Mövzu: 1 Sosial – iqtisadi sistemlərdə böhran


§1. Antiböhranlı idarəetmə texnologiyaları anlayışı. §2



Yüklə 0,74 Mb.
səhifə22/67
tarix02.01.2022
ölçüsü0,74 Mb.
#42208
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   67
Biznesin idarə olunması

§1. Antiböhranlı idarəetmə texnologiyaları anlayışı.

§2. Antiböhranlı idarəetmədə idarəetmə qərarlarınin işlənməsi texnologiyası.

§3. Problemin morfoloji təhlili.

§4. Antiböhranli idarəetmə texnologiyasinda müəssisə fəaliyyətinin təhlili.

§1. Antiböhranlı idarəetmə texnologiyaları anlayışı.

İstənilən idarəetmə, idarəedilən obyektə təsir göstərmək üçün müxtəlif fənd (üsul), metodlar və əməliyyatları ardıcıllıqla formalaşdıran prosesdən ibarətdir. Bu proses idarəetmənin mahiyyətindən doğan təbii qanunauyğun məzmuna malik olub: məqsədyönlülüklə situasiyanın qiymətləndirilməsi, əsas problemin tapılması, idarəetmə qərarının qəbulu və reallaşdırılmasından ibarətdir. Lakin idarəetmə prosesinin ümumi məzmunu çərçivəsində müxtəlif təsiretmə variantlari ola bilər ki, onlar idarəetmə obyekti və subyektini, konkrent şəraiti, menecerin təcrübəsi və idarəetmə heyətinə aid olan idarəetmə fəaliyyətinin digər xüsusiyyətlərini özündə əks etdirər.

Buna uyğun olaraq yaranan problemlərin xarakteri, maksimum səmərəlilik, resuslardan istifadə, vaxta qənaət və digər hallar nəzərə alınaraq, düşünülmüş şəkildə idarəetmə prosesi qurulur. İdarəetmə qərarlarının işlənməsində əməliyyatlarin kombinasiyası, paralellik və müəyyən ardıcıllıqla onlarin seçimi və həyata keçirilməsi idarəetmə texnologiyası adlanır.

İstənilən idarəetmədə olduğu kimi, antiböhranlı idarəetmə də müəyyən texnoloji idarəetmə sxemləri ilə xarekterizə olunursada antiböhranlı idarəetmənin xüsusiyyətləri onun texnolji özünəməxsusluğunu əks etdirir. Burada vaxt azlığı, idarəetmənin zəifliyi, maraqların münaqişəsi, yüksək səviyyəli qeyri-müəyyənlik və risk, mürəkkəb problemlər, xarici mühitin təsiri, rəqabət qabiliyyətliyinin aşağı düşməsi və digər hallar nəzərəçarpacaq təsir göstərə bilər.



Antiböhranlı idarəetmə texnologiyasıprofilaktika, böhranın aradan qaldırılması, onun mənfi nəticələrinin azaldılması kimi halları nəzərdə tutan ardıcıl xəbərdarlıq tədbirləri kompleksidir.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin