Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§5. Resurs antiböhran əsaslı dəyişiklikləri



Yüklə 0,74 Mb.
səhifə30/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   67
Biznesin idarə olunması

§5. Resurs antiböhran əsaslı dəyişiklikləri.

Bəzən allokasion (ingiliscə yerləşdirmə) adlandırılan resurs əsaslı dəyişiklikləri, bütün resursların bölüşdü­rülməsində yenilikləri nəzərdə tutur. Maliyyə cəhətdən bu bölüşdürülmə müəssisə vəsaitlərinin müxtəlif əmlak növləri (aktivləri) arasında yenidən bölüşdürülməsini nəzərdə tutur. Resurs əsaslı dəyişikliklərinin kökündə müəssisənin müəyyən sxem əsasında yenidən təşkili dayanır. Iqtisadi baxımdan bu yenidən təşkilin bir neçə sxemi (tipi) fərqləndirilir;

1) firmanın (müəssisənin) parçalanması.

2) qovuşmaq

3) udulmaq

Bu yenidən təşkil sxemləri mütləq alternativ olmayıb, bir biri ilə kəsişə və müəyyən mənada uyğunlaşa bilər. Antiböhranlı idarəetmənin müasir terminlərində resurs əsaslı dəyişikliklərini bəzan firmanın sturukturunun dəyişdirilməsi (restruktruzasiya) və ya firmanın investisiya portfelinin strukturunun dəyişdirilməsi (restruktruzasiyası) kimi də adlandırırlar.



Firmanın parçalanması (xüsusən maliyyə böhranı vəziyyətlərində) müəyyən məhsul istehsalı üzrə ixtisaslaşmış əvvəllər onun nəzarətində olan, lakin müstəqil hüquqi şəxs (qız müəssisələri və ya firmaları) kimi fəaliyyət göstərən keçmiş bölmə və ya sturuktur vahidinin onun tərkibindən ayrılmasını nəzərdə tutur. Maliyyə böhranlı müəssisənin , maliyyə cəhətdə sağlamlaşdırılması üçün digər müəssisəyə qovuşması tələbi çox sadədir; maliyyə cəhətdən sağlam müəssisəyə qovuşmaq lazımdır ki, son nəticədə bu hal bu və ya digər firmada müflis olmaq həddində olan müəssisəyə bu vəziyyətdən xilas olmağa imkan versin.

Qovuşmaq – bir müəssisə tərəfindən digər müəssisənin səhmlərinin elə bir miqdarda alınması deməkdir ki, alan müəssisə bu müəssisə üzərində tam nəzarətə sahib olur. Ancaq həmin müəssisəni bir tərəfdən öz gəlirlərini maksimumlaşdırmağa həvəsləndirərək (maliyyə böhranından çıxmaq üçün) digər tərəfdən bu müəssisənin menecmentinə təsir etmək imkanı əldə etmiş olur.

Qovuşan müəssisələr ayrıca, sərbəst balansa malik olmaqla, hüquqi müstəqilliklərini saxlamış olurlar.



Udulma – qovuşmadan onunla fərqlənir ki, “uducu” firma “udduğu” firmaya nəzarət səhmləri zərfini əldə edir. Bu zaman səhmlərə nəzarət zərfinin 75%-dən çoxu əldə edilirsə, onda “udulan” müəssisə öz hüquqi müstəqilliyini itirir və “udan” firmanın bölməsi (sturuktur vahidinə) çevrilir. Əgər nəzarət zərflərinin 75%-dən azı alınmışdırsa, onda “udulan” müəssisə hüquqi müstəqilliyini itirməsədə “udan” müəssisənin filialına çevrilmiş olur.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin