Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


MÖVZU 3 SİYASİ TƏHLQKƏSİZLİK



Yüklə 1,43 Mb.
səhifə4/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   2   3   4   5   6   7   8   9   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

MÖVZU 3

SİYASİ TƏHLQKƏSİZLİK
Təhlükəsizliyin ümumi təmin edilmə sistemində siyasi təhlükəsizlik aparıcı yer tutur.

Müasir dünyada hər bir xalqın onun mövcudluğunu və inkişafın təmin edən siyasətə ehtiyacı vardır.

Siyasət vicdanlı, şəffaf, gələcəyi görünən , sabit, səmərəli olmalı, onun istiqamətinin və reallaşdırılma yollarının müəyyən edilməsinə xalqın təsir etmə imkanları olmalıdır. Həm həddən artıq güclü, həm də imkanlarına görə zəif siyasət bu və ya digər siyasi - ideolofi səbəblərdən asılı olmayaraq ölkənin iqtisadiyyatını və müdafiə qabiliyyətini zəiflədə bilərsə,bu o deməkdir ki, cəmiyyət hələ öz siyasi təhlükəsizliyini təmin etmək mexanizmlərinə, qüvvə və vasitələrinə malik deyil. Əgər siyasət iqtisadiyyatın, mədəniyyətin inkişafını stimullaşdıra bilmirsə və hakimiyyət funksiyalarindakı çatışmazlıqlara görə ölkənin müdafiəsini möhkəmləndirə bilmirsə, belə vəziyyət özü də cəmiyyət üçün təhlükəlidir.

Dövlət--siyasətin ayrılmaz hissəsini təşkil edən subyektdir. Yalnız o, ölkə ərazisində yaşayan əhalinin bütün qrup və təbəqələrinin maraqlarını tarazlaşdırılmış şəkildə ifadə etməyə iddia edə bilər.

Siyasi təhlükəsizlik nöqteyi-nəzərindən dövlətin keyfiyyətsizliyi cəmiyyət üçün böyük təhlükə kəsb edir. Bu cəmiyyətin ümumi böhranının əsas səbəbi ola bilər.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin