Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§4. Antiböhranli idarəetmə texnologiyasinda müəssisə fəaliyyətinin təhlili



Yüklə 0,74 Mb.
səhifə25/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   67
Biznesin idarə olunması

§4. Antiböhranli idarəetmə texnologiyasinda müəssisə fəaliyyətinin təhlili.

Müəssisənin fəaliyyətinin təhlili konktet şəraiti nəzərə almaqla müxtəlif istiqamətlərdə və fərqli metodlarla aparıla bilər. Aşağıda göstərilənlərin təhlili aparıla bilər.

  1. İstehsalat texnologiyası və heyyətin;

  2. Müəssisənin informasiya təminatı və maliyyə vəziyyətinin;

  3. Hüquqi təminat şəraiti və idarəetmənin təşkilinin;

  4. Müəssisənin ictimai münasibətlərindəki vəziyyəti, təhlükəsizlik və risk, iqtisadi vəziyyət və s.

Çoxşaxəli təhlil istiqamətləri içərisində, müəssisənin maliyyə vəziyyətinin və onun fəaliyyətinin maliyyə nəticələrinin təhlilini özündə birləşdirən maliyyə təsərrüfat fəaliyyətinin təhlilini xüsusi qeyd etmək lazımdır.

Müəssisənin maliyyə vəziyyəti, resursların mövcudluğu, yerləsdirilməsi, istifadəsi və hərəkətinin pulla ifarəsi olub, müxtəlif amillərin təsiri altında formalaşır ki, buraya:



  1. müəssisə əmlakının sturukturu və tərkibinin dinamikasının təhlili;

  2. maliyyə mənbələrinin hərəkətinin qiymətləndirilməsi;

  3. ehtiyyatların və məsrəflərin təhlili;

  4. maliyyə əmsallarının təhlili aiddir.

Bazar şəraitində müəssisə fəaliyyətinin maliyyə nəticələri bütöv bir

indikatorlar sistemi vasitəsilə qiymətləndirilir ki, bunlarında içərisində gəlir göstəriciləri xüsusi yer tutur.

Müəssisənin pul vəsaitlərinin yerləşməsi və onların real miqdari haqqında informasiya adətən müəssisənin balansı, baş kitabı və müqavilələrdə toplanır.

Böhran vəziyyətində olan müəssisələrdə tez-tez oğurluq və mənimsəmə faktları baş verir. Müxtəlif qanun pozuntuları və oğurluq metodlarını aydınlaşdirmaq üçün baş kitabda geniş şəkildə mövcud olan maya dəyəri kalkulyasiyasını təhlil etmək lazımdır.

Antiböhranli idarəetmə texnologiyası, antiböhranlı idarəetmədə müvəffəqiyyətin həlledici amilidir. Bu texnologiya konkret şəraiti nəzərə almaqla işlənməlidir ki, əslində o, müəyyən mənada idarəetmə bacarığının məhsulu adlandırıla bilər.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin