Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§2. Antiböhranlı idarəetmədə imkanlar, zərurətlər və problemlər



Yüklə 0,74 Mb.
səhifə11/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   67
Biznesin idarə olunması

§2. Antiböhranlı idarəetmədə imkanlar, zərurətlər və problemlər.

Yuxarıda deyildiyi kimi böhranın baş verməsi hər za­man mümkündür. Yəni idarəetmə zamanı həmişə sosial – iq­tisadi sisetmin tsiklik (dövrü) inkişafında risk mövcud olub, idarə edilə bilən və idarə edilə bilməyən proseslərin nis­bətinin dəyişməsi baş verə bilir.

Sosial - iqtisadi sistemdə idarəetmədə hər zamanı müəy­yən mənada anti böhranlılıq xarakteri mövcud ol­malıdır.

Antiböhranlı idarəetmə - müəyyən mənada böhran təhlükəsini əvvəlcədən görə bilən, onun siptomlarını təhlil etməyi bacaran, böhranın mənfi nəticələrini azaltmağı və onun amillərindən gələcək inkişaf prosesində istifadə tədbirlərini nəzərdə tutan idarəetmədir

Antiböhranlı idarəetmənin problemləri geniş və çoxşaxəlidir. Bu promlemləri dörd əsas qrupa bölmək olar:



Birinci qrup - böhran qabağı vəziyyətin hiss edilməsi prob­lemidir. Böhranın ilk görüntülərini aşkara çıxarmaq ,onun xarakterini başa düşmək və böhranın başlanmasını vaxtında görə bilmək asan iş olmayıb,böyük bacarıq və təcrübə tələb edir.

İkinci qrup problemlər antiböhranlı idarəetmədə müəssisə fəaliyətinin əsas steraları ilə əlaqədardır. Bu ilk növbədə müəssisə fəaliyyətinin metodoloji problemləridir. Onların həlli prosesində idarəetmənin əsas məqsədləri formalaşdırılır,böhran şəraitində idarəetmənin yolları, va­si­tə və metodları təyin edilir.Bu qrup maliyyə-iqtisadi xarak­terli problemləri özündə birləşdirilir.

Üçünçü qrup problemlərə, antiböhranlı idarəetmə za­manı idarəetmə texnologiyalarının dəyişdirilməsi (di­versifikasiyası) problemlərini aid etmək olar. O, böhran ha­lın­da sosial-iqtisadi sisteminin davranış tərzi variantlarını, vacib informasiyanın axtarılması və idarə­et­mə qərarlarının işlənməsini, ümumi halda böhranın proq­noz­laşdırılması problemlərini əks etdirir.

Dördüncü qrup problemlər idarəetmə heyətinin se­çil­mə­si (seleksiya) və münaqişələrlə bağlıdır.Bu problemlər hər zaman böhranla müşayət olunan antiböhran tədbir­lə­ri­nin investisiyalaşdırılması,müflisləşmə və müəssisənin sağ­lam­laş­dırılması kimi problemləri əhatə edir.

Antiböhranlı idarəetmənin tərkibinə nəzər saldıqda, burada, ümumi idarəetmə ilə yanaşı yalnız bu idarəetməyə aid olan spesitik xarakterli problemlərin olduğunu da gö­rə­rik ki,bu hal xüsusi tip idarəetmə adlandırıla bilər.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin