Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§4. Böhran vəziyyətlərində insan amili



Yüklə 0,74 Mb.
səhifə5/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67
Biznesin idarə olunması

§4. Böhran vəziyyətlərində insan amili.

Böhran, sosial – iqtisadi sistemdə obyektiv hadisədir. Bu onunla izah olunur ki, sosial iqtisadi sistemin fəaliyyəti və inkişafının əsasında, öz hərəkətləri ilə özünün idarə­et­mə sahəsini genişləndirməyə çalışan, başqa sözlə, idarə olu­na bilməyən prosesləri azaltmağa çalışan insan fəaliy­yə­ti dayanır. Bu istəyinə insan müəyyən qədər nail də olur. Ola bilər ki, bizim dövrümüzdə baş verən böhranlar ida­rə­etmənin qeyri təkmilliyini, biliklərin azlığını və insan cəmiyyətinin inkişaf səviyyəsini xarakterizə edir. Odur ki, gələcəkdə insan cəmiyyəti sosial-iqtisadi sistemin inkişaf tendensiyaları içərisində böhranlarin baş verməsini aradan qaldıra biləcəkdir. Buna baxmayaraq cəmiyyəyin inkişaf tarixi, böhranlara qalib gəlməyin qeyrimümkünlüyünü göstərir, hətta bir çox hallarda “insanın fəaliyyəti” böhranın yaranma səbəbi və onun mənbəyi kimi şıxış edir.

İnsanın maraqları onun qeyri – bərabər və qeyri – mü­tənasib dəyişən maraqları və istəklərinin ödənilməsinə yö­nəldilmişdir. Bu maraqlar nəinki ayrı-ayrı adamlarda , hətta bütöv bir sosial quruplar və cəmiyyətin siniflərində çox vaxt toqquşmalar və əksliklər yaradır. Maraqların müxtəlifliyi və onların qeyribərabər dəyişmələri böh­ran­lar­ın yaranmasına imkan verməklə, həm də onları zəruri edir. Məhz bu səbəb sosial iqtisadi sistemlərdə böhranların əsa­sını təşkil edir. Bir çox hallarda təbiət hadisələrindən si­yasi məqsədlərlə istifadə edərək, onların siyasi və sosial-iqtisadi böhranlara çevrilməsi hadisələri də məlumdur.

İnsan maraqlarının dinamikası və qarşılıqlı istəkləri ilə mütləq idarəetmə mümkün deyildir. Çünki insan ma­raq­ları sisteminə azadlıq, demokratik idarəetmə, müs­tə­qil­lik və özfəaliyyət kimi istəklər də aiddir. Bu maraqlarla bir çox digər maraqlar da bağlıdır və məhz insan maraqları üzə­rin­də səmərəli idarəetmə qurulur.

Sosial iqtisadi sistemlər inkişaf etdikcə, antiböhranlı ida­rə­etmədə insan amillərinin rolu kəskin hiss edilməyə baş­layır, bu isə böhranı sadəcə aradan qaldırmağa, dəlicəsinə müqavimət göstərməyə yox, onu əvvəlcədən görməyə, hiss etməyə, vaxtında və mümkün qədər ağrısız ara­dan qaldırmağa yönəlir. Antiböhranlı idarəetmə, tama­mi­lə böhranın yox olması demək deyildir, bu elə böhran­ların olmasıdır ki, onlar insan maraqları daxilində müsbət in­ki­şafa zəmin yaradır. Yalnız insanın məqsədləri və uzunmüddətli maraqları ola bilər. Məhz bu məqsədlər və maraqlar böhranı hiss etməyin və aradan qaldırmağın əsas səbəbləri kimi çıxış edir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin