Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§3. Antiböhranlı idarəetmənin aləmətləri və xüsusiyyətləri



Yüklə 0,74 Mb.
səhifə12/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   67
Biznesin idarə olunması

§3. Antiböhranlı idarəetmənin aləmətləri və xüsusiyyətləri.

İdarəetmə, idarəetmə obyekti olan sosial-iqtisadi sistemdə həyata keçirilir.İdarəetmədə vacib şərtlərdən biri onun predmetidir.Ümumi halda idarəetmənin predmeti olaraq insan fəaliyyəti hesab edilir.Bu fəaliyyət özü bir çox problemlərdən ibarətdir ki,onlar istənilən halda bu fəaliyyət prossesi və ya bilavasitə fəaliyyət nəticəsində həll edilir.

İstənilən idarəetmə müəssisənin böhranlı inkişaf şə­ra­itinə daxil olması zamanı və ya bütün hallarda müəy­yən mə­nada antiböhranlı olmalıdır.Bu qaydanın qəbul edil­mə­mə­si mənfi nəticələrə səbəb olursa, onun nəzərə alınması isə böhran şəraitinin ağrısız keçməsinə kömək edir.

Antiböhranlı idarəetmənin bəzi xüsusiyyətləriylə da­ha yaxından tanış olaq.

1. Antiböhranlı idarəetmə funksiyaları. Bu fəaliyyət nö­vü idarəetmə predmetini əks etdirirərək,onun nə­ticə­ləri­ni müəyyən edir. Onlar adi bir suala cavab verir­lər:müəssisəni müvəffəqiyətlə idarə edə bilmək üçün böh­ran­­­qabağı şəraitdə,böhran prosesində və böhranın nəticə­lə­ri­­ni aradan qaldırması zamanı nə etmək lazımdır?Bu mə­na­­da idarəetmənin altı funksiyasını ayırmaq olar: böh­ran­qa­bağı idarəetmə,böhran şəraitində idarəetmə,böhrandan çıx­ma prosseslərinin idarə edilməsi,qeyri dayanıqlı vəziyyətin sabitləşdirilməsi,itkilərin və əldən çıxmış imkan­ların minimuma endirilməsi,qərarların qəbulu və icra vaxtının tənzimlənməsi.

2. İstənilən idarəetmənin inkişafında,dialektik əlaqədə olan, biri-birinin əksinə yönələn iki hal: infeqrasiya və ay­rıl­­ma, təbəqələşmə (differensasiya) dayanır. İnteqra­siya­nın güclənməsi,differensasiyanın zəif­ləməsinə səbəb olur və ya əksinə.

3. İdarəetmə məhduddur.Bu məhdudluq daxili və xarici olub,dəyişən mütənasiblik və nisbət halındadır.Bu nisbətdən asılı olaraq,böhranın baş verməsi ehtimalı da də­yi­şir.

4. Antiböhranlı idarəetmənin əsas xüsusiyyətlərindən biri də formal və qeyri formal idarəetmənin uyğun­laş­dı­rıl­ma­sıdır.

5. Antiböhranlı idarəetmədə rasional strategiyanın qu­­rulması, seçilməsi imkanları və prespektirləri xüsusi əhə­miyyət kəsb edir.Bu və ya digər strategiyanın seçilməsi böh­ranın xarakteri və dərinliyi ilə, həmçinin idarəetmə im­kan­ları ilə müəyyən edilir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin