Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§2. Antiböhranlı idarəetmədə idarəetmə qərarlarının işlənməsi texnologiyası



Yüklə 0,74 Mb.
səhifə23/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   67
Biznesin idarə olunması

§2. Antiböhranlı idarəetmədə idarəetmə qərarlarının işlənməsi texnologiyası.

Antiböhranlı idarəetmə texnologiyasında ən məsul mərhələ idarəetmə qərarlarının işlənməsidir.

Antiböhranlı idarəetmə prosesində idarəetmə qərarlarının keyfiyyəti müxtəlif amillərdən asılıdır ki, onlardan ən vacibləri aşağıda göstərilmişdir:


  1. Problemlərin kateqoriyası: a) standart- onların həlli dəqiq standartlara əsaslanmağı tələb edir; b) tipik – onlar əvvəlcədn məlum olan müxtəlif qaydaların əsasında həll edilir; c) evristik- onların həlli dərin düşüncə, axtarış və yaradıcılıq tələb edir. Müasir vaxtda menecerlərin metodiki fəaliyyəti əsasən standart və tipik problemlərin həllinə yönəldilir.

  2. Qərarların işlənməsi şəraiti : nisbətən stabil, ekstremal və böhranlı olur. Menecer mümkün ekstremal vəziyyət və böhranları əvvəlcədən görməyi bacarmalıdır.

  3. Informasiyanın miqdarı: qeyri-kafi həcm, kafi həcm və bol (artıq) həcm. Menecerlər əsasən qeyri-kafi miqdarda informasiya həcminə malik olurlar.

  4. Informasiyanın dəqiqliyi (səhihliyi) : qeyri-səhih, həqiqətə oxşar, tam səhih. Menecer çox zaman qeyri-dəqiq informasiyaya malik olur.

  5. Problemin miqyası (ölçüsü): qlobal, lokal və mikrolokal. Müasir menecer həm lokal, həm də qlobal səviyyəli məsələləri həll etmək məcburiyyətindədir. Digər insanlar qarşısındakı məsuliyyəti ondan antiböhranlı yanaşmalar və mənbələrin həllində müasir metodologiyaların dərindən öyrənilməsini tələb edir.

  6. Texniki təchizetmə :

  1. Yoxdur- informasiyanın emalı üçün lazımı texniki vasitələr yoxdur; b) kifayət qədər deyildir – idarəetmənin informasiya təminatı prosesinin keyfiyyətli olması üçün texniki vasitələr kifayət etmir; c) kifayət qədərdir – texniki vasitələr tam həcmdə mövcuddur və antiböhranlı idarəetmə texnologiyalarının tələblərinə uyğun fəaliyyət göstərir:

Yuxarıda qeyd edilən amillərə digərləri də əlavə edilə bilər. Antiböhranlı idarəetmə zamanı idarəetmə qərarlarının işlənməsi prosesi əsasən 11 mərhələdən ibarət olur.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin