Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


FƏSİL 4. İDARƏETMƏ PROSESLƏRİNDƏ BÖHRANIN MÜAYİNƏSİ



Yüklə 0,74 Mb.
səhifə14/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   67
Biznesin idarə olunması

FƏSİL 4. İDARƏETMƏ PROSESLƏRİNDƏ BÖHRANIN MÜAYİNƏSİ

§1. Müayinənin əsas parametrləri.

§2. Böhranın müainəsinin mərhələləri və metodları.

§3. Böhranın müayinəsində informasiya.

§4. Müəsisənin müflisləşməsinin müainəsi.

§1. Müayinənin əsas parametrləri.

Müayinə sözünü işlədərkən biz əvvəla nəyinsə tədqiqi nəticələrini,ikincisi isə bu nəticələrdən alınmış göstəricilər,normativlər,xüsusiyyətlər və s.əsasında yekun rəyləri nəzərdə tuturuq.

Müayinə forması hər zaman konkretdir. Onlar nisbi və ya mütləq ola bilər.Onlar adətən vaxtı nəzərə al­maqla, müəyyən ünvanlılığa malikdir.Müayinənin aparılmasında bi­zə tədqiqat kateqoriyası olan müayinə, yəni obyektin və­ziyyətinin, əşyanın,hadisənin və ya prosesin tədqiqat prosedurları kompleksinin həyata keçirilməsi yolu ilə bu­ra­da zəif və "incə yerlərin" müəyyən edilməsi prosesi kö­mək edir. Müayinə - birdəfəlik akt prosesi olmaqla mü­əy­yən zamanda və məkanda həyata keçirilir."Müayinə prosesi"-tədqiqat,axtarış,anlama daha doğrusu müəyyən üsul, metod və sənədlər vasitəsi ilə reallaşdırılan tədqiqat prosesidir.

Müayinə prosesini ətraflı öyrənməkdən əvvəl müayinənin məqsəd və vəzifələrini,obyektini,əsas parametrləri və digər uyğun anlayişları müəyyənləşdirmək lazımdır.

Müayinə obyekti mürəkkəb,yüksək təşkilati dinamik sis­­tem, həmçinin bu sistemin istənilən hissəsi (elementi) ola bilər.

Müayinənin məqsədi, tədqiqat obyekyinə müayinə ke­­­­çirməklə, tədqiqatın sonuna obyektin vəziyyəti haq­qın­da rəy verməkperspektiv dövrdə səmərəliliyi ar­tır­maq üçün mü­ə­ssisə iqtisadiyyatı və siyasətində, həmçinin tak­ti­ka ­və stra­tegiyasında nələrin dəyişdirilməli olduğunu söy­lə­­mək­dir.­

Müayinənin vəzifələri, sistemin bütün elementlərinin iş­inin dəyişdirilməsinə istiqamətlənmiş tədbirlərin müəy­yən­ləşdirilməsindən ibarətdir. İstənilən vəziyyətdə yüksək sə­viyyədə idarəetmə,idarəetmə obyektinin vəziyyəti haq­qında dəqiq məlumata malik olmadan mümükün deyildir. Müa­yinənin vəzifələri, proqnoz və təhlilin vəzifələri ilə sıx bağlıır.

Müayinə işi tədqiqat xarakterli olduğu üçün, elmi təd­qiqatlara aid edilən bütün tələblər ona da aid edilir:

1) ilk mənbəyə əsaslanmaq, yəni istənilən forma və görünüşdə olan ilk dəqiq informasiyaya əsalanmaq;

2) obyektivlik, müainədən əvvəl onun işyirakçıları qiymətləndirmə prosedurunu işləməli və obyektin tədqiqat proqramını tərtib etməlidir.

3) dəqiqlik,müainənin düzgünlüyünə qoyulan vacib şərt.

Əsas (baza) parametrlər, müxtəlif dövrlərdə obyektə təsir edə bilən amilləri nəzərə almaqla,konkret obyektin xüsusiyyətlərini müvafiq surətdə əks etdirə bilən həddlər (göstəricilər) sistemidir. Müainə obyektinin vəziy­yə­tini düz­gün qiymətləndirə bilmək üçün müəyyən göstəricilər sis­temi olmalıdır.Bu ilk növbədə obyektin vəziyyətini qiy­mət­ləndirmək üçün göstəricilər sisteminin yaradılması, kə­miy­yət və keyfiyyət göstəricilərinin işlənməsi,həmçinin mü­əyyən göstəriciləri ölçmək üçün ölçü şkalalarının yara­dıl­masından ibarətdir.



Nəticə, müainə edilən obyektin müəyyən səviyyəyə, tə­ləblərə, etalonlara, normalara, xassələri uyğunluğu və ya mü­qayisə edilən əsaslardan fərqliliyi,kənara çı­xar­ma­sı­dır. Nəticələr statistik cədvəllər və ya diaqramlar şəklində tər­tib edilir və obyektin vəziyyətini proqnozlaşdırmağa im­kan verir.

Relevant informasiya, konkret problemə, insana, məq­­sədə və vaxt dövrünə aid olan məlumatdır.

Böhranı operativ idarə edə bilmək üçün onun haqqında dəqiq təsnifləşdirməyə malik olmaq lazımdır ki, bunlara böhranın növü,böhranın yaranması və ya təsir dairəsi,böhranın təyinedilmə metodu,böhrann inkişaf dərəcəsi,böhranın vaxta görə bölgüsü,böhranın uçotunun xarakteri və böhranın tənzimlənməsi imkanları kimi göstəricilər aid edilə bilər.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin