Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”



Yüklə 372,17 Kb.
səhifə5/39
tarix09.03.2023
ölçüsü372,17 Kb.
#87055
1   2   3   4   5   6   7   8   9   ...   39
Nitq inkişafı (1)

l.Danışmaq üçün ən vacib şərt insan orqanizmində danışıq üzvlərinin normal inkişafıdır. Əgər danışıq üzvlərindən biri qüsurlu olarsa, həmin qüsur mütləq danışma prosesində mütləq- öz əksini tapır.Danışmağın əsas əlaməti danışıq səsləridir.İnsan danışmağa 1 yaşmdan etibarən səy göstərir.Onun ilk danışığında ancaq danışıq səsləri, hecalar və ayrı-ayrı sözlər öz əksini tapır.Yalnız bu vasitələrlə onlar öz fıkirlərini nitqə çevirə bilirlər.İnsan böyüdükcə danışığı inkişaf edir və fəal nitq prosesinə qoşulur.
2.Eşitmək insan orqanizminin üzvlərindən olan qulaqla həyata keçirilir. Nitq proaesində eşitmənin tam təmin olunması üçün sağlamlıq əsas şərtdir. Eşitmək nitqin düzgün dərk edilməsində mühüm rol oynayır.
3.Dərk etmək nitq prosesinin nəticəsi kimi özünü göstərir. Dərk etmək yazılı və şifahi nitq prosesində baş verir. Hər hansı şəxsin nitqinin başqası tərəfmdən dərk edilməsi psixoloji prosesdir.
Nitq üçün xarakterik olan bir sıra cəhətlər vardır:
-nitq axını
-nitq taktı
-nitq ritmi
Nitq axını dedikdə, nitq prosesində baş verən xətti ardıcıllıq nəzərdə tutulur. Yəni burada dil vahidləri xaotik şəkildə deyil, müəyyən qanunauyğunluğun cərğə əsasmda düzülür, işlədilir.
Nitq taktı cümlə və ya ifadənin müəyyən intonasiyaya parçalanması nəticəsində əmələ gələn ayrı-ayrı mənalı hissələrdən ibarət ən kiçik bölümlərdir.
Nitqin ritmi nitqdə vurğulu və vurğusuz. uzun və qısa hecalarm bir-birini əvəz etməsi hadisəsidir. Bu zarnan nitqin müxtəlif çalarları və üslubları meydana çıxır.
__ Mürəkkəb sistemi hərəkətə gətirən nitqdir. Nitq dilin fəaliyyət həmın prosesində inkişaf edir. Müvafıq nitq bu dil sistemindən zəruri leksik və qrammatik vasitələri seçib fıkrin ifadəsini təmin edir. Dil nitqi zənginləşdirdiyİ; kimi, nitq də dili daim zənginləşdirir, onun ifadəlilik imkanlarını genişləndirir. Dil və nitq dialektik bir vəhdət, birlik təşkil edir.
Nitq və təfəkkür daim əlaqədə olub, vahid nitq düşündürücü fəaliyyətdə qarşılıqlı təsir göstərir. Fikri ifadə etmək üçün təfəkkür metodlarma əsaslanmaq lazımdır.
Iş prosesində təfəkkür metodlarmdan istifadə olunur. Təfəkkür metodları aşağıdakılardır:
Müqayisə
Təsnifetmə
Təhlil-təkzib
Mücərrədləşdirmə
Umumiləşdirmə
Sistemləşdirmə
Konkretləşdirmə
Kodlaşdırma
Əqli nəticəyə gəlmək
Fikir nitqdə ifadə olunur və elə onda da formalaşır.
Nitqi inkişaf etdirmək eyni zamanda təfəkkürü inkişaf etdirmək deməkdir.Nitqlə təfəkkür bir-birilə qırılmaz vəhdətdir.Hər hansı bir mühakimə ilə onun maddi cildi olan cümləni bir-birindən ayrılıqda təsəvvür etmək olmaz.Şagirdlırin beynində yaranan hər hansı bir fıkir yalnız dil materialı əsasında baş verir.Onların nitqləri isə yalnız fıkirlərinin fəal işinə əsaslanan idrak fəaliyyəti prosesində inkişaf edir.Deməli, rabitəli nitqin inkişafı fıkrin məzmununun zənginləşdirilməsi və dərinləşdirilməsi ilə sıx əlaqədardır.Nitq inkişafı və təfəkkürünün vəhdəti haqqında təlim duyğularından fıkrə keçmək haqqında mühüm fəlsəfı məsələdir.Təfəkkürü inkişaf etdirmədən nitqı inkişaf etdirmək, məzmun üzərinə düşmədən boş-boş danışmaq bacarığı tərbiyə etmək deməkdir.
Müəllim nitqinin mənimsənilməsi prinsiplərini bilmədən müvafıq vasitə, metod, priyom seçməkdə çətinlik çəkir. Hər şeydən əvvəl, şagirdlər fonemlərin artikulyasiyasmı, sözlərdən ayrı-ayrı səsləri necə tələffüz etdiklərini, necə danışdıqlarmı eşitməyi bacarmalıdırlar. Onlar nitqdə istədikləri sözlərin, ifadə və cümlələrin leksik və qrammatik mənasını başa düşməlidirlər. Bunsuz nitqin emasional çalarlığı hiss etmək, dili mənimsəmək çətinləşir.
Uşaqlarda dilə həssaslıq, onu hiss etmə bacarığı tərbiyə olunmalıdır. Bu məqsədlə ədəbi nitqdə səslənməni, morfem, səs, söz birləşməsindən necə istifadə edildiyini yadda saxlamaq lazımdır. Dildəki hər bir sözün mənasına, imkan daxilində etimologiyasına, məna çalarlığına ondan harada, necə istifadə olunmasma diqqət yetirmək, dilin konstruksiyasmı başa düşmək və əməliyyat apara bilmək onlarda dilə həssaslığı inkişaf etdirir.


Yüklə 372,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin