Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran



Yüklə 0,74 Mb.
səhifə3/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67
Biznesin idarə olunması

§2. Böhranın tipləri.

Təcrübə göstərir ki, böhranlar yalnız səbəb və nəticələrinə görə fərqli olmayıb, həm də daxili aləminə görə fərqlənir. Böhranları idarə etmək üçün vasitə və üsulları diferensasiya etməklə çoxşaxəli təsnifat vermək olar. Əgər böhranın xarakterini anlamaq və başa düşmək müm­kündürsə, onun kəskinliyini azaltmaq, vaxtını qısaltmaq və ağrısız ötüşməsini təmin etmək mümkündür:

Ümumi və lokal xarakterli böhranlar mövcuddur:

Ümumi xarakterli böhranlar sosial - iqtisadi sistemi tam əhatə etdiyi halda, lokal xarakterli böhranlar yalnız onun bir hissəsinə toxunur.

Böhranı bu ölçülərlə bölmək əlbəttə nisbi xarakter daşıyır. Böhran vəziyyətinin konkret təhlili zamanı, sosial - iqtisadi sistemdə onun sərhədlərini, sturukturunu və fəaliyyət mühitini də nəzərə almaq lazımdır.

Yaratdığı problemlərdən aslı olaraq böhranları makro və mikro kimi iki hissəyə bölmək olar. Makro böhran prob­leminin həcmi və ölçüləri kifayət qədər böyük miq­yas­lı olduğu halda, mikro böhran bir problemi və ya mü­əy­yən problemlər qrupunu əhatə edir.

Böhranın xüsusiyyətlərindən biri də odur ki, kiçik və ya lokal olduğu halda belə zəncirvari reaksiya kimi bütün sis­temi və ya inkişafın bütün problemlərini əhatə edə bilər. Çünki sistemdə bütün elementlərin qarşılıqlı əlaqəsi mövcuddur və problemlər təklikdə həll edilə bilmir. Bu isə böhranlı vəziyyətlərin idarə edilmədiyi, onun lokal­laş­dır­ıl­ma­dığı və kəskinliyinin azaldılmadığı hallarda daha çox baş verir.

Sosial-iqtisadi sistemdə problemlərin differensasiyası və struk­turlarından aslı olaraq, böhralarının inkişafında iqtisadi, sosial, təş­kilati, psixoloji və texnoloji böhranları fərqləndirmək olar. Bi­la­vasitə yaranma səbəblərindən aslı olaraq böhranlar ic­ti­ma­i, ekoloji və təbiətlə əlaqəli olaraq 3 hissəyə bölünür.

Böhranlar həm də gözlənilməz və gözlənilən ola bilər.

Bundan başqa aydın və latent ( gizli diqqəti cəlb et­mə­­dən meydana çıxan və ona görədə çox təhlükəli) bö­hranlar da mövcuddur. Böhranlar kəskin və yumşaq da ola bilər. Bütün mümkün böhranlar uzunmüddətli (davamlı) və­ qı­sa müddətli (ötəri) olmaqlada fərqləndirilir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin