Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§4. Müəsisənin müflisləşməsinin müainəsi



Yüklə 0,74 Mb.
səhifə17/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   67
Biznesin idarə olunması

§4. Müəsisənin müflisləşməsinin müainəsi.

Menecement nöqtəyi - nəzərindən müəssisədə müf­lis­ləşmənin başlanması, onun böhran vəziyyəti ilə bağlıdır. Müəssisənin ödəniş qabiliyyətini itirməsi onun balansın­da­kı qeyri kafiliklə əlaqədardır.

Müəssisənin müflis elan edilməsi ilə normativ-me­to­­­di­ki materiallarda əmsallar sistemi müəyyən edilmişdir ki, on­lar vasitəsilə balansın strukturunun ödəmə qabi­liy­yət­li olub - olmaması təyin edilir.Bunlara aşağıdakılar aiddir:

a) cari likvidlik əmsalı KC və ya K1≥2 olmalıdır:

b)öz vəsaitləri ilə təmin olunma əmsalı Köüt və ya K2≥0,1 olmalıdır.

c)müəssisənin ödəniş qabilliyətinin bərpası əmsalı Köb və ya K3≥0,1.

d)müəssisənin ödəniş qabiliyyətini itirməsi əmsalı Kö i və ya K4 - ün hesablanmasına o zaman zərurət yaranır ki, K1 və K2 hər ikisi kritik qiymət alır.

Böhran vəziyyətinin aradan qaldırılması, müəs­si­sənin idarə edilməsində xüsusi metodların işlənməsini tə­ləb edir. Bazar iqtisadiyyatı müəssisələrin müflisləşmədən qo­runması üçün əvvəldən müainə metodları sistemini formalaşlaşdırmışdır. Bu metodoloji material "Antiböh­ran­lı idarəetmə sistemi "adlanır. Onun təcrübədə reallaş­dı­rıl­ması ilə antiböhranlı idarə etmə üzrə menecer məşğul olur.

Müflisləşmənin müainəsi hər şeydən əvvəl tədqiqat obyektinin müəyyənləşdirilməsidir. İlk növbədə buraya cari və prespektiv ödənişlər axını və istehsalat üzrə investisiya və maliyyə fəaliyyətində xalis pul axınları göstəriciləri aiddir. Bununla yanaşı heç də hər zaman yuxarıda göstərilən əmsallardan müəyyən kənarlaşmalar müəssisənin müflisliyini elan etməyə əsas vermir. Bəzən borclu(müflis) müəssisənin ləğv edilməsi nə kredit verənlərə, nə də dövlət üçün maraqlı olmur.Buna gorə də qanunla müəssisənin ödəmə qabiliyyətinin bərpası proseduru(qaydaları, üsulları) nəzərdə tutulmuşdur.

Müflisləşmənin müainəsində sonuncu mərhələ, müs­si­sədə böhranlı inkişafa səbəb olan əsas amillərin öyrənilməsidir. Bu amilləri ümumi halda xarici və daxili ol­maq­la iki hissəyə bölürlər.Bu amillər içərisində ilk növbədə müəssisə fəaliyyətinə xüsusi ilə mənfi təsir göstərən amillər tədqiq olunur.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin