Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§4. Təşkilatın inkişafında tsiklik tendesiyalarda (meyllərdə) böhran ehtimalı və qorxusu



Yüklə 0,74 Mb.
səhifə9/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   67
Biznesin idarə olunması

§4. Təşkilatın inkişafında tsiklik tendesiyalarda (meyllərdə) böhran ehtimalı və qorxusu.
Böhranın yarana bilməsi və onun təşkilata (sistemə) təsirinin bilinməsi mənfi nəticələrin aradan qaldirilması və ya yumşaldılması , müsbət nəticələrin gücləndirilməsi üçün menecment tədbirlərinin işlənilməsini vacib edir.

Böhranın mümkünlüyü və onun başlanması eh­ti­ma­lı­nın yüksəlməsi, firmanın inkişafının keçid dövrlərində ya­ranır. Belə dövrləri firmanın bir vəziyyətdən digərinə keç­məsi prosesində mərhələlər arası adlandırmaq olar.



Birinci keçid dövrü – inkişaf potensialının yaran­ma­sı; Bu dövr əvvəldən fəaliyyət göstərən firmanın ba­za­sı­n­da yeni firmanın yaranması ilə xarakterizə edilir. Bu ya­ran­ma əvvəlki firmanın fəaliyyətinə bəzən ağrılı, bəzən də müsbət təsir edir. Əksər hallarda isə müsbət və mənfi tə­sirlərin bir birinə qarışdığı görünür.

Ayrıca inkişaf potensialının yaranması heç də həmişə dağıdıcı olmayan böhran qorxusu doğurur. Bu yenilənmə böhranı , sürətlənmə böhranı və axtarış böhranı ola bilər. Böhran inkişafdakı əsas əkslikləri xarakterizə edir.



İkinci keçid dövrü – yaranma hüquqi qeydiyyatı və bəzi bazar mövqeləri olan iqtisadi mühitdə müstəqil təşkilatın, yeni firmanın real ortaya cıxması . Bu zaman təşkilati və insani potensial problemi görünməyə başlayır.

Üçüncü keçid dövrüözünü təsdiq etmə; firmanın mövqeyinin bazarda möhkəmlənməsi, onun bəzi rəqabət üstünlüklərinin yaranması və onların bazar davranışlarında reallaşdırılması . Bu dövrdə firma bazarda özünü təsdiq edir, lakin daxili inkişaf proseslərində firmadan digər firmanın ayrılması və ya onun müstəqil firmalara bölünməsi baş verə bilər. Violent firmalar böyük olduqları üçün , bazardakı vəziyyətə təsir edə bilərlər və onlar üçün hər zaman böhran təhlükəsi vardır. Bu böyük firmalara məxsus olan təşkilati mürəkkəblik, sosial psixoloji anlar, sərt rəqabət şəraitində və menecerlərin innovasiya sakit­li­yin­də özünü göstərir.

Dördüncü keçid dövrü – düşmə ; firma fəaliyyətində ən vacib göstəricilərin aşağı düşməsi. Əslində əsas gös­tə­ri­­cilərin aşağı düşməsi böhran təhlükəsi olmayıb, artıq onun görünməsidir.

Beşinci keçid dövrü - son ; firmanın tamamilə da­ğıl­ma­sı, onun bu və ya digər yolla ləğv edilməsi.

Hər bir keçid dövrü , keçid mərhələlərində olduğu ki­mi özünün vaxt sərhədləri və keyfiyyət xüsusiyyətlərinə ma­likdir

Antiböhranlı idarəetmə təcrübəsində idarə edilən və edi­lə bilməyən proseslərdə dəyişikliklərin xarakterini düz­gün hiss etmək , keçid dövrü dəyişikliklərini, firmanın nor­­mal fəaliyyət dəyişikliklərindən ayıra bilmək çox va­cib­dir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin