Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§4. Antiböhranlı idarəetmənin səmərəliliyi



Yüklə 0,74 Mb.
səhifə13/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   67
Biznesin idarə olunması

§4. Antiböhranlı idarəetmənin səmərəliliyi.

İdarəetmənin inkişafı hər zaman onun səmərəliliyinin yüksəlməsi ilə müşayət olunmalıdır.Öz növbəsində idarə­et­mədə səmərələliyin yüksəlməsi zəruri resurslarının ol­ması, onlardan istifadə edərək müsbət dəyişikliklərin əldə edil­məsi imkanlarının olması və nəticədə onun po­ten­si­al­ı­nın artması ilə müəyyən edilir.İstənilən idarəetmədə az və ya çox səmərəli ola bilər.Antiböhranlı idarəetmə səmə­rə­li­lik məqsədə çatma dərəcəsi ilə xarakterizə olunur: yu­m­şal­ma, lokallaşma və ya böhranda müsbət nəticələr əldə edil­mə­sinə sərf edilən resurslarla müqayisə.Belə səmərəliliyi də­­qiq göstəricilərlə qiymətləndirmək xeyli çətin olsa da təh­­­­lil və idarəetmənin ümumi qiymətləndirilməsi zamanı (bu­raxılan səhvlər və ya müvəffəqiyyət) nəzərdə tutmaq la­zımdır.

Antiböhranlı idarəetmənin səmərəliliyini təyin edən əsas amillərdən aşağıdakıları göstərmək olar.

1. Xüsusi hazırlıq və antiböhranlı idarəetmə zamanı pe­şə­­­karlıq. Bu zaman yalnız ümumi idarəetmə ustalığı dey­il, hə­m də antiböhranlı idarəetməyə məxsus bilik və ba­carığın olması nəzərdə tutulur.

2.Anadangəlmə və xüsusi hazırlıq prosesində əldə edil­miş idarəetmə bacarığını anti böhranlı idarəetmədə sə­mə­rə­liliyə təsir edən amillər içərisində xüsusi qeyd etmək lazımdır.

3. Riskli qərarların işlənməsi metodologiyası. Bu cür me­todologiya yaradılmalı və mənimsənilməlidir.Çünki kon­­kretliliyi, problemin əks olunma dolğunluğunu, təş­ki­la­tı zəruriliyi və vaxta uyğunluq kimi idarəetmə qə­rar­la­rı­nın keyfiyyət göstərircilərini müəyyən edir.

4. Dəyişikliklərin proqnozlaşdırılması və vəziyyətin el­mi təh­lili. Bu amillər antiböhranlı idarəetmənin sə­mə­rə­li­liyə təsir etməyə bilməzlər.

5. İstənilən müəssisə və ya firmada müxtəlif də­rə­cə­də meydana gələn korparativlik də antiböhranlı idarəetmə za­ma­nı səmərəliliyə təsir edən vacib amillərdəndir. Ko­r­po­rativlik - müəssisənin bütün işçiləri tərəfindən onun məq­sədlərinin başa düşülməsi və qəbul edilməsi de­məkdir.

6.Liderlik də antiböhranlı idarəetmədə səmərəlilik ami­­­lə­ri toplusuna daxildir ki, firma və ya təşkilatda özünü müxtəlif dərəcədə göstərə bilər.

7. Antiböhranlı idarəetmədə səmərəliliyə təsirdə xü­su­si rolu olan amillərdən biri də operativlik və çeviklikdir. Bö­h­ranlı vəziyyətlərdə çox çevik və sürətli hərəkət et­mək­lə, operativ tədbirlər hazırlamaqla idarəetməni ya­ran­­mış və­ziy­yətdə dəyişdirməklə böhranlı vəziyyətə uy­ğun­laş­dır­maq zərurəti yaranır ki, bu zaman operativlik və çe­viklik xü­susi ilə əhəmiyyətli rol oynayır.

8. Antiböhranlı proqramların satrategiyası və key­fiy­yə­­ti. Bir çox hallarda idarəetmə strategiyasının dəyiş­di­ril­mə­­si və antiböhranlı inkişafda xüsusi proqramların işlən­mə­­si zərurəti yaranır.

9. İnsan amili. Bu amil müəyyən mənada kor­po­ra­tiv­lik, liderlik və idarəetmə bacarığını əks etdirir.Yadda sax­la­maq lazımdır ki,antiböhranlı idarəetmədə antiböhranlı me­ne­cerin yaxın köməkçiləri olan antiböhran komandası an­layışı mövcuddur.

10. Antiböhranlı idarəetmədə vacib səmərəlilik amil­lə­rin­­­­­dən biri də böhranlı vəziyyətlərin monitorinqi sis­te­mi­dir.Bu sistem böhranın baş verməsi ehtimalını və onun baş­­­­­­lanması reallığını müəyyən etmək və həmçinin vax­tı­n­da görə bilmək üçün xüsusi təşkilatı hərəkətlərdən iba­rət­dir.­ Burada komputerlər və ixtisaslı operatorlardan istifadə kifa­yət qədər yüksək səmərə verə bilir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin