Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§2. Müəssisədə (təşkilatda) böhranların yaranması



Yüklə 0,74 Mb.
səhifə7/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   67
Biznesin idarə olunması

§2. Müəssisədə (təşkilatda) böhranların yaranması.

Təşkilatda böhranların yaranması səbəbləri müxtəlif ola bilər. Ən vacib məsələ böhranın inkişaf simtomplarını (əla­mətlərini) vaxtında hiss etmək və antiböhran idarəetmə proq­ramından vaxtında istifadə etməkdir. Böhranın amil­ləri, simptomları və səbəblərini fərqləndirmək lazımdır.

Əlamətlər (simptomlar) təşkilatın fəaliyyət və in­ki­şa­fı­nı əks etdirən göstəricilərin dəyişməsində özlərini gös­tə­rir­lər. Beləki, fond verimi, məhsuldarlıq,səmərəlilik, enerji ilə silahlanma göstəricilərinin təhlili, istehsalat müəs­si­sə­si­nin böhranın başlanmasına meyliliyini aşkara çıxara bilər. Böh­­ranın aşkar edilməsində maliyyə-iqtisadi və sosial-iqti­sa­di göstəricilərinin də təhlilinin böyük əhəmiyyəti vardır.

Böhranın simptomu nə ola bilər?



Böhranın simptomu-göstəricilərin vəziyyəti və on­ların dəyişmə tendesiyasıdır. Bu zaman göstəricilər həm qə­bul edilmiş, normativ ölçülərə (dəyişmə hədləri), həm də bir-birinə münasibətə görə qiymətləndirilə bilər.

Böhranın simptomlarının inkişafı, göstəricilərin qa­nun­auyğun olmaması, yaxud vaxt parametrlərinin uy­ğu­n­suzluğu ilə əlaqədar ola bilər. Məs, əmək məhsuldarlığının a­tım tempi, əmək haqqının artım tempini qabaqlamalıdır. Əgər bu baş vermirsə, deməli böhran təhlükəsi artır.

Simptomlar heç də həmişə böhranın səbəblərini əks et­dirmir. Odur ki, simptomları səbəblərdən fərqləndirməyi bac­armaq və bununla da simptomlar əsasında böhranın əsil səbəblərini tapmaq lazımdır.

Simptom – böhranın ilk, xarici görüntüləri olub, heç də həmişə əsil səbəbləri xarekterizə etmir, lakin bu simp­tomlar əsasında əsil səbəbləri aydınlaşdırmaq mümkündür. Böh­ranları yalnız simptomlara görə deyil, həm də səbəblər və real amillərə görə qiymətləndirmək lazımdır.

Böhran amili – bu böhranın başlanmasından xəbər ve­r­ən hadisə və ya qeydə alınmış vəziyyət yaxud ten­de­si­ya­dır.

Böhranın səbəbləri – bu elə hadisə və ya hadisələrdir ki, onun nəticəsində böhranın amilləri aşkar olunur.

Məsələn, inflyasiya böhran amilidir və inflyasiyanın sə­bəbləri pul kütləsinin artması ( dövlət borcu və onun vaxt­ında qaytarılmaması səbəbindən ) ola bilər. Böhranın simp­tomları isə əmək haqqının kəskin artımı, qiymətlərin yük­səlməsi və s. ola bilər. Təşkilatda böhran amili məhsul keyfiyyətinin aşağı düşməsi, texnoloji intizamın pozulması, texniki vasitələrin köhnəlməsi, kreditlər üzrə böyük borc və s. ola bilər. Böhrana səbəb isə maliyyə -iq­ti­sadi səhvləri, iqtisadiyyatda ümumi vəziyyət, heyyətin aşağı ixtisaslı olması, motivləşdirmə sistemindəki nöqsanlar ola bilər.

Böhranın simptomları – mənfi tendesiyaların ilk görüntüləri, bu tendesiyaların davamlı olması, işgüzar mü­na­qişələr, maliyyə problemlərinin artması və s. ola bilər.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin