Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§4. İnvestisiya layihələrinin qiymətləndirilməsi metodları



Yüklə 0,74 Mb.
səhifə38/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   67
Biznesin idarə olunması

§4. İnvestisiya layihələrinin qiymətləndirilməsi metodları.

İnvestisiyalar üzrə idarəetmə qərarlarının qəbulunun əsası­­­nda,layihə istismara verildikdən sonra,investisiya həc­minin il ərzində daxil olan pul vəsaitlərilə müqayisəsi dayanır.İnvestisiya həcmi və gələcək pul daxil olmalarını müqayisə edə bilmək üçün,investisiya layihəsinin həyata keçirilməsi nəticəsində pul vəsaitlərinin gəlməsi və getməsinin müxtəlif vaxtlarda baş verdiyini nəzərə almaq lazımdır.Bu zaman bütün gələcək pul axınlarını investisiya anına "gətirmək",yəni ödənişlərin diskan­tlaşd­ırıl­masını həyata keçirmək lazımdır.

İnvestisiya layihələrinin müxtəlif metodlarla müqayisəsi zamanı müxtəlif yollarla alınmış aşağıdakı informasiyalardan istifadə edilir.

1) Təklif edilən layihədən gözlənilən pul daxil­olmalarının ölçüsü,bu daxilolmaların vaxta görə bölünməsi ilə müəyyənləşdirilməsi;

2) Lahiyədən investorun gözlədiyi gəlirliliyi və qo­yulmuş vəsaitlərin risk dərəcəsini əks etdirən, gələcək pul daxilolmalarının diskontlaşdırma stavkasının əsaslan­dırılması;

3) Gözlənilən hər bir pul axının diskontlaşdırılmış dəyərinin hesablanması.

Ödəmə (qaytarılma) müddəti:Başlanğıc kapital qoyuluşunun qaytarılması üçün tələb edilən illərin sayıdır.Burada o müddət hesablanır ki,həmin müddətdə müəssisənin fəaliyyəti nəticəsində daxil olan məbləğ investisiya xərclərini tam ödəyir.İllik pul daxilolmaları müxtəlif olan hallarda hasablamalar tədricən aparılır:planlaşdırılmanın hər bir intervalında ilkin xərclərin ümumi həcmindən amortizasiya ayırmaları və xalis mənfəətin məbləği o vaxta qədər çıxılır ki,qalıq mənfi olmasın.

Yaxın keçmişə qədər bu göstərici investisiya layihələrinin qiymətləndirilməsində geniş istifadə edilən əsas göstəricilərdən biri idi ki,onun əsas üstünlüyü hesabatların kifayət qədər sadə olmasındadır.

O investisiya risklərinin hesablanması ilə yanaşı, tələbatı sabit olmayan məhsulun buraxılış layihəsinin,kiçik pul dövriyəsinə malik,ölçücə böyük olmayan müəssisə­lərin investisiyalarının və resurs çatışmazlığı şəraitində layihələrin daha tez qiymətləndirilməsində istifadə edilir.

İnvestisiya prosesi həmişə risklə əlaqədardır,çünki zaman qeyrimüəyyənliyi gücləndirir və xərclərin ödəmə müddəti çox olduqca layihənin riski də artır.Odur ki,qərar qəbul edilərkən risk amili nəzərə alaınmalıdır,yəni bu və ya digər layihənin reallaşdırılması zamanı xərcləri, gəlirləri, mənfəəti və iqtisadi rentabelliyi qiymətlən­di­rər­kən zaman dəyişməsi diqqət mərkəzində olmalı­dır.Bildiyimiz kimi bu əməliyyat "diskontlaşdırma" adla­nır və adətən bir neçə alternativ variant üçün aparılır.

Diskontlaşdırma gələcəkdə alına biləcək pul məbləğinin hazırki (cari) məbləğin ekvivalentini təyin etməyə imkan verir.Bunun üçün gələcəkdə alınacağı gözlənilən məbləği müəyyən dövr ərzində(illərlə) artan gəlirin mürəkkəb faizlər qaydası ilə azaltmaq lazımdır.

İnvestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi göstəricilərinin ayrı-ayrı elementlərinə nəzər salaq:

1) Gətirilmiş xalis gəlir göstəriciləri.Gətirilmiş xalis investisiyalaşdırma nəticələrinin daha ümumiləşmiş xarakteristikası,yəni mütləq məbləğdə investisiyanın sonunda səmərəni təyin etməyə imkan verir.Gətirilmiş xalis gəlir dedikdə,investisiya layihəsinin istismarı dövründə həqiqi gətirilmiş dəyəri ilə (diskontlaşdırma yolu ilə) onun realizasiyı vasitələrinə çəkilən xərclərin məbləğinin fərqi başa düşülür.

2) Gəlirlilik indeksi. Bu indeks metodiki nöqteyi-nəzərdən əvvələr istifadə edilən "kapital qoyuluşunun səmərəlilik əmsalı" göstəricisinin qiymətləndirilməsini xatıralıdır. Bununla belə iqtisadi məzmununa görə tamamilə başqa göstəricidir. Burada investisiya­laşdırmadan əldə edilən gəlir, xalis mənfəət kimi yox, pul axınları kimi çıxış edir.

Gəlirlilik indeksi(rentabellilik indeksi də adlanır) göstericisi,yalnız müqayisəli qiymətləndirmə üçün istifadə edilməyib,həm də investisiya layihələri realizə üçün qəbul edildiyi zaman meyar kimi də istifadə edilir.

Gəlirlik indeksinin qiyməti birdən (vahiddən) kiçik olduqda,qəbul edilmir,çünki o investora əlavə gəlir gətirməyəcək.Başqa sözlə investisiya layihəsi o zaman realizasiya üçün qəbul edilir ki, gəlirlilik indeksi göstəricisinin qiyməti vahiddən(birdən) böyük olsun.

3) Ödəmə müddəti (dövrü) göstəricisi.Ödəmə dövrü investisiyalaşdırmanın səmərəliliyinin qiymətləndiril­məsinin ən geniş və asan anlaşılan göstəricilərindən biridir.Bu göstərici investisiya vasitələri və məcmu pul axınının həqiqi dəyərə gətirilməsi ilə pul axınına hesablanır.Ödəmə dövrü göstəricini xarakterizə edərkən bilmək lazımdır ki,o təkcə investisiyanın səmərəliliyini yox,həm də likvidliklə əlaqədar investisiya risklərinin səviyyələrini qiymətləndirmək üçün istifadə olunur.

4) Daxili gəlir(mənfəətlilik) norması.Gəlirin daxili norması daha mürəkkəb və hesablanması nöqteyi nəzərdən tamamilə yeni göstəricidir.

O konkret investisiya layihəsinin diskont norması ilə ifadə edlən gəlirlilik səviyyəsini xarakterizə edir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin