Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§2. Müəssisənin antiböhranlı strategiyasının işlənməsi



Yüklə 0,74 Mb.
səhifə19/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   67
Biznesin idarə olunması

§2. Müəssisənin antiböhranlı strategiyasının işlənməsi.

Antiböhranlı idarəetmə zamanı ən vacib məsələ idarəetmə strategiyasıdır. Burada əsas diqqət böhranın yaranması ilə bilavistə bağlı olan səbəblərin aradan qaldırılması və böhrandan çıxma problemlərinə yönəl­dilməlidir. Bu zaman biznesin daxili və xarici mühiti təhlil edilir, müəssisə üçün əhəmiyyət kəsb edən hər bir komponent üzrə informasiyalar toplanır və bunun əsasında müəssisənin real vəziyyəti qiymətləndirilərək böhranlı vəziyyətin səbələri aydınlaşdırılır.

Müəssisə fəaliyyətində antiböhranlı idarəetmə strategiyasının işlənməsində birinci mərhələ , müəssisənin dəqiq, kompleks və vaxtında müəyinəsinin həyata keçirilməsidir. Buraya əsasən xarici amillərin təhlili və böhranlı vəziyyətdə olan müəssisənin öz vəziyyətinin təhlili aiddir.

Müəssisədə böhrana səbəb olan problemləri dəqiq aydınlaşdırmadan, müəssisə strategiyasında kiçik dəyişik­liklər və ya strategiyanı tam dəyişdirərək yenisinin hazır­lanmasını nəzərdə tutan antiböhranlı tədbirlərin işlən­məsinə başlamaq olmaz.

Antiböhranlı strateji planlaşdirmanın ikinci mərhələsi müəssisənin məqsədlər sistemi və fəaliyyətində düzəlişlərin edilməsidir.

Böhranlı vəziyyətdə olan müəssisə siyasətini koordinasiya edən menecer, strateji təhlil zamanı alınan bütün informasiyaları toplayaraq yəqin etməlidir ki, müəssisə əvvəlki vəziyyətinə qayıdarsa o, böhrandan çıxaraq rəqabət qabiliyyətli ola biləcəkmi?

Antiböhranlı strateji planlaşdırmada üçüncü mərhələ, müəssisənin iqtisadi böhrandan çıxması üçün strateji alternativlərin formalaşdırılması və strategiyanın seçilməsidir.

Bununla da strateji planlaşdırma prosesi qurtarır və seçılmiş strategiyanın (operativ planlaşdırma) həyata keçirilməsi üçün taktikanın müəyyən edilməsi prosesi başlayır. Sonda isə antiböhranlı idarəetmənin reallaş­dırılması, qiymətləndirilməsi və nəticələrə nəzarət həyata keçirilir.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin