Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§4. Məhsul antiböhranlı əsaslı dəyişiklikləri



Yüklə 0,74 Mb.
səhifə29/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   67
Biznesin idarə olunması

§4. Məhsul antiböhranlı əsaslı dəyişiklikləri.

Məhsul dəyişiklikləri orta müddətli hesab edilirlər, başqa sözlə onlar müəssisənin maliyyə sağlam­laş­dırılmasına təsirinə görə proses dəyişikliklərinə nisbətən daha az operativ, resurs dəyişikliklərinə nisbətən isə daha operativ təsirə malikdirlər.

Maliyyə səmərəliliyi nöqteyi - nəzərindən məhsul yenilikləri, müflis müəssisənin səhimlərinin bazar qiymətlərinin yüksəlməsinə kifayət qədər hiss ediləcək təsirə malikdir. Məhsul dəyişiklikləri müəssisəni əlverişsiz məhsul istehsalından daha əlverişli biznes növü ilə məşğul olmağa istiqamətləndirməyə çalışır. Bu hal isə müəssisənin xərclər və nəticələr nöqteyi nəzərindən daha gəlirli iş rejmi əldə etməsinə kömək etməklə, həm də onu investorlar və kreditorlar üçün maliyyə cəhətdən daha cəlbedici edir.

Məhsul dəyişikliklərinə iki yanaşma mövcuddur: konservativ və radikal.



Konservativ yanaşma maliyyə böhranlı müəssisələrdə yeni, daha gəlirli məhsul və xidmətlərin seçilməsində məqsədyönlüdür. Belə ki, bu müəssisələrdə yeni biznesin maliyyələşdirilməsi üçün başlanğıc investisiyalar və qoyulan xərclərin qaytarılma müddəti ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Məhsul dəyişikliklərinə konservativ yanaşma elə məhsulların, xidmət və əməliyyatların seçilməsini nəzərdə tutur ki, onlar;

  1. əvvəllər başlamış lakin tamamlanmamış investisiya layihələridir;

  2. müəssisə tərəfindən artıq yaradılmış, lakin tamamlanmamış texnoloji və kommersiya əlaqələridir (tədarük və satış əlaqələri)

  3. müəssisənin ixtiyarında olan xüsusi texnoloji avadanlıq, material ehtiyyatı və ehtiyat hissələridir

Radikal yanaşma müəssisə tərəfindən yalniz yeni məhsul və xidmətlər istehsalının seçilməsini deyil, həmçinin müəssisənin xeyirlə işləyə bilməsi üçün bazarın ən ödəniş qabiliyyətli seqmentinin seçilməsini nəzərdə tutur. Bu yanaşmada aşağıdakıları həll etmək lazımdır: “kimin üçün işləmək”, kimə nəyi isə satış üçün təşkil etmək, hansı qrup istehlakçılara təklif etmək ki, onların yüksək ödəniş qabiliyyəti olsun və s.

Yeni məhsul istehsalının seçilməsində radikal yanaşma, müəssisədə dəyişikliklərin hücum strategiyası ilə yanaşı aparılır. Konservativ yanaşma isə daha çox dəyişikliklərdə müdafiə strategiyasına uyğundur.

Bu strategiyaların hər iki növünə baxaq:

Əsaslı dəyişikliklərin hücum strategiyası nəzərdə tutur ki, müəssisə özünün rəqabət qabiliyyətliliyini saxlayır, nəinki özü üçün, həm də istehlakçılar və bazar üçün yeni hesab edilən məhsullar yaradaraq bazardakı hissəsinə nəzarəti həyata kecirir. Müəssisə bilərəkdən, məhsullar bazarında “pioner” kimi çıxış edərək, öz seqmentində yeni yaranan təlabatları öyrənməyə və ödəməyə çalışır. Belə olan halda müəssisə yeni məhsulu ilə bazara daxil olaraq bu məhsulun yeni texnologiyaları və texniki həllərini sirr kimi saxlaya və bazarda inhisara nail ola bilər ki, bu da müəssisə üçün inhisar gəliri yaratmış olar.

Əsaslı dəyişikliklərin müdafiə strategiyası. Bu zaman müəssisə inkremental dəyişikliklər həyata keçirir. Yəni bilərəkdən məhsul yeniliklərini həyata keçirməyə tələsmir və tədricən əvvəllər buraxıldığı məhsulun təkmilləşdirilməsi ilə məşğul olur. Müəssisə “pioner” firmanı (radikal məhsul istehsalı dəyişikliklərini həyata kecirən) izləyir və bu firmanın yeniliklər hesabına kommersiya müvəffəqiyyətləri qazandığına əmin olur. Bundan sonra, bazardakı öz hissəsini saxlamaq üçün artıq müvəffəqiyyət qazanmış müəssisənin yeni işləmələri üzərində güya yenidən işləyir, həmin müəssisənin tətbiqlərini həyata keçirərək sənaye cəsusluğu və ya bəzən açıq piratçılıqla (oğurluqla) istifadə edilən texnologiyalara potent hüquqlarını pozaraq, eyni yeni məhsulla bazara çıxır.

Radikal yanaşma zamanı əsas diqqət, tam ödənilməmiş təlabatlara deyil, indiki şəraitdə ödənilməsi mümkün olmayan təlabatlara yönəldilir.

Konservativ yanaşmada müəssisə mövcud təlabatları mümkün qədər uzun müddətə ödəməyə çalışır.

Əsaslı dəyişikliklərin müdafiə strategiyası da konservativ yanaşmada olduğu kimi mövcud məhsullar və onların oxşarlarının təkmilləşdirilməsinə yüksək diqqət yetirərək, inqilabi dəyişikliklərin tətbiqində tələsmir.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin