Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§3. Böhranın əlamətləri, hiss edilməsi və



Yüklə 0,74 Mb.
səhifə4/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67
Biznesin idarə olunması

§3. Böhranın əlamətləri, hiss edilməsi və

həll edilməsi.

Böhranlar risklərin təsnifləşdirilməsi, onların hiss edil­məsi və idarəedilməsində böyük əhəmiyyət kəsb edir. Real böhranın təsnifləşdirmə əlamətlərinə onun para­metr­ləri kimi də baxmaq olar. Bu parametrlər vəziyyətin təyin edilməsinə, düzgün idarəetmə qərarlarının işlənməsi və seçilməsinə kömək edir. Böhran təhlükəsi hər zaman mövcuddur. Odur ki, böhran vəziyyətinin başlanması əlamətləri və onların həlli imkanlarının qiymətləndirilməsi çox vacibdir.

Sosial – iqtisadi sistem, özü tənzimlənən sistemdir. Bu o deməkdir ki, onun varlığında vacib və nisbi tarazlıq üçün bərpa mexanizmləri vardır. Məhz idarəetmə də onun üçündür ki, bir tərəfdən o, bu mexanizmlərin bir his­səsidir, digər tərəfdən isə ona görə vacibdir ki, insanın maraqları nöqteyi nəzərindən bu mexanizmlər vasitəsi ilə daha az ağrılı halda sosial- iqtisadi sistemin inkişafına nail olunsun. Bu isə o zaman mümkün olar ki, sosial - iqtisadi sistemin davranış və inkişaf tendensiyaları, onun xarak­ter­is­ti­kası və vəziyyətinin əlamətləri, bu vəziyyətin başlan­mas­ının fazası və inkişafının obyektiv mərhələləri məlum olsun.

Böhranın aradan qaldırılması idarə edilə bilən prosesdir. Bu sahədə insan inkişafı tarixində istehsal və iqtisadiyyatda baş vermiş bir çox böhranlar haqqında olan məlumatlar əsasında danışmaq olar. Idarəetmənin müvəffəqiyyəti böhranın əlamətlərinin başlanmasının vaxtında hiss edilməsindən asılıdır.

Böhranın əlamətləri hər şeydən əvvəl onun tipoloji məsuliyyəti, yəni ölçüləri, problemliliyi, kəskinliliyi, in­ki­şaf sahəsi, səbəbləri, mümkün nəticələri və özünü göstər­mə fazaları(dövrləri) ilə bağlıdır. Böhranın hiss edilmə­sin­də problemlərin qarşılıqlı əlaqələrinin qiymətləndirilməsi bö­yük əhəmiyyət kəsb edir. Belə qarşılıqlı əlaqənin olması və onun xarakteri, böhranın təhlükəsi və onun xarakteri haq­qında çox şey deyə bilər.

Sosial-iqtisadi sistemin idarəedilməsində, anti­böh­ran­lı inkişafın manitorinqi də fəaliyyət göstərməlidir. Bu anti­böhranlı idarəetmə kriteriyalarına uyğun olaraq, proseslərin izlənilməsi və onların inkişafına nəzarət deməkdir.

Hiss etmə idarəetmədə istifadə edilən göstəricilər üzərində qurulduğu kimi, həm də gələcəkdə işlənməsi lazım olacaq (xüsusi, ixtisaslaşmış) göstəricilər üzərində qurulur. Məs: əmək məhsuldarlığının və ya istehsalın səmərəliliyinin azalması, böhranın yaranacağından xəbər verməyə bilməz. Bu hal təsadüfi və epizodik (keçici) də ola bilər, lakin böhranın inkişafı haqqında da xəbər verə bilər.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin