Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


FƏSİL 1. SOSİAL – İQTİSADİ SİSTEMLƏRDƏ BÖHRAN



Yüklə 0,74 Mb.
səhifə2/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67
Biznesin idarə olunması

FƏSİL 1. SOSİAL – İQTİSADİ SİSTEMLƏRDƏ BÖHRAN

§1. Sosial - iqtisadi inkişafda bohran anlayısı və onun yaranma səbəbləri

§2. Böhranın tipləri

§3. Böhranın əlamətləri, hiss edilməsi və həll edilməsi

§4. Böhran vəziyyətlərində insan amili

§1. Sosial - iqtisadi inkişafda bohran anlayısı və onun yaranma səbəbləri.

Müasir ədəbiyyatlarda hələ də sosial-iqtisadi sistemin inkişafında böhranla bağlı ümumi qəbul edilmiş yekdil fikir yoxdur. Belə bir nöqteyi nəzər vardır ki, böhran kapitalist istehsalına məxsus olan xüsusiyyətdir və sosialist sistemində onun olması mümkün deyil.

Uzun illər ərzində bizim ölkəmizdə böhran anlayışı istehsalın inkişafında iqtisadi siyasətin işlənməsində real amil kimi deyil, daha çox ideoloji anlayış kimi qəbul edilmişdir.

Bəziləri belə hesab edir ki, böhran anlayışı yalnız makroiqtisadi inkişaf proseslərinə aid edilə bilər. Firma və müəssisə səviyyəsində isə idarəetmədə qeyriprofisianallıq və ya səhvlərdən irəli gələn kəskin problemlər olur. Guya bu problemlər obyektiv səbəblərdən doğmur (baxmayaraq ki, bəzi kənar səbəblər vardır) və böhranlı inkişafdan xə­bər ve­rmir. Əgər bu yanaşmadan firmanın idarəedilməsinə bax­saq, onda firmanın inkişaf strategiyasının hazır­lan­ma­sın­da, risk imkanlarını nəzərə almağa ehtiyyac yoxdur. Be­lə yanaşma kifayət qədər neqativ nəticələrə səbəb ola bilər. Əgər həqiqətdə böhranlar qanuna uyğundursa, onda mü­əssisə strategiyasının bu cür qurulması nə qədər re­al­lı­ğa­ söykənir?

Böhran anlayışı, risk anlayışı ilə sıx bağlı olub, bu və ya digər səviyyədə istənilən idarəetmə qərarının işlənməsi metedologiyasına təsir edir. İdarəetmədə böhran halının mümkünlüyünün nəzərə alınmaması, nəinki böhranın baş ver­məsini gözlənilməz edəcək, həm də çoxlu digər sə­hv­lərə səbəb olacaqdır.

Böhran probleminə başqa bir rakursdan da baxmaq olar:

Sosial - iqtisadi sistem istənilən forma və görünüşdə istər ictimai formasiya, istərsə də firma və ya müəssisə ol­sun, mövcudluğu zamanı iki meylə malikdir: fəaliyyət gös­tərmək və inkişaf etmək.

Fəaliyyət göstərmək - mahiyyət xüsusiyyətlərini, key­fiyyət göstəricilərini, həyat fəaliyyəti və funksiyalarıni sax­lamaqla, bütövlüyü təmin etməkdir.

İnkişaf – dəyişən mühit şəraitində həyat fəaliyyətini möhkəmləndirən yeni bir keyfiyyətin əldə edilməsidir.

Böhranlar yalnız fəaliyyət və inkişafda əkslikləri göstərməyib, həm də fəaliyyət prosesinin özündə yarana bilər. (məsələn, işçi heyyətin dərəcəsi və texnikanın səviy­yəsi, həmçinin dəqiq texnologiyalar və onların istismar şə­ra­iti arasındakı əksliklər və s.).



Böhran - ətraf mühitdə sosial iqtisadi sistemin (mü­əs­si­sənin) fəaliyyətinə təhlükə yaradan əksliklərin kəs­kin­ləş­mə­sidir.

Böhran obyektiv səbəblərdən: tsiklik (dövrü) mo­dern­ləşmə və struktur dəyişmələri ilə bağlı baş verə bilər.

Böhran subyektiv səbəblərdən, iqlimin xüsusiy­yət­lər­indən irəli gələn təbiət hadisələri, idarəetmədəki nə­za­rət­­sizlik, özbaşınalıq və digər səhvlərdən, zəlzələlərdən və ­s. baş verə bilər.

Böhran daxili və xarici səbəblərdən baş verə bilər.



Xarici səbəblər makroiqtisadi inkişaf strategiyası və ya dün­yanın iqtisadi inkişaf meyllərindən, rəqabət, ölkə-də­ki siyasi vəziyyətlə əlaqədar da ola bilər.

Daxili səbəblər isə marketinq strategiyasının risk­liliyindən, daxili münaqişələrindən, istehsalın təşkilindəki çat­ış­mazlıqlardan, idarəetmədəki qeyritəkmillikdən, inno­va­siya və investisiya siyasətindən irəli gəlir.

Əgər böhranı bu cür qəbul etsək, onda demək olar ki, böh­ran təhlükəsi hər zaman mövcuddur. Məhz buna görə­də onu əvvəlcədən görmək və proqnozlaşdırmaq lazımdır.

Böhran anlayışında xüsusi əhəmiyyətli məsələ­lərdən biri də yalnız səbəblər deyil, həm də nəticələrdir. Yəni ola bilər ki, müəssisə yenidən qurulsun və ya fə­aliyyəti dayandırılsın, sağlamlaşdırma aparılsın və ya yeni böhran yaransın və ola bilər ki, böhran daha dərin və uzun müddətli olsun. Böhranlar zəncirvari reaksiyalar kimi də baş­ verə bilər.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin