Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§3. Seçilmiş antiböhranlı strategiyanın reallaşdırılması



Yüklə 0,74 Mb.
səhifə20/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   67
Biznesin idarə olunması

§3. Seçilmiş antiböhranlı strategiyanın reallaşdırılması.

Müəssisənin iqtisadi böhrandan çıxması üçün taktiki (operativ) tədbirlərə bunlar aid edilə bilər: xərclərin azaldılması, bəzi bölmələrin bağlanması, heyətin ixtisarı, istehsal və satiş həcminin azaldılması, fəal marketinq tədqiqatları, məhsulun qiymətinin artırlması, cari zərərlərin dəqiqləşdirilməsi, daxili ehtiyyatların üzə çıxarılması, mütəxəssislərin cəlb edilməsi, kreditlərin alınması, nizam-intizamın möhkəmləndirilməsi və s.

Strateji və operativ planlaşdırma qarşılıqlı əlaqədə olduğundan onlardan hər hansı biri ilə ayrılıqda məşğul olmaq mümkün deyil. Odur ki, taktiki planlaşdırma seçilmiş strategiya çərçivəsində həyata keçirilməlidir. Belə ki, strateji məqsədlərdən kənarda iqtisadi böhrandan çıxmağa yönəlmiş operativ tədbirlər, müəssisənin maliyyə vəziyyətini müvəqqəti olaraq yaxşılaşdırsa da böhranı törədən əsas səbəbləri aradan qaldıra bilməz.

Taktiki planlaşdırmanın birinci mərhələsi seçilmiş antiböhranlı strategiyanın reallaşdırılmasından ibarətdir ki, bu zaman menecerlər düşünülmüş halda müəyyən işlər görməlidirlər.

Yeni strategiyanın reallaşdırılması zamanı mene­cerlər diqqəti əsasən buna yönəltməlidirlər: dəyişikliklər necə qəbul ediləcək, kim müqavimət göstərəcək və hansı davranış tərzi seçilməlidir. Bu zaman müqavimət mini­muma edirilməli və ya dəyişikliklərin məzmun və mahiyyətindən asılı olmayaraq ümumiyyətlə aradan qal­dırılmalıdır.

Taktiki planlaşdırmada ikinci (soununcu ) mərhələ , strategiyanın yerinə yetirilməsinin qiymətləndirilməsi və ona nəzarətin həyata keçirilməsidir.Bu iş strategiyanın reallaşdırılmasının hansı səviyyədə müəssisənin məqsəd­lərinə nail olmasını aydınlaşdırmağa yönəlməlidir.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin