Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§2. Antiböhranlı idarəetmədə risklərin təsnifləşdirilməsi



Yüklə 0,74 Mb.
səhifə32/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   67
Biznesin idarə olunması

§2. Antiböhranlı idarəetmədə risklərin təsnifləşdirilməsi.

Riskin müəyyən bir hissəsi də onun ölçülməsi və ehtimalının qiymətləndirilməsi ilə bağlıdlr. Bunlara ekspertizanın aparılması, gələcək gəlirlərin indiki vaxta gətirilməsi ilə bağlı diskontlaşdırma əmsalının təyin edilməsi və ya statistik göstəricilərin tədqiqi zamanı yaranan risklər və s. aid edilə bilər. Riskin formalaşmasına mıntiqi yanaşma, antiböhranlı menecmentdə hər bir risk növünü daha sistemli şəkildə qiymətləndirməyə imkan verir.

İdarəetmə riskinə aid bir neçə nümunə göstərək:

Marketinq riski. Firmanın rəqabət strategiyasının inkişafında bazarın müəyyən hissəsinin itirilməsində, satış və gəlirlərin azalmasında və xarici mühitdə baş verə biləcək mənfi dəyişikliklərin ölçüsünün ehtimalında(məs. enerji daşıyıcılarının artımı, kreditlər üzrə faizlərin yüksəlməsi və s.)meydana çıxa bilər;

Maliyyə riski. Müəssisınin maliyyə strategiyası riski olub, valyuta kursunun düşməsi, maliyyə böhranı nəticəsində qiymətli kağızlardan qiymətlərin azalması və ya buna uyğun digər hallarda baş verir. Maliyyə riskləri daha cox hərəkətli və müxtəlifdir. Bunlara əsasən faiz, kredit, valyuta, ödəmə qabiliyyətinin itirilməsi, likvidlik, bazar ,inflyasiya və s. xarakterli risklər aid edilir.

İstehsalat riskləri. Nəzərdə tutulmayan vəziyyətlə əlaqədar, biznes-planla müqayisədə müəssisənin cari xərclərinin cox yüksək olmasıdır. Belə vəziyyətin yaranması bilavasitə, xarici və daxili amillərin təsirindən müəssisədə idarəetmənin təşkili səviyyəsinin aşağı düşməsi ilə əlaqədardır;

İnvestisiya riski. Qoyulmuş vəsaitlərin qaytarılması və gəlirlərin alınması zamanı yaranan qeyri-müəyyənliklərlə bağlıdır. Müəssisə menecmentinə təsir edən geniş yayılmış, risk növlərindən biri də, ölkənin inkişafında sosial-iqtisadi risklərdir. Onların əsas dörd növü vardır: iqtisadi, sosial, ekoloji və siyasi.

Normal şəraitdə fəaliyyət göstərən bazar iqti­sadiyyatı şəraitindəkı risklərlə yanaşı,həm də idarəetmədə sistemdəki qeyrimüəyyənlik səbəbindən baş verə bilən risklər də mövcud ola bilər.(məs: müəssisənin riskli fəaliyyətini tənzimləyən normativ aktların olmaması və s.)




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin