Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


FƏSİL 5. ANTİBÖHRANLI İDARƏETMƏDƏ STRATEGİYA VƏ TAKTİKA



Yüklə 0,74 Mb.
səhifə18/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   67
Biznesin idarə olunması

FƏSİL 5. ANTİBÖHRANLI İDARƏETMƏDƏ STRATEGİYA VƏ TAKTİKA

§1. Antiböhranlı idarəetmədə strategiyanın rolu.

§2. Müəssisənin antiböhranlı strategiyasının işlənməsi.

§3. Seçilmiş antiböhranlı strategiyanın reallaşdırılması.

§4. Antiböhranlı strategiyanın tətbiqinin təşkili.

­

§1. Antiböhranlı idarəetmədə strategiyanın rolu.

Təsərrüfatçılığın bazar formasında sərt rəqabət şəraiti bəzi təsərrüfat subyektlərini müflisləşməyə və ya müvəqqəti ödəniş qabiliyyətsizliyinə gətirib çıxarır.

Nə üçün uzun müddət normal fəaliyyət göstərən müəssisə ödəniş qabiliyyətini itirir? Nəzəriyyənin göstərdiyi və təcrübədə təsdiq edildiyi kimi, müasir şəraitdə müəssisənin ödəniş qabiliyyətini itirməyinin əsas tələbi, bazar situasiyasının inkişaf tendensiyalarına strategiyanın uyğun olmamasıdır. Müəssisənin dəyi­şikliklərə hazırlaşa bilmədiyi istənilən vəziyyəti böhranlı adlandırmaq olar. Bu halların baş verməməsi üçün, müəssisə iqtisadiyyatında baş verə biləcək böhranları vaxtında hiss etmək, maliyyə çatışmazlıqları və çətinliklərin yaranmasına qədər lazimi tədbirlər görmək lazımdır.

Müəssisənin böhrana düşməsinin səbəblərini 2 qrupa bölmək olar: 1) Xarici səbəblər- onlar müəssisədən asılı deyil və ya müəssisə onlara çox cuzi təsir edə bilər; 2) Müəssisənin öz fəaliyyəti nəticəsində yaranan daxili səbəblər.

Tədqiqatlar göstərir ki, daxili səbəblər, xarici səbəbləri daha da gücləndirir. Azərbaycan müəssisələrində iqtisadi böhranın daxili səbəblərini məntiqi ardıcıllıqla axtardıqda, bu müəssisələrdə son illərdə satış həcminin artması və ya azalması amillərinə fikir vermək lazımdır.

Belə nəticəyə gəlmək olar ki, müəssisəni böhran vəziyyətindən çıxarmaq üçün, böhranı yaradan səbəblər aradan qaldırılmalıdır. Böhrandan cıxma yolunun planlaşdırılması prosesini isə antiböhranlı idarəetmədə strategiya (antiböhranlı strateji planlaşdırma) və taktika (operativ planlaşdırma) adlandırmaq olar.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin