Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


FƏSİL 2. MÜƏSSİSƏNİN (ŞİRKƏTİN, FİRMANIN, TƏŞKİLATIN) İDARƏ EDİLMƏSİNDƏ BÖHRANLAR



Yüklə 0,74 Mb.
səhifə6/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67
Biznesin idarə olunması

FƏSİL 2. MÜƏSSİSƏNİN (ŞİRKƏTİN, FİRMANIN, TƏŞKİLATIN) İDARƏ EDİLMƏSİNDƏ BÖHRANLAR

§1. Təşkilatın ümumi və spesfik, xarici və daxili inkişaf amilləri

§2. Müəssisədə (təşkilatda) böhranların yaranması.

§3. Müəssisənin (təşkilatın) tsiklik (dövrü) inkişaf meyilləri.

§4. Təşkilatın inkişafında tsiklik tendesiyalarda (meyl­lər­də) böhran ehtimalı və qorxusu.

§1. Təşkilatın ümumi və spesifik, xarici və daxili inkişaf amilləri.
Menecmentə aid müasir ədəbiyyatlarda “təşkilat” anlayışı, ictimai əmək bölgüsü sistemində nisbətən ayrı, müstəqil struktur bölməsi kimi qəbul edilir. Bu cür xüsusiləşdirmə hədləri kimi iqtisadi müstəqillik, təşkilati bütövlük, idarəetmə sisteminin və ümumi işin nəticələrinin olması qəbul edilir.

Təşkilat qismində firma, müəssisə, ofis, səhmdar cəmiyyəti, bank, şirkət (tirist, sığorta və s.), həmçinin dövlət idarə sisteminin struktur vahidi başa düşülür.

Ayrıca bir təşkilatın fəaliyyətində böhran yarana bilərmi? Müasir idarəetmə problemləri içərisində bu sual çox vacibdir.

Təcrübə göstərir ki, böhranlar nəinki mümkündür, onlar hətta ayrıca bir müəssisənin öz inkişaf ahəng­dar­lığı­nı əks etdirir. Həmçinin onlar başqa təşkilatların inkişaf və öl­kə­nin ümumi inkişaf ahəngdarlığı ilə üst-üstə düşməyə bi­lər. Hər bir təşkilat özünün inkişaf potensialı və bu inki­şaf­ın həyata keçirilməsi üçün şərtlərə malik olub, həm də sosial-iqtisadi sistemin tsiklik inkişaf qanuna­uy­ğun­luq­ları­na tabedir. Odur ki, təşkilat iqtisadiyyatın ümumi tsikli ilə müəyyən münasibətlərdə olsa da, böhranın başlanması imkanları, onun səbəbləri və həlli üçün öz tsiklinə malik­dir. Bu fikri böhranın inkişafına təsir edən xarici və daxili, ümu­mi və spesfik amillərin məcmusu kimi qəbul etmək olar.



Xarici amillər, təşkilatın asılı olduğu və fəaliyyət gös­tər­diyi iqtisadi şəraiti xarakterizə edir. Əgər iq­ti­sa­diy­yat ümumi böhran vəziyyətindədirsə, ayrıca bir təşkilatın və­ziyyətinə təsir etməyə bilməz. Bununla yanaşı, hər bir təşkilatın xarakteri və fəaliyyət sahəsindən (dövlət, özəl, böyük, kiçik, kommersiya, istehsal və s.), onun daxili durumundan (iqtisadi potensial, idarəetmə məharəti, hey­yət, sosial vəziyyət və s.) asılı olaraq, ümumi böhranın təsiri müxtəlif ola bilər. Təşkilat böhranın xarici təsirlərinə mü­vəf­fəqiyyətlə müqavimət göstərə və ya əksinə, öz və­ziy­yətinin sürətlə korlanması ilə reaksiya verə bilər.

Hər bir təşkilatın özünün böhranın xarici və daxili amil­lərinə münasibəti vardır və və bu idarəetmə təc­rübə­sin­də xüsusi təhlilin predmeti olmalıdır.



Daxili amillərə, antiböhran potensialı, məharətlə idarəetmə, şəraitlə bağlı vəziyyət, yüksək iqtisadi fəallıq, bacarıqlı risketmə aid olub, böhranın xarici təsirlərinə müqavimət göstərmək və ya bu təsirlərin neytral­laş­dırıl­ma­sı üçün istifadə edilir.

Xarici iqtisadi vəziyyətin kifayət qədər yaxşı olduğu halda da, təşkilat dərin böhrana qərq ola bilər. Bu tələb təşkilatdaxili amillərin inkişafı yəni, işgüzar və sosial-psixoloji münaqişələr, işin səmərəsiz təşkili, işçi heyətinin ba­carıqsızlığı, köhnə texnologiya, iqtisadi strategiyada nöqsanlar, iqtisadi qərarların qəbulunda səhvlər, doğru se­çil­məyən marketinq və s. hallar ola bilər.




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin