycan" şeri).
Monoloji nitq fərdi olmaqla yanaşı, eyni zamanda ictimai xarakter daşıyır. Onun ünsürlərinin əsasıııda insan və cəmiyyət problemləri durur. Məsələn H.Cavidin "İblis" əsərində İblisin monoloqu daha xarakterikdir. Burada İblisin düşüncələri tamamilə bəşəri xarakter daşıyır, cəmiyyət ziddiyyətləri bir subyektin təfəkkür süzgəcindən keçərək nitqində təzahür edir.
Monoloji nitqdə fasilə, sürət, ahəng, ton xüsusi rol oynayır. Xüsusilə, bədii əsərdə monoloqun oxusunda mütləq bu tələffüz ünsürləri özünü göstərir. Elə monoloji nitq növləri vardır ki, onları adi tonla, yavaş - yavaş, fasilə ilə oxumaq lazım gəlir. Məsələn, hər hansı alimin yazdığı elmi əsəri və s. bu tərzdə oxumaq daha düzgündür.
Monoloji nitq zahiri cəhətinə, məzmun və xarakterinə görə 3 formada təsnif olunur: Nəqletmə monoloqu. təsviri monoloq: məlumatverici monoloq. Nəqletmə tnonoloqunun bu formasmda məzmun nəqletmə volu ilə ifadə edilir. Həcminə görə bir və ya bir neçə cümlədən ibarət olur ki, belə cümlələr dialoq üçün şərait yaradır. Məsələn,
Sahənin kənarında Təftişlə iiz-üzə gələndə sifəti yanırdı. gözləri oynavırdı. - Mənnən n'ıyə elə damşırdın sən. ay kişi ?!
İkincisi, burada monoloji nitqə xas olan insanın daxili aləmini əks etdirmək xüsusiyyətləri vardır.
Monoloji nitq müxtəlif mövzularda ola bilər. Bədii ədəbiyyatda monoloqdan əsasən drammatik səhnələrdə geniş istifadə olunur. Oxucu istər - istəməz onun söylədiyi monoloqun təsiri altma düşür və əsərin qəhrəmanmm taleyinə ürəkdən acıyır.
Bədii ədəbiyyatda şair monoloqdan özünün və ya qəhrəmammn sevinc və fərəh hissini ifadə etmək üçün də isti^də edir. (Məs. S.Vurğunun "Azərbaycan" şeri).
Monoloji nitq fərdi olmaqla yanaşı, eyni zamanda ictimai xarakter daşıyır. Onun ünsürlərinin əsasında insan və cəmiyyət problemləri durur. Məsələn H.Cavidin "İblis" əsərində İblisin monoloqu daha xarakterikdir. Burada İblisin düşüncələri tamamilə bəşəri xarakter daşıyır, cəmiyyət ziddiyyətləri bir subyektin təfəkkür süzgəcindən keçərək nitqində təzahür edir.
Monoloji nitqdə fasilə, sürət, ahəng, ton xüsusi rol oynayır. Xüsusilə, bədii əsərdə monoloqun oxusunda mütləq bu tələffüz ünsürləri özünü göstərir. Elə monoloji nitq növləri vardır ki, onları adi tonla, yavaş - yavaş, fasilə ilə oxumaq lazım gəlir. Məsələn, hər hansı alimin yazdığı elmi əsəri və s. bu tərzdə oxumaq daha düzgündür.
Monoloji nitq zahiri cəhətinə, məzmun və xarakterinə görə 3 formada təsnif olunur: Nəqletmə monoloqu. təsviri monoloq: məlumatverici monoloq.