Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları


MÖVZU 2 Milli təhlükəsizlik sistemin



Yüklə 1,43 Mb.
səhifə3/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   2   3   4   5   6   7   8   9   ...   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

MÖVZU 2
Milli təhlükəsizlik sisteminə yarımsistemlər, subyektlər, məqsədlər, qüvvələr, vasitələr, üsullar, mexanizmlər və texnologiyalar daxildir. O, bilavasitə cəmiyyətin inkişafının sosial, iqtisadi, siyasi, elmi-texniki, demoqrafik ilə, onun mədəniyyətinin, təhsil və tərbiyyəsinin vəziyyəti və inkişafı, adamların mənəvi həyatı ilə bilavasitə bağlıdır. Bu sistem həmçinin ölkə əhalisinin dəyər və maraqlar sisteminin qorunma və inkişaf mexanizmlərini də əhatə edir. Milli təhlükəsizlik sistemi normativ aktların, qərarların, tədbirlərin qəbul edilməsi və müvafiq qüvvələrin, vasitələrin tətbiqi üçün təşkilati əsasdır.

İnsanların həyat və sağlamlığı, onların siyasi, sosial iqtisadi, mədəni, digər hüquq və 1 azadlıqları, siyasi təşkilatları, ehtiyyat mənbələri, cəmiyyətin fəaliyyət şəraitləri, məkan., sərhədləri milli təhlükəsizliyin obyektləridir.

Əhalinin sağlamlığı və inkiafını təmin edən fəaliyyətin strategiyasının təməli dövlət siyasətinin əsasını təşkil edən milli təhlükəsizlik konsepsiyasında qoyulur. Öz növbəsində həmin konsepsiya təhlükəsizliyin nəzəriyyə və praktika sahəsindəki biliklər sisteminin bütövlüyünə əsaslanır və onun təmin olunması məsələləri üzrə rəsmi mövqeləri ifadə edir.

Hazırda təhlükəsizlik sahəsində ən yetkin metodologiya materialist dialektikadır, yəni təhlükəsizlik əksliklərin mübarizəsi prosesi kimi başa düşülür ki, bu proses inkarın inkarı, kəmiyyət dəyişmələrinin yeni keyfiyyətə keçməsi mərhələlərindən keçərək spiralvari inkişaf edir.

Təhlükəsizlik sisteminin qurulması prinsiplərinə aşağıdakıları aid etmək olar:

1- Bir-birinin və ölkənin təhlükəsizliyini təmin etmək işində fərdin, cəmiyyətin və 2 dövlətin qarşılıqlı məsuliyyətləri; 3 - Kompleksli yanaşma; 4-Sosial və psixoloji amillələrin nəzərə alınması; 5 - Təhlükəsizliyin təmin olunması prosesinin siyasi, hüquqi, əxlaqi nöqteyi-nəzərlərdən təhlil edilməsi; 6 - Təlabat və mənafelərin məzmununun mümkün qədər dəqiq təyin edilməsi; 7 - Təhlükə və təhdidlərin proqnozu, onlara qarşı qabaqlayıcı tədbirlərin görülməsi; 8- Beynəlxalq hüquqi normalarına sədaqətlik; 9 - Təhlükəsizliyin təmin edilmə sisteminin bütün orqanlarının fəaliyyətlərinin ciddi; 9 - sürətdə nizama salınması,onların qeyri-qanuni fəaliyyət imkanlarının istisna edilməsi; 10- Təhlükəsizlik sistemi orqanlarının fəaliyyətinin aşkarlığı, təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə informasiyanın bütün vətəndaşlar üçün maksimum açıqlığı; 11 - Təhlükə və təhdidlərin qarşısının alınması və neytrallaşdırılmasında qeyri-zorakı üsullarla üstünlük verilməsi; 12 - Təhlükəsizlik sisteminin dəyişkən şəraitlərə uyğunlaşma imkanları; 13 - Təhlükəsizlik sisteminin fəaliyyətinin etibarlığı və dayanıqlığı

Təhlükəsizlik sisteminin fəaliyyətinə aşağıdakı işlər daxildir.

1. Təhlükə və ya qorxu haqqında məlumatların alınması-məlumatın qiymətləndirilməsi;

2. Qərarların və əks tədbirlərin işlənib hazırlanması;

3. İcraçılara müvafiq qüvvə və vasitələrin tətbiqi haqqında göstərişlərin verilməsi;

4. İcraçıların təhdid və təhlükələrin aradan qaldırılması, neytrallaş-dırılması və ya minimallaşdırılması üzrə apardığı konkret işlə;

5. Əldə olunmuş təcrübədən müvafiq nəticələrin çıxarılması və onların gündəlik fəaliyyətdə nəzərə alınması;

Praktiki olaraq cəmiyyətin hər bir üzvünün təhlükəsizliyinin müxtəlif sahələrində - siyasi, sosial, iqtisadi, ekoloii, hərbi, texnoloji, informasiya, humanitar və s. öz səylərini tətbiq etmək imkanı var. Təhlükəsizliyin qayğısına qalmaq cəmiyyətin hər bir üzvi üçün adi hal olmalıdır. Burada təhlükəsizliyin konsepsiyası fərddən başlamış, dövlət səviyyəsinə qədər müxtəlif sosial subyektlərin qarşılıqlı əlaqələrinin əsas təşkilat prinsiplərindən biri kimi) meydana çıxır.

Yalnız hər bir nəfərin təhlükəsizliyi hamının, cəmiyyətin və dövlətin təhlükəsizliyini müəyyən edir. Bu isə o deməkdir ki, vətəndaşların təhlükəsizliyinin təmin edilməsində yalnız dövlət strukturlarına arxayın olmaq olmaz. Dövlət rejiminin fəaliyyətinin ən əlverişli şəraitlərində belə onun hər bir vətəndaşa qayğı göstərməyə imkanı olmur. Buna görə də, təhlükəsizliyin təmin olunması işində hər bir vətəndaşın özünün da səyi olmalıdır.

Təhlükəsizlik sahəsində hər bir şəxsin fəal vətandişliq mövqeyi cəmiyyət və dövlətin normal yaşayışının təminatıdır.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin