Mövzu 1 Təhlükəsizliyin sistemli təhlili və təhlil üsulları



Yüklə 1,43 Mb.
səhifə36/40
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#36307
1   ...   32   33   34   35   36   37   38   39   40
HFT MÜASİ PROB MEHAZİRƏ I (1)

FH-ların monitorinqi proqnozlaşdırılması sisteminin idarəetmə vertikalı 3 səviyyədə olur: respublika, regional ərazi.

Müasir dövrdə monitorinq sistemləri monitorinq proqnazlaşdırma sistemlərinin strukturuna daxildir.

Monitorinq proqnozlaşdırma sistemlərinin əsas tapşırıqları aşağıdakılardır:

  • təhlükəli təbii texnogen hadisələrin proseslərin, ətraf mühitin müşahidəsi, nəzarəti, qiymətləndirilməsi proqnozu;

  • təhlükəli təbii hadisələrin xəbərvericisi olan anamaliyaların aşkar edilməsi məqsədilə planetimizdə onun ətrafında baş verən proseslər haqqında məlumatların toplanması, işlənməsi, analizi ümumiləşdirilməsi;

  • ətraf mühitin vəziyyətinin fon parametrlərinin sistematik ölçülməsi;

  • transsərhəd transregion təhlükələrin müşahidəsi, qiymətləndirilməsi proqnozu;

  • ətraf mühitin obyektlərinin, içməli suyun, qida məhsullarının, yemin radioaktiv çirklənməsininnin, kimyəvi bakterioloci zəhərlənməsinin laboratoriya nəzarəti, aşkarı indikasiyası;

  • insanların yaşadığı mühitin kompleks qiymətləndirilməsi, ayrı-ayrı ərazilərin, regionların bütünlüklə ölkənin ekoloci, meteoroloci, seysmoproqnostik s. xəritələrinin yaradılması mütəmaddi işlənməsi;

  • təbii, texnogen bioloci-sosial xarakterli FH-ın potensial mənbələri haqqında məlumatların operativ toplanması, işlənməsi dövlət yerli özünüidarəetmə orqanlarına çatdırılması;

  • FH-lar onların mənbələri haqqında verilənlər bankının yaradılması, təhlükəli təbii texnogen hadisələrin onların nəticələrinin proqnozlaşdırılması;

  • FH-ların qarşısının alınması üçün tədbirlərin əsaslandırılması onların sosial-iqtisadi nəticələrinin zəiflədilməsi;

  • əhalinin, kənd təsərrüfatı məhsullarının, heyvanlarının s. radioaktiv kimyəvi zəhərlənmədən, yoluxucu zəstəlik törədicilərindən mühafizəsi üçün təcili tədbirlərin qəbul edilməsi;

  • ayrı-ayrı sənaye kənd təsərrüfatı obyektlərində s. gedən proseslərin dinamikasına nəzarətin keçirilməsi;

  • texnogen qəza fəlakətlərin inkişafının, həmçinin bu qəza fəlakətlərdə formalaşan zərərli zədələyici amillərin vaxtında aşkar edilməsi, identifikasiyası proqnozlaşdırılması;

  • təhlükəli obyektlərin normal fəaliyyətində formalaşan ekoloci şəraitin, həmçinin qəza fəlakətlər zamanı yaranan FH-ların təhlükə dərəcəsinin qiymətləndirilməsi.

Proqnozlaşdırmanın reallaşdırma vasitələrinə ekspert qrupları, təşkilati tədbirlər, texniki vasitələr və s. aiddir. Proqnozlaşdırma sistemləri avtomatlaşdırılmış və avtomatlaşdırılmamış; diskret və fasiləsiz; dövlət, sahələrarası, sahələr, müəssisələr, təşkilatlar, texnoloci proseslər və s. səviyyələrdə ola bilərlər.


Respublikamızın ərazisində FH-lar riskinin proqnozu bütünlüklə, digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə Azərbaycan Respublikasının FHN tərəfindən həyata keçirilir.

FHN-nin monitorinq və proqnozlaşdırma sisteminin struktur quruluşunun əsasında FHN-ə daxil olan idarələrin, müəssisələrin və s. təşkilatların struktur təşkili prinsipləri durur və buna uyğun olaraq, idarəetmə vertikalı 3 səviyyədən ibarət olur: milli, regional və ərazi.

Monitorinq sisteminin texniki əsasını nizirliklərin, idarələrin, ərazi hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların yerüstü (əsasən, müşahidə və laboratoriya nəzarəti, potensial təhlükəli iqtisadiyyat obyektlərin vəziyyətinin nəzarəti və diaqnostikası şəbəkələri) və aviasiya-kosmik vasitələri təşkil edir.

Kosmik monitorinq vasitələri əsasən, böyük miqyaslı təbiət hadisələrinin (meşə yanğınları, subasmalar və s.) aşkarı və ya şəraitin dəqiqləşdirilməsi məqsədilə tətbiq edilir. Bu məqsədlə aviasiya vasitələrindən də istifadə olunur. Bunlardan savayı, aviasiyadan radiasiya şəraitinin, böyük miqyaslı dağıntıların və s. şəraitlərin aşkar edilməsi üçün də istifadə olunur. Kosmik vasitələrə görə, aviasiya vasitələri daha böyük imkanlara malikdir.

Monitorinq sisteminin əsas funsiyaları aşağıdakılardır:

  • nəzarətçilərin və ötürücü cihazların işinin nəzarəti;

  • hadisələrin fiksasiyası (qeyd olunması);

  • ştatdankənar vəziyyətlərin yaranması haqqında qəza və xəbərdarlıq siqnallarının verilməsi;

  • müxtəlif hesabatlar şəklində hadisələrin avtomatlaşdırılmış analizi;

  • proqnozun hesabatı (kimya, radiasiya, partlayış təhlükəli obyektlərdə, neft və qaz boru kəmərlərində baş verən qəza nəticələri və s.).

Potensial təhlükəli obyektlərin monitorinq sisteminə olan tələblərin əsasını 2 blok təşkil edir: informasiya bloku və ekspert bloku.

İnformasiya blokuna aiddir:

  • dəqiq və lazımi informasiyanın toplanması və hazırlanması;

  • müasir informasiya texnologiyaları əsasında informasiyanın kodlaşdırılması, işlənməsi və təqdim olunması;

  • kompyüter şəbəkələri və rabitə vəsaitləri ilə informasiyanın effektiv ötürülmə sisteminin hazırlanması.

Ekspert blokuna aiddir:

  • obyektə müşahidə nəticəsində alınan informasiyaların mövzu və kompleks şəklində işlənməsi;

  • obyektdə təhlükəli hadisələrin inkişaf ssenariyasının modelləşdirilməsi və proqnozlaşdırılması;

  • ekspert qiymətləndirmə və FH riskinin azaldılmasına aid tədbirlərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;

  • qəbul olunan qərarların effektivliyinin qiymətləndirilməsi.

Monitorinq və proqnozlaşdırma sistemlərinə qoyulan tələblər

Təhlükəli hadisə proseslərin monitorinqi proqnozlaşdırılması sisteminə olan ümumi tələblər:

  1. Təhlükəli hadisə (proses) məlum olmalıdır.

  2. Monitorinq və proqnozlaşdırma predmeti (obyekti) məlum olmalıdır.

  3. Müşahidə (nəzarət) edilən, proqnozlaşdırılan parametrlər və göstəricilər təyin edilməlidir.

  4. Müşahidə (nəzarət) və proqnozlaşdırma metodu, üsulu seçilməlidir.

  5. Müşahidə tezliyi təyin edilməlidir.

  6. Təhlükəli hadisə haqqında ekspert qərarının qəbul olunması üçün kriteriyalar təyin edilməlidir.


Texniki vəsaitlər kompleksi:

  • müşahidə və nəzarət məqsədlərini təmin etməlidir;

  • tələb olunan parametrlərin ölçülməsinin həyata keçirilməsini təmin etməlidir;

  • ətraf mühitin vəziyyətinin dəqiq, doğru, operativ, avtomatlaşdırma səviyyəsinə uyğun olaraq qiymətləndirilməsi lazımi imkanlara malik olmalıdır.

FH modeli (vəziyyətin inkişaf modeli) aşağıdakılara malik olmalıdır:

  • baş vermə prosesindən asılı olaraq vəziyyətin ümumi təsvirinə;

  • bütünlüklə vəziyyətin və onun inkişafının ayrı-ayrı mərhələlərinin indetifikasiyasına imkan verən ətraf mühitin vəziyyətinin giriş ölçülərinə, xarakteristikaları kompleksinə;

  • qərarın qəbul edilməsi üçün kriteriyalara.

Əgər qarşılıqlı əlaqədə olan FH mənbələri mövcuddursa, modeldə FH mənbələrinin siyahısı və onların qarşılıqlı əlaqə mexanizmi olmalıdır.

Müşahidə və nəzarət metodlarında olmalıdır:

  • müşahidə olunan proseslərin və hadisələrin təsviri, müşahidə olunan parametrlərin siyahısı;

  • müşahidə olunan parametrlərin qəbul olunmuş normal, yol verilə bilən və kritik qiymətləri;

  • müşahidə recimi (fasiləsiz və ya dövri);

  • müşahidə olunan parametrlərin ölçülməsinin dəqiqliyi;

  • müşahidə nəticələrinin işlənmə qaydası (alqoritmi) və onların təqdim olunma forması.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin