Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


FƏSİL3. ANTBÖHRANLI İDARƏETMƏNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ



Yüklə 0,74 Mb.
səhifə10/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   67
Biznesin idarə olunması

FƏSİL3. ANTBÖHRANLI İDARƏETMƏNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

§1. Antiböhranlı inkişafda idarəedilən və idarə­edilə­bil­məyən proseslər.

§2. Antiböhranlı idarəetmədə imkanlar, zərurətlər və prob­lemlər.

§3. Antiböhranlı idarəetmənin əlamətləri və xüsu­siy­yət­ləri.

§4. Antiböhranlı idarəetmənin səmərəliliyi.

§1. Antiböhranlı inkişafda idarəedilən və idarəedilə bilməyən proseslər.

Müəssisədə baş verən bütün prosesləri idarəedilən və ida­rə­edilə bilməyən hissələrə bölmək olar.Düşünülmüş şə­kil­də müəyyən istiqamətdə onlara təsir etdikdə də­yiş­dir­il­mə­si mümkün olan proseslərə idarə edilə bilən proseslər de­yilir.İdarə edilə bilməyən proseslərin istiqamət və xa­rak­terini dəyişmək mümkün deyil.Müəyyən səbəblərdən bu proseslər özlərinə məxsus qanunla baş verir və bu pro ­s­es­lərin nəticəsində nə baş verməlidirsə o da baş verir.

İdarəedilən və idarə edilə biməyən proseslər müəyyən nisbətdə olub,idarəetmənin təkmillik səviyyəsini əks etdirir.İdarə edilə bilən proseslər müəyyən şəraitdə idarə edilə bilməyənə də çevrilə bilər və ya əksinə. İdarə edilə biməyən proseslərin üstünlük təşkil etməsi nəzarətsizlik (anarxiya) və böhranlara gətirib çıxarırsa, həm­çinin idarə edilən proseslərin lazım olandan artıq sə ­viyyədə oması idarəetmənin səmərəliliyindən asılı olub, mü­əyyən şəraitdə böhranlı vəziyyətə də səbəb ola bilər. Çünki həddən artıq bürokratiklik şəraiti də sosial gərginlik ya­radır və münaqişələrə səbəb olur.

Atiböhranlı inkişaf - müəssisə məqsədlərinə cavab verən və onun inkişafında obyektiv dəyişmə meyllərinə uyğun olan, böhranın qarşısını almağa və ya onu aradan qal­dırmağa kömək edən, idarə edilən prosesdir. Bu proses əsa­sən dörd mərhələdən ibarətdir:



İnkişafın birinci mərhələsi - adi idarəetmə olub, səmərəliliyi təmin etmək üçün əlavə böyük xərclər tələb etmir, funksional məzmununa görə çoxşaxəli olmayıb elementar təşkilati formaları nəzərdə tutur.

İnkişafın ikinci mərhələsi - istehsalda baş verən mü­rək­kəbliklər şəraitində idarəetmə olub,öz inkişafı döv­ründə istehsaldakı inkişafı qabaqlamalıdır.Yalnız bu halda o səmərəli ola bilər.

­Üçünçü mərhələ - istehsaldakı mürəkkəbliklərə uy­ğun­laşma idarəetməsidir.Bu idarəetmə istehsalda inki­şafı sürətləndirə və mürəkkəbliklərin artmasına səbəb ola bilər.

­Dördüncü mərhələ - istehsalın kifayət qədər yüksək inkişaf tempi zamanı idarəetmənin inkişafının yav­aş­ıl­dıl­ma­sıdır. Bu zaman istehsalın mürəkkəbliyi və idarəetmə ara­sında yeni uyğunsuzluqlar yarana bilər ki,bu da idarə edən və idarə edilən sistem arasındakı nisbəti və mütə­na­sib­liyi poza bilər.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin