Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§4. Antiböhranlı strategiyanın tətbiqinin təşkili



Yüklə 0,74 Mb.
səhifə21/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   67
Biznesin idarə olunması

§4. Antiböhranlı strategiyanın tətbiqinin təşkili.

Əgər müəssisə yarana biləcək təhlükəni izləyə bilirsə və səmərələri əks tədbirlər görmək üçün vaxtı varsa, onda böhranla bağlı bütün problemləri ardıcıllıqla həll edə bilər, lakin bu zaman böhran vəziyyətində dəyişikliklərin reallaşdırılmasını qısa zaman ərzində həyata keçirmək lazım gəlir: odur ki, antiböhranlı strategiyanın planlaşdırılması zamanı maksimum dərəcədə işlərin paralel görülməsinə çalışmaq lazımdır. Antiböhranlı strategiya o zaman yüksək səmərə verir ki, o müəssisə strukturuna uyğunlaşdırılır və məqsədlərin balanslaşdırılmış sisteminə tabe olur. Bununla yanaşı kritik hallarda strateji dəyişikliklərin həyata keçirilməsi üçün baza yaratmağa vaxt olmadığındam formalaşmış idarəetmə sistemi sürətlə dəyişmək lazım gəlir ki, bu da heyətin işinə neqativ təsir göstərir.

İşçi heyətin müqavimətini aradan qaldırmaq üçün iki cür tədbir görülməlidir: 1) psixoloji və 2) sistemli.

İşçi heyətin dəyişiklikləri daha tez qəbul etdiyi kiçik və orta müəssisələrdə, köhnə struktura yeni ştat vahidi əlavə edərək(antiböhranlı strategiyanın tətbiqinə məsul şəxs) bu strukturu tədricən və ardıcıllıqla dəyişikliklərə öyrətmək mümkündür.

Dəyişikliklərə daha güclü müqavimət göstərilən iri müəssisələrdə isə operativ fəaliyyətdən ayrılıqda tətbiq edilən, antiböhranlı idarəetmə variantını tətbiq etmək olar. Bu hal dəyişikliklərin raellaşdırılması ilə məşğul olan menecerlərə, bölmələrdə dəyişikliklərə dəstəyi təmin etməyə imkan verir.

Strateji dəyişikliklərin həyata keçirilməsi yüksək səviyyədə məsul və çətin bir işdir. Bununla yanaşı dəyişiklikləri daha asanlıqla reallaşdırmaq olar, əgər onlar müəssisənin bazarda rəqabət aparması problemlərinə toxunursa.



FƏSİL 6. ANTİBÖHRANLI İDARƏETMƏ TEXNOLOGİYALARI


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin