Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§3. Böhranın müayinəsində informasiya



Yüklə 0,74 Mb.
səhifə16/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   67
Biznesin idarə olunması

§3. Böhranın müayinəsində informasiya.

Problemin müainəsində informasiyanın rolu çox yük­səkdir. Böhranın müainəsi zamanı, obyektik statik vəziy­yə­ti deyil, böhranın vaxta bağlı inkişafı tədqiq edilir. Əgər mü­ainə obyekti dövlətin iqtisadiyyatıdırsa, onda müainə obyekti olaraq makroiqtisadi göstəricilər götürülür, əgər müainə obyekti sahədirsə bu sistemdə mühasiat uçotunda tətbiq edilən əsas texniki iqtisadi göstəricilər götürülür.

Obyekt haqında rəy vermək üçün lazım olan zəruri informasiya iki əsas blokda ümumiləşdirilir. 1)sistem stabilləşdirən amillərin təsiri. 2)sistemin dinamik xüsusiyyətləri və onların yayılması ölçüləri(miqyası).

Müainə vasitələri və metodlarının köməyi ilə bu informasiya bloklarının tədqiq edilməsi obyektin indiki vəziyyəti və prespektiv inkişafı haqqında zəruri məlumatları almağa imkan verir.Dəqiq informasiya iqtisadi oyektin müainəsinin düzgünlüyünü şərtləndirir. Hər hansı bir obyektin vəziyyətinin tədqiqi üçün informasiya,dövlət statistika orqanları tərəfindən təmin edilən rəsmi mənbələrdən alınır.

Statistika təşkilatları elmi cəhətdən təşkil edilmiş kütləvi müşahidələr keçirərək,müainə obyektinin para­metrləri haqqıda ilkin informasiya alırlar.

Formal olaraq obyekt haqqında alınmış informasiya üzərində iş üç mərhələ keçir: 1)qruplaşdırma və ümumiləşdirmə; 2)materialların emalı(işlənməsi); 3)təhlil. Bu mərhələlərin keçilməsi zamanı informasiya statistik emala məruz qalır ki, bundan daha əvvəl müainə edilən obyektin keyfiyyət parametrləri təhlil edilir.İstənilən ob­yekt yalnız kəmiyyət deyil,həm də keyfiyyət dəyiş­ik­lik­ləri­nə məruz qaldığı üçün müainə üçün bu işin görülməsi də vacibdir.

İnformasiya üzərində işin birinci mərhələsində, informasiya toplanaraq təhlil edilir və qruplaşdırılır. İnformasiyanın eyni cinsliyi və oxşarlığı prinsipi əsasında ,onun hansı sinifə və ya konkret qrupa aidliyi təyin edilir. Alınan nəticələr analitik matris şəklində qeydiyyata alınır. Bu prosedur öz aralarında müqayisə edilən obyektləri üzə çıxarmağa və onların inkişaf xüsusiyyətlərini üzə çıxarmağa imkan verir. Bundan sonra alınmış nəticələr ümumiləşdirilir.

İkinci mərhələdə müainə edilən obyektin vəziy­yətinin və obyektin inkişaf meylləri və qanuna­uyğun­luq­la­rı­nın qiymətləndirilməsi üçün indekslər hesablanaraq sin­te­tik göstəricilər müəyyən edilir.



Üçünçü mərhələdə isə diaqrammalar, cədvəllər və digər materiallar əlavə edilmiş mətn hazırlanır, bundan sonra isə müainə edilən obyektin vəziyyəti haqqında nəticələrə gəlinir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin